Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda “İplər arasında harmoniya” adlı sərgi açılıb

Bakıda “İplər arasında harmoniya” adlı sərgi açılıb

10.10.2019 [17:27]

Oktyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Macarıstan Qobelen Sənətləri Birliyinin “İplər arasında harmoniya” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Macarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təşkil edilən sərgidə 40-dan çox əsər nümayiş edilib.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyin direktoru Şirin Məlikova sərgini Bakının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, sərgidə təqdim edilən əsərlər sənətsevərlər üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Bütü iştirakçıları salamlayan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərgi haqqında məlumat verib. Bildirib ki, sərgini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Naxçıvan Müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində təşkil edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Sammiti ərəfəsində təşkil edilən sərginin əhəmiyyətini vurğulayan G.Əfəndiyeva deyib ki, belə sərgilər xalqlar arasında mədəni sahədə əlaqəlrin daha da genişlənməsinə böyük təkan verir.

“Naxçıvan müqaviləsi”ni böyük tarixi hadisə kimi xarakterizə edib və onun türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirən Günay Əfəndiyeva hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun reallaşdırdığı layihələrdən söz açıb. Bildirib ki, Fond dörd türkdilli ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətləri tərəfindən təsis edilib. Fondun məqsədləri layihə və proqramları dəstəkləmək və maliyyələşdirməklə türk mədəniyyətini və irsini qorumaq, araşdırmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir. Həmçinin, bu il Macarıstan türk dünyası ilə ortaq mədəni dəyərləri əsas gətirərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu almaq istəyini ifadə edib. Bu mənada bu sərgi çox böyük əhəmiyyət daşıyır.

Ölkəsinə məxsus mədəni dəyərlərin Şərlə bağlı olduğunu söyləyən Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi sərgi haqqında məlumat verib. Bildirib ki, qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen sənəti dünyada geniş yayılıb və macarıstanlı sənətkarlar da bu sənət növünə bənzərsiz əsrlər yaradırlar. Bakıdakı bu əhatəli sərgi sizi qobelen sənətkarlarının şah əsərləri vasitəsilə onların müxtəlifliyi, fantaziyası və bacarıqları ilə tanış etmək məqsədi ilə təşkil edilib. Qobelen Avropa sənət tarixində əsrlərdən bəri davam edən unikal, suveren bir janrdır.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31