Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib
A+   Yenilə  A-
Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib

Oktyabrın 14-də Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov Türk Şurasının BMT-nin Baş Assambleyasında müşahidəçi statusu alması istiqamətində işlərin davam etdirildiyini bildirib. “Türk Şurası beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir. Təşkilata sədrlik Azərbaycana keçir. Lakin növbəti dövrdə də Qırğızıstan təşkilata üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı yenə də diqqət mərkəzində olacaq. Təşkilata üzv ölkələr arasında yenidən biznes forumlar keçirilməlidir”, - deyə nazir vurğulayıb.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək Türk Şurasında sədrliyini uğurla başa çatdırması münasibətilə Qırğızıstanı, həmçinin Türk Şurasının yeni üzv dövləti olan Özbəkistanı təbrik edib.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Türk Şurasının məqsəd və vəzifələrinin həyata keçirilməsində çox vacib rol oynayan, əməkdaşlığın gücləndirildiyi, qlobal risklər və təhdidlərə qarşı səylər və təsirli cavabların verildiyi mühüm, hətta həlledici bir zamanda Türk Şurasının VII Zirvəsinə ev sahibliyi edir. İnstitusional mexanizmləri gücləndirilmək və yeni əməkdaşlıq modellərini yaratmaq yolunda Sammit regional və qlobal hadisələrə toxunmaq və əməkdaşlığın yeni perspektivlərini araşdırmaq üçün bir fürsətdir.

“2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi imzalanandan bəri Türk Şurası türkdilli dövlətlər arasında hərtərəfli, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək üçün səylər göstərib. On il ərzində Türk Şurası bölgədə sülhün qorunmasında, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, ümumi maraq doğuran bütün sahələrdə, o cümlədən ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasında, regional və ikitərəfli əməkdaşlığın təşviq edilməsində bir dayaq olduğunu sübut edib. Bu baxımdan, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğuna və xüsusi prioritet istiqamətlərdəki səylərimizin regional tərəfdaşlığa yeni təkan verəcəyinə və Türk Şurasına yeni bir hərəkətverici qüvvə olacağına inanırıq”,- deyə nazir vurğulayıb.

Qeyd edilib ki, Türk Şurası türkdilli xalqların tarixi irsinin təbliğində və qorunmasında, həmçinin ümumi mədəniyyətimizin, adət-ənənələrimizin, maddi və mənəvi dəyərlərimizin yayılmasında misilsiz rol oynayır. Buna görə də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanın da fəal iştirak etdiyi mədəni və humanitar sahədəki fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcək. Beləliklə, prioritet sahələri əhatə edən, detallı və praktik məqsəd və vəzifələri müəyyənləşdirən Türk Şurasının iqtisadi gündəliyinin hazırlanması fəaliyyətimizin vacib tərkib hissəsidir. Əməkdaşlığımızın iqtisadi ölçüsünün artırılması, dünyada siyasi və iqtisadi qarışıqlıqlara qarşı dayanıqlılığımızı möhkəmləndirəcək və gücləndirəcəkdir. Buna görə də Azərbaycan türk ölkələrinin iqtisadi potensialına böyük diqqət yetirir və qarşılıqlı sərmayələrin artırılmasının və yeni iqtisadi layihələrin araşdırılmasının vacibliyini vurğulayır.

Azərbaycanın Xarici İşlər naziri deyib: “Ölkəmiz TDƏŞ-in üzv dövlətləri və müşahidəçiləri ilə güclü siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Üzv dövlətlər və müşahidəçilər arasında tarixi İpək Yolunu canlandırmaq və onu yeni infrastruktur layihələri ilə yaxşılaşdırmaq üçün əməkdaşlığın intensivləşdirilməsi iqtisadi əlaqələrimizin əsas dayaqlarından biridir. Azərbaycan Avrasiya bölgəsinin nəqliyyat xəritəsini yenidən tərtib edən infrastruktur investisiyaları həyata keçirir. Yeni bağlılıq təşəbbüsləri təkcə regional inteqrasiyaya töhfə vermir, həm də Türk Şurası üzv dövlətləri və müşahidəçiləri arasındakı əməkdaşlığı artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər Şərq-Qərb Orta Dəhliz təşəbbüsünün vacib tərkib hissəsidir və yük daşımalarının həcminin artması nəticəsində ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək. Bundan əlavə, Azərbaycan Türk Şurasına müşahidəçi dövlət qismində Macarıstanla əməkdaşlığın inkişafını dəstəkləyir və 2019-cu il sentyabrın 19-da Budapeştdə Türk Şurasının ofisinin açılmasını alqışlayır. Macarıstan və Türk Şurası üzv dövlətləri arasında əməkdaşlıq geniş sahələrdə uğurla inkişaf edir və biz əminik ki, ofis Türk Şurasının Avropa qurumları ilə əlaqələrinin möhkəmləndirilməsində köməkçi rolunu oynayacaq.

Türk Şurası üzv dövlətləri arasında humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etmək lazımdır. Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyətinin bölgəmizdə humanitar səylər göstərməsində böyük əhəmiyyəti var. Bu baxımdan, 2019-cu il oktyabrın 11-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv dövlətlərin rəsmi inkişaf agentliklərinin, o cümlədən Türk Şurası, BMT-nin Humanitar Məsələləri Koordinasiya Ofisi və BMT İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların iştirakı ilə “Türkdilli Dövlətlərin Rəsmi İnkişaf Agentliklərinin Beynəlxalq Yardım Sisteminə inteqrasiyasının təşviqi: Səmərəli Humanitar Yardım və İnkişaf Yardımı üçün Əməkdaşlıq” Konfransı keçirilib.

Bu tədbir iştirakçı ölkələrə və beynəlxalq təşkilatlara effektiv qlobal və regional yardım üçün əvəzolunmaz təcrübələrini bölüşmək və yeni tərəfdaşlıqlar qurmaq imkanı verib. Şadam ki, 7-ci Sammitin Bəyannaməsi konfransdan bəhs edir və üzv dövlətlərin donor qurumlarının qlobal yardım sisteminə inteqrasiyasını asanlaşdırmaq üçün əhəmiyyətini vurğulayır”.

Nazir bildirib ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşib və qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Lakin Ermənistan işğala və təcavüzə son qoyulması barədə BMT TŞ-nin qətnamələrinə və beynəlxalq təşkilatların digər sənədlərinə məhəl qoymamaqda davam edir.

“Azərbaycana qarşı təcavüzü pisləyən, Ermənistanı yuxarıda göstərilən qətnamələri yerinə yetirməyə çağıran prinsipial mövqe nümayiş etdirdiyi üçün hər bir ölkəyə və Türk Şurasına yüksək dəyər verdiyimizi bildirmək istərdim. Bu baxımdan, Türk Şurası üzv dövlətlərinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həlli üçün birmənalı dəstəyi çox təqdirəlayiqdir.

Sonda bir daha qeyd etmək istərdim ki, Azərbaycan türkdilli dövlətlərlə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda daha da gücləndirmək niyyətindədir, Türk Şurası isə türk dünyasının bir araya gəlməsində əhəmiyyətli rol oynamağa davam edəcək. Təşkilatımız Özbəkistanın bu yaxınlarda üzv olması ilə artıq 5 üzv dövlətdən ibarət oldu. Əminəm ki, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının bugünkü iclası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək, eyni zamanda, əldə olunan nailiyyətləri qiymətləndirməyə və ortaq bir baxışla və birləşmiş güclə mövcud problemlərə necə cavab verəcəyimizi düşünməyə imkan yaradacaqdır”, - deyə Elmar Məmmədyarov qeyd edib.

Sonda iclasın yekunlarına dair mətbuat konfransı keçirilib.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  14-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir

15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib
15 Noyabr 16:15
Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir
15 Noyabr 16:09
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 15:59
Vüqar Rəhimzadə: Azərbaycan nadir qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib
15 Noyabr 15:34
Azərbaycan 13 milyard dollarlıq neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edib
15 Noyabr 15:26
Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşüb
15 Noyabr 15:24
Azərbaycanla Gürcüstanın dəmir yollarının əməkdaşlığının perspektivləri müzakirə olunub
15 Noyabr 15:20
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Yardımlıda vətəndaşları qəbul edib
15 Noyabr 15:18
Zoltan Hernyeş: İnsan hüquqları ilə süni intellekt məsələlərin əlaqəsi mühüm məsələlərdən biridir
15 Noyabr 15:08
BDU-nun 100 illik yubileyi ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub
15 Noyabr 15:06
Avropa İnvestisiya Bankı 2021-ci ildən ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək
15 Noyabr 14:46
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
15 Noyabr 14:37
2025-ci ildən sonra neft tələbatındakı artım tempi yavaşlayacaq
15 Noyabr 14:35
Ravvin Eli Abadi: Azərbaycan dünyada multikulturalizm və dinlərarası əməkdaşlıq diyarı kimi tanınır
15 Noyabr 14:07
Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir
15 Noyabr 14:03
Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib
15 Noyabr 13:56
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 13:22
Naybori Sammiti çərçivəsində Azərbaycanda qadın hüquqları sahəsində görülmüş işlərdən danışılıb
15 Noyabr 13:17
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
15 Noyabr 13:13
Dünya dini liderlərinin II Bakı Sammiti plenar iclasla işini davam etdirir
15 Noyabr 12:59
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb
15 Noyabr 12:55
Bakının Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib
15 Noyabr 12:54
Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb
15 Noyabr 12:50
Qadın kimyaçılara həsr olunan tədbir
15 Noyabr 12:46
2020-ci ilin dövlət büdcəsinin 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcək
15 Noyabr 12:43
Azərbaycanın Xarici İşlər naziri 10-cu Sir Bani Yas Forumunda iştirak edəcək
15 Noyabr 12:42
Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri
15 Noyabr 12:06
Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək
15 Noyabr 11:48
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmə katibləri hesabat veriblər
15 Noyabr 11:43
Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək
15 Noyabr 11:39
Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib
15 Noyabr 11:27
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15 Noyabr 11:26
Müxtəlif qoşun növlərinin cəlb olunduğu əməliyyat təlimi davam edir
15 Noyabr 11:23
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
15 Noyabr 11:12
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub
15 Noyabr 11:07
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
15 Noyabr 10:51
“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb
15 Noyabr 10:48
Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans işə başlayıb
15 Noyabr 10:39
Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransı keçirilib
15 Noyabr 10:29
Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub
15 Noyabr 10:17
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir
15 Noyabr 10:15
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
15 Noyabr 10:13
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
15 Noyabr 10:07
Beyləqanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır
15 Noyabr 10:04
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
15 Noyabr 10:03
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
15 Noyabr 09:57
Qaradağ rayonunda qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb
15 Noyabr 09:56
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir
15 Noyabr 09:50
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
15 Noyabr 09:48
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub
15 Noyabr 09:46
Azərbaycanın regionlarında payızlıq taxıl səpini uğurla davam etdirilir
14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+9 +11