Ana səhifə »  Qəzetin pdf formatı »  Elmar Məmmədyarov: MDB məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır
A+   Yenilə  A-
Elmar Məmmədyarov: MDB məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır

Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının məhdud tərkibli iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda çıxış edərək MDB-nin iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün vacib bir platforma olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan bu kontekstdə MDB-nin fəal üzvü olmaqla təşkilatda iştiraka xüsusi əhəmiyyət verir.

Nazir deyib: “MDB Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasının gündəliyində iqtisadi və humanitar sahədə əməkdaşlığın aktual məsələlərinin, həmçinin terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. Bu baxımdan, bugünkü iclasda “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi Dövlət başçılarının MDB ölkələri xalqlarına və dünya birliyinə müraciətinin layihəsi haqqında” qərarın imzalanmasının vacibliyini qeyd etmək istərdim.

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsi ərəfəsində Azərbaycanın və Azərbaycan xalqının faşizm üzərində Qələbənin əldə olunmasına verdiyi böyük töhfə xüsusilə qeyd edilməlidir. Müharibədə Azərbaycanın 600 mindən artıq nümayəndəsi iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Azərbaycanın bir çox təmsilçisi yüksək orden və medallarla təltif olunub.

Faşizmə qarşı mübarizədə Azərbaycan xalqı yalnız döyüş bölgələrində deyil, arxa cəbhədə də qəhrəmanlıq, şücaət və fədakarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsi zamanı qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz rolu olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və motor yağlarının 90 faizi Azərbaycanın payına düşüb.

Bu baxımdan, "1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 75 illiyi ilə əlaqədar Müstəqil Dövlətlər Birliyi Dövlət başçılarının Birliyin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında" qərarın imzalanmasını nasist ideologiyasına, o cümlədən abidə və memorialların ucaldılmasına və irqçiliyin təbliğatına qarşı mübarizədə xüsusilə əhəmiyyətli hesab edirəm”.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan təşkilatın fəaliyyətinin əsasını təşkil edən humanitar əməkdaşlığa da böyük əhəmiyyət verir. Humanitar əməkdaşlıq məsələləri, dinlərarası dialoq, həmçinin multikulturalizm və sivilizasiyalararası dialoqla əlaqəli olan məsələlər aktual əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, dünyadakı ölkələrin böyük əksəriyyəti çoxkonfessiyalı ölkələr və bir çox millətlərin nümayəndələrinin yaşadığı dövlətlərdir. Monoetnik ölkələr istisnadır. Buna görə də humanitar sahədə əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkədə milli harmoniya, həm də əməkdaşlığımız üçün vacibdir. Çünki təşkilatımızın daxilində fərqli tarixə, mədəniyyətə, dinə sahib olan ölkələr təmsil olunur və bizi ümumi maraqlarımız birləşdirir, bizi əməkdaşlıq birləşdirir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan multikulturalizmin təbliğinə böyük əhəmiyyət verir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayır. Son illərdə bir sıra qlobal tədbirlər keçirdik, dialoq və qarşılıqlı anlaşmanı təşviq edən təşəbbüslər irəli sürdük. Bu xüsusda, BMT-nin Baş Assambleyası və Baş katibi tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qeyd edilməlidir.

“Bildiyiniz kimi, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın prioritet sahələrindən biri də idman sektorudur. Qısa müddət ərzində Azərbaycan özünü beynəlxalq idman yarışlarının mərkəzi kimi doğruldub. Belə ki, son illərdə respublikamızda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, o cümlədən Dünya və Avropa çempionatları, dünya kubokları və bir çox idman növləri üzrə Qran-Pri yarışları kimi beynəlxalq tədbirlər uğurla həyata keçirilib.

İnanıram ki, humanitar sahədə konstruktiv əməkdaşlığın davam edilməsi bundan sonra da dövlətlərimiz arasında etimadın möhkəmləndirilməsinə və Birliyin inkişafına öz töhfəsini verəcək. Humanitar əlaqələr ilə yanaşı, ölkələrimiz həm çoxtərəfli, həm də ikitərəfli formatlarda iqtisadi əməkdaşlıq potensialını uğurla inkişaf etdirir”, - deyə Xarici İşlər naziri vurğulayıb.

Elmar Məmmədyarov bu gün Azərbaycanda bazar iqtisadiyyatının inkişafı üçün bütün imkanların yaradıldığını və böyük uğurların əldə olunduğunu bildirib. Son 15 ildə iqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal miqyasda yüksək inkişaf səviyyəsinə çatıb.

Diqqətə çatdırılıb ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəfləridir. Bu islahatları birləşdirmək və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün 2021-2025-ci illər dövrünə nəzərdə tutulmuş daha dərin iqtisadi islahatlar proqramının hazırlanmasına başlanıb. Ümumi əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək.

Nazir bildirib ki, iqtisadi siyasətdə beynəlxalq qarşılıqlı əlaqələrin inkişafı xüsusi yer tutur. Nəqliyyat əlaqələrini təşviq etməklə, Azərbaycan regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş səylərə mühüm töhfə verir.

E.Məmmədyarov deyib: “Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var. Lakin qeyd etmək lazımdır ki, Birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır. Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim.

Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır. Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir. Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, transsərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir. Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”.

 
  • Oxunub:  1470  |  
  • Tarix:  10-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA