Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda “Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib
A+   Yenilə  A-
Bakıda “Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının iki illiyi münasibətilə oktyabrın 10-da “Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Fondun fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun ötən iki il müddətində gördüyü işlərdən, qarşıya qoyulan vəzifələrdən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.

İcraçı direktor bildirib ki, iki il ərzində müxtəlif dövlət qurumları ilə, həmçinin qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurub. Fond tərəfindən həyata keçirilən layihələrdən danışan Mehman İsmayılov deyib: “Fondun “Vəhdət dəyərimizdir”, “Dəyərlərimizi öyrənək”, “Yaxşılıq unudulmur” və digər layihələri çərçivəsində Bakıda və ölkəmizin regionlarında müxtəlif tədbirlər reallaşdırılıb. Bizim Təhsil Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində orta məktəblərdə müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər təşkil olunub. Həmçinin müxtəlif universitetlərdə konfranslar, seminarlar keçirilib. Eyni zamanda, 2018-ci ilin oktyabr ayından etibarən “ASAN Radio”da “Mənəvi dəyərlər” verilişi yayımlanır. Bu müddət ərzində dini icmalarla birgə müxtəlif maarifləndirmə tədbirləri təşkil olunub”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Fondun kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Fondun yaradılmasını Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisə kimi dəyərləndirən Mübariz Qurbanlı deyib: “Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği sahəsində atılan önəmli addımdır. Əlbəttə, xalqımıza məxsus dini, mənəvi, tarixi dəyərlər müxtəlif qurumlar tərəfindən öyrənilir, tədqiq və təbliğ olunur. Lakin bu istiqamətdə ümumi işləri həyata keçirən qurumun yaradılmasına da ehtiyac var idi”.

Komitə sədri bildirib ki, bu qurumun fəaliyyətində gənc nəslin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində görülən işlər mühüm yer tutur. O, Fondun təşəbbüsü ilə reallaşdırılan layihələrin cəmiyyətimizin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb, ötən iki ildəki fəaliyyətin ən yüksək qiymətə layiq olduğunu bildirib. Ötən iki ildə çox mühüm işlər görülüb. Müxtəlif sənədli filmlər çəkilib, videoçarxlar hazırlanıb, maarifləndirici tədbirlər keçirilib, “ASAN Radio”da yayımlanan “Mənəvi dəyərlər” verilişi ciddi səmərə verir. Təhsil ocaqlarında müxtəlif önəmli layihələr reallaşdırılıb.

Mübariz Qurbanlı qurumun gələcək fəaliyyətində də mühüm təşəbbüslərlə çıxış edəcəyinə əminliyini ifadə edərək bildirib ki, Fondun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığı da çox səmərəlidir. Hesab edirəm ki, gələcəkdə məhz Mərkəzlə birgə ölkə xaricində də mənəvi dəyərlərimizin təbliği ilə bağlı işləri həyata keçirmək mümkündür. “Müasir dünyamızda hər bir dövlət, xalq öz dəyərlərini, tarixini, gücünü qoruyub saxlamağa çalışır. Azərbaycan xalqı hər zaman öz dəyərlərinə sadiq olub və onu qoruyub. Bizim ən böyük dəyərlərimiz müstəqilliyimizdir, dövlət atributlarımızdır, adət-ənənələrimizdir, dinimizdir”,-deyə Komitə sədri vurğulayıb.

Mənəvi dəyərlərimizin qorunmasının, gələcək nəsillərə düzgün çatdırılmasının mühüm vəzifə kimi qarşıya qoyulduğunu deyən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Əliheydər Zülfüqarov Mənəvi Dəyərlərin Təbliği Fondunun iki il ərzində müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, bu qurumun fəaliyyətində xalqımıza məxsus zəngin mənəvi dəyərlərin təbliği işi əsas istiqamətlərdən olub. Bu istiqamətdə gənclərlə aparılan işi, ölkəmiz üçün əlamətdar günlərdə keçirilən tədbirləri, məcburi köçkünlərlə görüşləri xüsusi qeyd etmək lazımdır.

Mənəvi dəyərlərin hər bir xalqın kimliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edən Əliheydər Zülfüqarov bu dəyərlərin heç bir yad təsirlərə məruz qalmadan gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Dövlətimizin başçısının Fərmanı ilə belə bir qurumun yaradılması da Azərbaycan Prezidentinin milli dəyərlərimizin qorunmasına verdiyi önəmin nümunəsidir. Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımızı məxsus dəyərlərin təbliği mexanizminin yaradılmasında da çox ciddi rola malikdir. Fondun “Vəhdət dəyərimizdir” layihəsinin çox səmərəli bir təşəbbüs olduğunu qeyd edən Prezident Administrasiyasının məsul işçisi bildirib ki, ölkəmizin müxtəlif bölgələrində keçirilən bu layihə din xadimlərinin birliyinin daha da möhkəmlənməsinə töhfə verir.

Konfransda çıxış edən Fondun Himayəçilər Şurasının üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova dünyada gedən qloballaşma prosesinin müsbət və mənfi istiqamətlərindən danışaraq bildirib ki, bu gün xalqların mənəvi dəyərlərinin assimilyasiya olması müşahidə olunur. “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dövlətimizin başçısının növbəti müdrik addımı idi. Belə bir qurumun yaradılması mənəvi dəyərlərimizin qorunması üçün çox zəruri idi. İki il ərzindəki fəaliyyət Fondun mühüm işlər gördüyünü deməyə əsas verir”,- deyə Sahibə Qafarova vurğulayıb.

Fondun fəaliyyətinin cəmiyyətimiz üçün olduqca faydalı olduğunu söyləyən Milli Məclisin deputatı bildirib ki, gənclərin mənəvi dəyərlərimizlə bağlı maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. İki il ərzində ölkə daxilində Fond ciddi işlər görüb. Lakin hesab edirəm ki, bu gün beynəlxalq arenada gündən-günə mövqelərini möhkəmləndirən Azərbaycanın mənəvi dəyərlərinin xaricdə də təbliği çox vacibdir.

Fondun Himayəçilər Şurasının üzvü, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Fondun qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. Xalqımızın tarixən mənəvi dəyərlərə üstünlük verdiyini söyləyən akademik gənc nəslin düzgün formalaşmasında mənəvi dəyərlərin təbliğinin və təşviqinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Himayəçilər Şurasının üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Asif Cahangirov, “Zəfər: Şəhid ailələrinə dəstək” ictimai birliyinin rəhbəri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da Fondun iki il ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasında, mənəvi dəyərlərin qorunmasında və inkişafında, dövlət-din münasibətləri sahəsində Fondun gördüyü işlər çox mühüm əhəmiyyət kəsb edir.

Sonra ötən iki il ərzində Mənəvi Dəyərlərin Təbliği Fondu ilə əməkdaşlıq edən KİV-lər və Fondun fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıblar.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  10-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib
22 Yanvar 18:10
Vilayət Eyvazov: Ötən il bağlı qalmış 329 cinayətin üstü açılıb
22 Yanvar 17:37
Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi qeyd olunacaq
22 Yanvar 17:32
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
22 Yanvar 17:29
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub
22 Yanvar 17:26
Çingiz Əliyev: “Azərbaycan zəngin seçki təcrübəsinə malik ölkədir”
22 Yanvar 17:23
Ağdaşda Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir
22 Yanvar 17:21
Eli Naxt: “Azərbaycanda seçkilərin şəffaf keçirilməsi üçün ciddi işlər aparılır”
22 Yanvar 17:17
“SUEZ Group”un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr və perspektiv proqramlar barədə Prezident İlham Əliyevə məlumat verib
22 Yanvar 17:13
VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım (VİDEO)
22 Yanvar 16:55
AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
22 Yanvar 16:51
Yeni TV-də qonaq Tahir Mirkişilidir. DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ! (VİDEO)
22 Yanvar 16:44
İtaliya qəzetində Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub
22 Yanvar 16:40
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib
22 Yanvar 16:39
Musiqili Teatrın səhnəsində “999-cu gecə” olacaq
22 Yanvar 16:34
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib
22 Yanvar 16:33
İcbari tibbi sığortanın tətbiqindən sonra Qəbələ Müalicə və Diaqnostika Mərkəzinə 15 minədək sakin müraciət edib
22 Yanvar 16:30
Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam
22 Yanvar 16:17
Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub
22 Yanvar 16:13
YAP tərəfindən MM-in üzvlüyünə namizəd Afət Həsənova Əmircan qəsəbəsində şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb
22 Yanvar 16:10
Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
22 Yanvar 16:04
MM-in üzvlüyünə namizəd Rauf Əliyevin Buzovna qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
22 Yanvar 16:01
Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir
22 Yanvar 15:58
Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir
22 Yanvar 15:56
Yeni TV-də qonaq Eldar İbrahimovdur. DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ! (VİDEO)
22 Yanvar 15:52
Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyevin seçiciləri ilə növbəti görüşü keçirilib
22 Yanvar 15:50
MM üzvlüyünə namizəd Kamilə Əliyevanın Zaqatalanın Mazıx və Balakənin Hənifə kəndlərində seçicilərlə görüşləri keçirilib
22 Yanvar 15:46
Azərbaycan MDB-də müəllif turları üçün ən populyar üçlüyə daxildir
22 Yanvar 15:40
YAP tərəfindən 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülmüş Sadiq Qurbanov Şabran rayonunda ilk görüşünü ağsaqqallarla keçirib
22 Yanvar 15:39
Di Kaprio və De Niro eyni filmdə çəkiləcəklər
22 Yanvar 15:33
UNEC-də distant Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub
22 Yanvar 15:28
Azad Rəhimov: “Yüksəliş” müsabiqəsi sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur
22 Yanvar 15:14
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun seçicilərlə görüşü olub
22 Yanvar 15:13
Əli Əhmədov: Azərbaycan hökuməti Aİ ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlıdır
22 Yanvar 15:08
Deputatlığa namizəd Nurlan Həsənov seçicilərlə növbəti görüş keçirib
22 Yanvar 15:06
Viktor Hüqonun yeni əsəri üzə çıxıb
22 Yanvar 15:04
Həzi Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
22 Yanvar 15:02
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa şəhərində ağsaqqal və ziyalılarla görüş keçirib
22 Yanvar 15:00
Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib
22 Yanvar 14:56
"Əminəm ki, parlament seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edəcək" - Akkan Suver
22 Yanvar 14:55
"Toyota"3,4 milyon avtomobili geri çağıracaq
22 Yanvar 13:49
AŞPA nümayəndə heyəti Azərbaycanda səfərdədir
22 Yanvar 13:48
Elməddin Behbud: "Cəmiyyətdə seçkilərə kifayət qədər maraq var"
22 Yanvar 13:45
Məzahir Pənahov: "Seçki demokratiyanın göstəricisidir"
22 Yanvar 13:03
Kestutis Yankauskas: "Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik"
22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA