Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tbilisidə GUAM-a üzv ölkələrin Xarici İşlər nazirliklərinin konsulluq xidmətləri rəhbərlərinin görüşü keçirilib

Tbilisidə GUAM-a üzv ölkələrin Xarici İşlər nazirliklərinin konsulluq xidmətləri rəhbərlərinin görüşü keçirilib

11.10.2019 [16:17]

Tbilisi şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-a üzv dövlətlərin Xarici İşlər nazirliklərinin konsulluq xidmətləri rəhbərlərinin növbəti işçi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanı Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi, səfir Faiq Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Gürcüstanın Xarici İşlər nazirinin birinci müavini Vaxtanq Maxaroblişvili tədbiri açaraq təşkilatın regiondakı rolunu və GUAM çərçivəsində konsulluq məsələləri üzrə davamlı çoxtərəfli danışıqların aparılmasının vacibliyi vurğulayıb.

Məsləhətləşmələr zamanı tərəflər konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə yeni texnologiyaların tətbiqi, qəbul edilmiş milli qanunvericilik aktları mövzularında müzakirələr aparıblar.

Söhbət zamanı yeni sazişlərin imzalanması və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yeni mexanizmlərin yaradılması imkanları nəzərdən keçirilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31