Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yazıçı və tərcüməçi Babaxan Şərifin 70 illik yubiley tədbiri keçirilib

Yazıçı və tərcüməçi Babaxan Şərifin 70 illik yubiley tədbiri keçirilib

10.10.2019 [09:35]

Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubiley tədbiri və “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimatı keçirilib.
Tədbir “Kaspi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, bu əlaqələrin dərinləşdirilməsində yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim Babaxan Şərifin səmərəli xidmətlərindən danışıb. B.Şərifin öz həyatını, taleyini büsbütün elmə, ədəbiyyata, sözə bağladığını deyən Sona Vəliyeva onun nəşr etdirdiyi kitabların, tərcümə əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb.
S.Vəliyeva təqdim edilən “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” ilə bağlı fikirlərini bildirib, yazıçı Babaxan Şərifə yeni yaradıcılıq uğurları arzulayıb.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, tarixçi-alim Yunis Oğuz, özbəkistanlı alim Şuxrat Barlas və digər çıxış edənlər də yazıçı Babaxan Şərifin iki ölkə arasında ədəbi əlaqələrə verdiyi töhfələrdən söz açıb, yubileyi münasibətilə onu təbrik ediblər. Eyni zamanda, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in əhəmiyyəti vurğulanıb.
Tədbirdə Babaxan Şərifə mükafatlar və hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30