Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanın da mükafat aldığı "Pekin EKSPO 2019" botanika sərgisinin bağlanış mərasimi keçirilib
A+   Yenilə  A-
Azərbaycanın da mükafat aldığı "Pekin EKSPO 2019" botanika sərgisinin bağlanış mərasimi keçirilib

Çinin paytaxtında "Təbiəti qoruyaq, daha yaxşı yaşayaq" mövzusunda keçirilmiş beynəlxalq botanika sərgisi başa çatıb.

AZƏRTAC xəbər verir ki, aprelin 29-da işə başlayan, ümumilikdə 110 dövlətin və beynəlxalq təşkilatın iştirak etdiyi “Pekin EKSPO 2019” beynəlxalq botanika sərgisi müxtəlif ölkələrin bağçılıq, gülçülük, meyvə və tərəvəz yetişdirilməsi sahələrində nailiyyətlərini, habelə milli mədəniyyətlərini nümayiş etdirmək məqsədi daşıyıb. Ümumi sahəsi 503 hektar olan sərgini 162 gün ərzində 9,34 milyon nəfər ziyarət edib. "Pekin EKSPO 2019" sahəsi böyüklüyünə, iştirakçıların və ziyarətçilərin sayına görə indiyədək keçirilmiş ən böyük botanika sərgisi kimi tarixə düşüb.

Ölkəmiz Pekin beynəlxalq botanika sərgisinin fəal iştirakçısı olub. "Azərbaycan: təbiət və incəsənətin harmoniyası" adlı milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarixinə və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirib. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edib. Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirib. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılıb, ətraf mühitin qorunmasının vacibliyi vurğulanıb. Sərgi ziyarətçiləri Azərbaycan pavilyonunda milli musiqi alətlərimizlə tanış olub, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizə baxmaq imkanı əldə ediblər. Burada, həmçinin Azərbaycan milli geyimləri, Xarıbülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat nümayiş etdirilib.

Sərgidə, həmçinin böyük İpək Yolunu və Azərbaycanın bu yolun bərpası məqsədilə Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən layihələrini əks etdirən foto-video materiallar və məlumatlar təqdim edilib.

Milli pavilyonumuzdakı xalçalarda istifadə olunan rənglər əsasında hazırlanan landşaft dizaynı, Azərbaycan təbiətinə xas olan 120 ağac və gül kolları, böyük ölçülü fotostendlər maraqla qarşılanıb.

Təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə “Pekin EKSPO 2019” sərgisinin “Xüsusi mükafat”ına (ikinci yer) layiq görülüb. Azərbaycanla yanaşı, bu mükafatı Türkiyə, Belçika, Sinqapur, Niderland və Birləşmiş Ərəb Əmirlikləri da alıb.

Oktyabrın 9-da sərginin rəsmi bağlanış mərasimi keçirilib. Azərbaycan da daxil olmaqla məhdud sayda ölkə fəxri qonaq qismində mərasimdə iştirak edib.

Baş Nazirin müavini Hacıbala Abutalıbov mərasimdən əvvəl Azərbaycan pavilyonun ziyarət edib, sərginin fəxri qonaqlar kitabına təbriklərini yazıb.

Bağlanış mərasimində Çin Dövlət Şurasının Sədri (Baş Nazir) Li Keçyan çıxış edərək sərgidə iştirak etmiş ölkələrə minnətdarlığını bildirib. Bildirib ki, aprelin 29-da işə başlayan sərgi çərçivəsində ümumilikdə 3284 tədbir, o cümlədən ölkələrin milli günləri, mədəni proqramlar, festivallar keçirilib. Sərginin keçirildiyi ərazinin bundan sonra ekoloji park kimi istifadə olunmasına qərar verilib.

Beynəlxalq Sərgilər Bürosunun Baş katibi Visente Lossertales təşkilatın bayrağını növbəti beynəlxalq botanika sərgisinə ev sahibliyi edəcək Qətər tərəfinə təqdim edib. Mərasim konsert proqramı ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təmsil olunub.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  10-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb
24 Fevral 15:01
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
24 Fevral 15:00
Ankarada “Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib
24 Fevral 14:28
Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
24 Fevral 14:16
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24 Fevral 14:09
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
24 Fevral 13:19
“AzerGold”: Gələn il “Ağyoxuş” və “Mərəh” sahələri istismara veriləcək
24 Fevral 13:17
Los-Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb
24 Fevral 12:59
Azərbaycan Prezidenti idmançılarımızın Olimpiya və Paralimpiya oyunlarına hazırlığına və iştirakına dair Sərəncam imzalayıb
24 Fevral 12:27
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
24 Fevral 12:18
Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir
24 Fevral 12:15
DSX: Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
24 Fevral 11:51
Prezidentin köməkçisi: Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir
24 Fevral 11:36
Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək
24 Fevral 11:30
Mübariz Qurbanlı: Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır
24 Fevral 11:24
ADA Universitetinin əlaçı tələbələri “Akademik Mükəmməllik Günü”ndə təltif ediliblər
24 Fevral 11:13
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır
24 Fevral 11:02
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
24 Fevral 10:58
Qarabağın azərbaycanlı icmasının qadın üzvləri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar
24 Fevral 10:53
Bakıda məcburi köçkün qadınların ədalət çağırışı mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilir
24 Fevral 09:20
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
24 Fevral 09:12
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
24 Fevral 09:03
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 08:56
Berlində soydaşlarımızla görüş olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7