Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tahir Mirkişili: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan ən çox irəliləyən ölkədir

Tahir Mirkişili: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan ən çox irəliləyən ölkədir

09.10.2019 [17:49]

“Dünya İqtisadi Forumunun bu gün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında (2019) Azərbaycan iqtisadiyyatı 11 pillə irəliləyərək 141 ölkə içərisində 58-ci yerdə qərarlaşıb”. Bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mİrkişili qeyd edib ki, Azərbaycan bu hesabatda dünyada ən çox irəliləyən ölkə olub.

“Bununla yanaşı, ölkəmiz İnnovasiya Ekosystemi kateqoriyasında Biznesin Dinamikliyi göstəricisinə görə dünyada 23-cü, İnfrastrukturun inkişafı göstəricisinə görə dünyada 38-ci, İnsan Kapitalı göstəricisinə görə isə dünyada 41-ci yerə yüksəlib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticələrinin daha bir beynəlxalq platformada əks olunmasıdır”-deyə, T.Mirkişili vurğulayıb.

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31