Ana səhifə »  Qəzetin pdf formatı »  Türk Şurası fəaliyyətini gücləndirir
A+   Yenilə  A-
Türk Şurası fəaliyyətini gücləndirir

2019-cu il oktyabrın 15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə hazırlıq işləri aparılır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə 2009-cu ildə Türkdilli dövlətlərin əməkdaşlığına hərtərəfli kömək məqsədilə ilə yaradılıb. Təşkilat 2009-cu ildə Türkdilli dövlət başçılarının Sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin imzaladığı Naxçıvan Sazişinə müvafiq olaraq təsis edilib. 2018-ci ildə Macarıstan Türk Şurasında müşahidəçi statusu alıb. 2019-cu ildə Özbəkistan Türk Şurasına qoşulmaq haqqında qərar qəbul edib. Türk Şurasının sammitləri də daxil olmaqla, onun müxtəlif tədbirlərində Türkmənistan da iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevin məqaləsində bəhs edilir.

AZƏRTAC həmin məqaləni oxucuların diqqətinə təqdim edir.

X X X

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin Türk Şurasının 10 illik yubileyi münasibətilə Bakıda keçiriləcək Zirvə Görüşü ərəfəsində 2019-cu il oktyabrın 7-də Türk Şurasının baş katibini qəbulunda qeyd etdiyi kimi, bu sammit Özbəkistanın daimi üzv qismində təşkilata daxil olması ilə onun fəaliyyətinin genişləndirilməsi şəraitində keçiriləcək və Türk Şurasının fəaliyyətinin mühüm iqtisadi istiqamətlərinə həsr olunacaq.

Türk Şurasının fəaliyyəti üzv dövlətlər arasında əməkdaşlığın geniş spektrini əhatə edir və Naxçıvan Sazişinə uyğun olaraq aşağıdakı əsas məqsəd və vəzifələr müəyyən edilib.

Siyasi sahədə: tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsi; regionda və onun hüdudlarından kənarda sülhün təmin edilməsi; xarici siyasət məsələləri üzrə ümumi mövqelərin nümayiş etdirilməsi; beynəlxalq terrorizmlə, separatçılıqla, ekstremizmlə və transsərhəd cinayətkarlığı ilə mübarizədə fəaliyyətin əlaqələndirilməsi; ümumi maraqlar çərçivəsində bütün sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığa yardım edilməsi.

İqtisadi sahədə: qarşılıqlı ticarət və sərmayələr üçün əlverişli şəraitin yaradılması; hərtərəfli və balanslaşdırılmış iqtisadi artıma, sosial və mədəni inkişafa, nəqliyyat, logistika, turizm, innovasiya texnologiyaları üzrə birgə fəaliyyətə səy göstərilməsi.

Türk Şurasının fəaliyyəti digər mühüm sahələri də əhatə edir. Onların arasında elm, texnika, təhsil və mədəniyyət, idman və gənclər sahələrində qarşılıqlı fəaliyyət, kütləvi informasiya vasitələrinə və kommunikasiyaların genişləndirilməsinə dəstək verilməsi, hüquqi informasiya və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin qanunun aliliyinin təmin olunması, idarəetmənin təkmilləşdirilməsi və insan haqlarının müdafiəsi var.

2013-cü ildən başlayaraq, hər il üzv dövlətlər arasında təhlükəsizlik məsələləri üzrə Məsləhətləşmələr keçirilir. Bu mexanizm regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə gələcək əməkdaşlığın inkişafında bir vasitədir.

Təşkilatın əsas orqanı Dövlət Başçıları Şurasıdır. Türk Şurasının sammitləri təşkilatın fəaliyyəti çərçivəsində əsas tədbirdir və onlar bir qayda olaraq, gündəlikdəki ən aktual məsələyə həsr olunur.

2011-ci ildə keçirilmiş Almatı sammiti Türk Şurasının fəaliyyətdə olan strukturları çərçivəsində yüksək səviyyədə ilk görüş oldu və “İqtisadi əməkdaşlıq” mövzusuna həsr olundu. Bununla yanaşı, Türk Şurası Katibliyinin fəaliyyəti ilə bağlı əsas sənədlər də təsdiq edildi.

İkinci sammit 2012-ci ildə Bişkekdə (Qırğızıstan) keçirildi və “Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq” mövzusuna həsr olundu. Türk Şurasının üçüncü sammiti 2013-cü ildə Qəbələdə (Azərbaycan) “Nəqliyyat və rabitə” mövzusunda keçirildi. Dördüncü Zirvə görüşü isə, 2014-cü ildə Bodrumda (Türkiyə) keçirildi və orada “Turizm sahəsində əməkdaşlıq” mövzusu müzakirə olundu. Beşinci sammit 2015-ci ildə Qazaxıstanın paytaxtında “İnformasiya sahəsində əməkdaşlıq” mövzusu ilə bağlı təşkil olundu.

Türk Şurasının “Gənclər və milli idman” mövzusunda altıncı sammiti 2018-ci il sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirildi. Dövlət başçıları tərəfindən “Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının altıncı sammitinin Bəyannaməsi, “Macarıstana Türk Şurasının nəzdində müşahidəçi statusu verilməsi haqqında Qərar” və “Türk Şurasının baş katibinin təyin edilməsi haqqında qərar” imzalandı.

Hazırda Türk Şurasının 2019-cu il oktyabrın 15-də Bakıda keçiriləcək və təşkilatın 10 illik yubileyi ilə üst-üstə düşəcək sammitinə hazırlıq gedir. Sammitin mövzusu “Kiçik və orta biznesin dəstəklənməsi”dir.

Sammit ərəfəsində Türk Şurasının baş katibi təşkilatın üzv dövlətlərinin başçıları ilə görüşərək onlara qarşıdakı görüş və gündəlikdə duran əsas məsələlər haqqında məlumat verib. O, Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooranbay Jeenbekov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Bakı Sammitin gündəliyi kifayət qədər zəngindir. Ənənəvi Bəyannamə ilə yanaşı, dövlət başçılarının Özbəkistanın Türk Şurasına qəbul edilməsi haqqında qərarı təsdiq etməsi, Türk Şurasının Budapeştdə ofisinin açılması haqqında sənədi imzalaması, Türk Sərmayə-İnteqrasiya Fondunun yaradılması haqqında bəyanatın və Türk Şurasında islahatlar barədə konsepsiyanın təsdiqi, həmçinin bir sıra təşkilati xarakterli mühüm sənədlərin qəbul edilməsi planlaşdırılır. Sammit çərçivəsində üzv dövlətlərin ticarət-sənaye palataları başçılarının və hökumətlərinin nümayəndələrinin iştirakı ilə biznes forum da keçiriləcək. Bakı sammitinin gedişində Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin Türk Şurasının ömürlük fəxri Sədri vəzifəsinə başlaması mərasimi də olacaq. Məlumdur ki, 2019-cu ilin aprelində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və üzv dövlətlərin başçılarının yekdil qərarı ilə Türk Şurasının yaradılmasında xüsusi xidmətlərinə və türk dünyasının yaxınlaşmasına böyük töhfəsinə görə Nursultan Nazarbayevin Türk Şurasının ömürlük fəxri Sədri seçilməsi barədə qərar qəbul edilib.

Sammit çərçivəsində, qeyd olunduğu kimi, Türk Şurasının tarixində ən mühüm hadisələrdən biri baş verəcək – Özbəkistan Respublikasının Türk Şurasına rəsmi qəbul edilməsi həyata keçiriləcək. 2019-cu il sentyabrın 14-də Özbəkistan Prezidenti Şafkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə qoşulmaq barədə Fərman imzalayıb və ölkənin parlamenti bu normativ aktı ratifikasiya edib. Beləliklə, Özbəkistan Respublikası Türk Şurasının tamhüquqlu üzvü olacaq ki, bu da təşkilatın fəaliyyətinə əlavə impuls və türkdilli ölkələr və xalqlar arasında daim genişlənən əməkdaşlığa yeni keyfiyyət qatacaq, Türk Şurasının bayrağı altında birliyə yeni üfüqlər açacaq.

2019-cu il oktyabrın 4-də Türk Şurasının baş katibi Özbəkistan Respublikasına ilk səfərini edib və Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib. Daşkənddə Şuranın üzv ölkələrindən (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan) 500 sahibkarın iştirakı ilə böyük biznes-forum keçirilib.

Türkmənistan Türk Şurasının prioritetləri arasında xüsusi yer tutur. 2019-cu il iyunun 10-12-də bu ölkəyə rəsmi səfər həyata keçirildi. Yeri gəlmişkən, bu səfər Şuranın tarixində ilk olub.

Aşqabadda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla keçirilən danışıqlarda türkmən tərəfinin təklifi əsasında Türk Şurasının Birinci Xəzər İqtisadi Forumunda iştirakı barədə razılıq əldə olunub. Şuranın nümayəndə heyəti 2019-cu il avqustun 12-də həmin forumda iştirak edib.

Macarıstanla münasibətlər də mühümdür. 2019-cu ilin yanvarında bu ölkəyə səfər çərçivəsində Budapeştdə Türk Şurasının Avropa Ofisinin açılması barədə razılıq əldə olunub. Həmin ofis Avropa ölkələri, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla Şuranın münasibətlərinin inkişafına xidmət edəcək. 2019-cu il sentyabrın 19-da Macarıstan paytaxtında beş dövlətin Xarici İşlər nazirlərinin iştirakı ilə Türk Şurasının Avropa Ofisinin rəsmi açılışı mərasimi keçirildi.

Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığı da durmadan inkişaf etdirir. O, 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi qismində iştirak edir. Həmçinin, İƏT Türk Şurasında müşahidəçi statusu almaq üçün müraciət edib.

BMT və bu təşkilatın strukturları ilə - BMT İnkişaf Proqramı, BMT-nin “Cənub-Cənub” Əməkdaşlığı üzrə İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı, UNWTO və UNESKO ilə konstruktiv münasibətlər qurulub. Türk Şurasının sədri kimi mənə BMT Baş Assambleyasının 2019-cu ilin sentyabrında keçirilən 73-cü sessiyasında iştirak etmək və BMT-nin idarəsi tərəfindən sivilizasiyaların dialoqu konfransında, habelə terrorizmə qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyada çıxış etmək nəsib olub. Orada bir sıra mühüm görüşlər keçirmişəm.

Türk Şurası, həmçinin ATƏT, QİƏT, İƏT və ÜTT ilə də rəsmi münasibətlər qurub. Biz 2019-cu ildə Milanda keçirilmiş ATƏT-in nazirlər səviyyəsində görüşündə iştirak etmişik. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının Ciddədə yerləşən mənzil qərargahında təşkilatın baş katibi ilə danışıqlar aparılıb. Görüş çərçivəsində Türk Şurasının İƏT-də müşahidəçi statusu alması məsələsi müzakirə olunub. 2019-cu il martın 1-də Əbu-Dabidə Baş katib kimi İƏT Xarici İşlər nazirlərinin görüşündə iştirak etmiş, həmçinin 2019-cu il aprelin 23-də bu təşkilatın İcraiyyə Komitəsinin növbədənkənar iclasına qatılmışam.

İslam Əməkdaşlıq Təşkilatı 2019-cu il mayın 31-də Məkkədə keçirilmiş sammitində İƏT-ə üzv olan ölkələrin Xarici İşlər nazirlərinin növbəti görüşünədək Türk Şurasının müşahidəçi status alması haqqında proseduraların başa çatdırılması barədə qərar qəbul edib.

Türk Şurası türkdilli ölkələrin əməkdaşlığı üzrə fəaliyyət göstərən təşkilatların işini əlaqələndirən əsas qurumdur. Biz bu sahədə ölkələrin müxtəlif istiqamətlərdə tammiqyaslı əməkdaşlığını təmin edirik. Türkdilli ölkələrin əməkdaşlığı üzrə strukturlar aşağıdakılardır:

TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyət Təşkilatı) 1993-cü ildə yaradılıb və mədəniyyət və incəsənət sahələrində əməkdaşlığa, türk dünyasının ümumi dəyərlərinin beynəlxalq səviyyədə qorunub saxlanılması və təbliği, həmçinin digər ölkələrdə türkdilli xalqların mədəni əlaqələrinin dərinləşməsinə xidmət edir;

Türk PA (Türkdilli Ölkələrin Parlament Assambleyası) 2008-ci ildən fəaliyyət göstərir və mənzil qərargahı Bakıdadır. Assambleyanın fəaliyyəti türkdilli dövlətlər arasında parlamentlərarası əməkdaşlığın inkişafına yönəlib;

Türk Akademiyası 2012-ci ildə yaradılıb və bu beynəlxalq təşkilatın mərkəzi Nur-Sultan şəhərindədir. Akademiyada türk xalqlarının tarixi, mədəniyyəti, coğrafiyası, arxeologiyası, dilləri, ədəbiyyatı və etnoqrafiyası ilə bağlı elmi tədqiqatlar aparılıb.

Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci ildə Bakıda yaradılıb və əsas vəzifəsi türk mədəniyyətinin qorunması, öyrənilməsi və təbliğinə kömək etmək, habelə müxtəlif tədbirlərin, layihələrin və proqramların maliyyələşdirilməsidir.

Türk Şurası türk dövlətləri arasında iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verir. Türk Şurasının fəaliyyəti dövründə iqtisadiyyata cavabdeh olan nazirlərin 10 toplantısı keçirilib. Onların görüşündə bu sahədə əməkdaşlığı nizamlayan bir sıra sənədlər imzalanıb.

Bu səylər çərçivəsində Türk Şurası iqtisadi əməkdaşlığın institutlaşması üzrə işlərə başlayıb.

Şuranın yaradılmasının ilk günlərindən birgə Türk Ticarət-Sənaye Palatası təsis edilib. Onun təsis olunması ilə bağlı müqavilə 2019-cu il mayın 17-də Nur-Sultanda imzalanıb və iyulun 31-də İstanbulda Palatanın Katibliyinin açılış mərasimi keçirilib.

Katibliyinin İstanbulda yerləşdiyi birgə Türk Ticarət Sənaye Palatası qarşılıqlı ticarətin möhkəmlənməsi və sərmayələrin cəlb edilməsi, üzv dövlətlərdə birgə sənaye zonalarının yaradılması, ticarət evlərinin açılması, həmçinin biznes strukturları arasında mübahisəli məsələlərin nizama salınması istiqamətində fəaliyyət göstərəcək.

Türk Şurası Türk Sərmayə-İnteqrasiya Fondunun yaradılması üzrə intensiv iş aparır. Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin Nur-Sultanda keçirilmiş sonuncu - 9-cu iclasında Fondun konsepsiyası qəbul edilib. Nazirlər bu fondun yaradılmasını alqışlayıb və “Müxtəlif tipli iqtisadi zonalar arasında informasiya və təcrübə mübadiləsinə dair qarşılıqlı anlaşma Memorandumu”nun mətnini razılaşdırıblar. Bu sənəd Türk Şurasının 7-ci Sammitində imzalanacaq. Nazirlər üzv ölkələrdə türk ticarət evlərinin yaradılmasının Fonda həvalə edilməsi barədə qərar da qəbul ediblər.

Türk Şurasının fəaliyyətinin əsas istiqamətlərindən biri də nəqliyyat sahəsində əməkdaşlıqdır. Bu profil üzrə nazirlərin Bişkekdə keçirilmiş son iclasında Çin-Avropa oxu üzrə nəqliyyat sektorunda əməkdaşlıq məsələləri və Transxəzər Nəqliyyat Dəhlizi çərçivəsində yeni layihələr müzakirə olunub. Xüsusən, iştirakçılar Transxəzər Dəhlizi üzrə Xorqostdan İstanbula və ya Avropaya qədər nəqliyyat karvanı təşkil edilməsi barədə razılıq əldə ediblər. “Qardaş limanlar” layihəsi də fəal şəkildə inkişaf etdirilir.

Qazaxıstanda keçirilmiş və informasiya texnologiyaları üzrə əməkdaşlığa həsr olunmuş Türk Şurasının V sammitindən sonra bu sahədə qarşılıqlı fəaliyyət daha da fəallaşıb. 2019-cu ilin yanvarında informasiya və kommunikasiya texnologiyalarına məsul olan nazirlərin Almatı görüşü də təşkil edilib.

2019-cu ilin mayında Bakıda “Türk Şurasına üzv dövlətlərin ictimai yayım müəssisələri arasında əməkdaşlığa dair Protokol” imzalanıb. Həmçinin razılaşdırılmış kateqoriyalar üzrə proqramların və videomaterialların milli telekanallar arasında yüklənməsi üçün vahid FTP sisteminin yaradılması haqqında qərar qəbul edilib. “Türk dünyasının 100 şəxsiyyəti” və “Türk dünyasının müqəddəs torpağı” layihələrinin reallaşdırılması üçün birgə sənədli, qısametrajlı filmlərin və videoçarxların hazırlanması üzrə razılıq əldə olunub. Bu təklif Qazaxıstanın birinci Prezidenti tərəfindən Türk Şurasının 6-cı Sammitində irəli sürülüb.

Gömrük orqanları xətti ilə əməkdaşlıq da fəal inkişaf edir. Bu sahədə “Gömrük qaydalarına əməl olunmasının təmin edilməsi sahəsində Türk Şurasına üzv dövlətlərin gömrük administrasiyaları arasında qarşılıqlı anlaşma haqqında Memorandum” imzalanıb.

Gənclərlə iş üzrə məsələ də çox mühümdür. 2018-ci il dekabrın 5-də Nur-Sultanda Türk Şurasının Gənclər və İdman nazirlərinin III iclası keçirilib.

Türk Şurasının təhsil nazirləri də mütəmadi olaraq bir araya gəlirlər. Türk Akademiyası və Türk Şurası ölkələrinin Təhsil nazirliklərinə Türk Şurasına üzv ölkələrin orta məktəblərində “XV əsrədək türk xalqlarının ümumi tarixi”, “Türk dünyasının ümumi coğrafiyası və ədəbiyyatı” dərslikləri üzərində işin başa çatdırılması tapşırığı verilib. Macarıstan hökuməti Şuraya üzv dövlətlərin tələbələri üçün təqaüdlərin tam miqdarının 600-dən minə çatdırılmasına hazır olduğu barədə bəyanat verib. Bu, təhsil sahəsində görünməmiş bir addımdır.

Türk Şurasının fəaliyyətində mühüm sahələrdən biri də xaricdəki diaspor təşkilatları ilə əməkdaşlıq məsələləridir. Hazırda Şuraya üzv dövlətlərin hüdudlarından kənarda bu ölkələrin 20 milyondan çox nümayəndəsi yaşayır. Həmin kontekstdə “Türk Şurası türkdilli diasporlarının birgə fəaliyyəti strategiyası” qəbul edilib və “Birgə fəaliyyət planı” təsdiq edilib. Beləliklə, Türk Şurası özünün 10 illik fəaliyyəti dövründə müxtəlif sahələr üzrə türkdilli ölkələrin qarşılıqlı fəaliyyətinin aktiv mexanizmini quran, həmçinin iştirakçı ölkələrin ümumi maraqlarını müdafiə edən səmərəli təşkilata çevrilib.

Türk Şurası daimi fəaliyyət göstərən və BMT-nin standart və normalarına uyğun olaraq formalaşmış Katibliyə, nizamnaməyə uyğun yaradılmış rəhbər orqanlara – Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurasına malikdir.

2019-cu ildə Türk Şurasının fəaliyyəti daha zəngin və məhsuldar olub. On il ərzində ilk dəfə olaraq təşkilatın iştirakçılarının tərkibi genişlənib: Özbəkistan tamhüquqlu üzv kimi Türk Şurasına daxildir, Macarıstan Şurada müşahidəçi statusu alıb, Türk Şurası Budapeştdə özünün Avropa Ofisini açıb, Türkmənistan təşkilatda müşahidəçi statusu almasını nəzərdən keçirir.

Əməkdaşlığımızın iqtisadi kontentinin fəallaşdırılması istiqamətində böyük işlər görülüb. Türk Ticarət-Sənaye Palatası yaradılıb, Türk Sərmayə Fondunun təsis edilməsi üzrə işlər başa çatır. Bu fondun ilkin kapitalı 700 milyon dollara çata bilər. Son bir ildə üzv dövlətlərin sahələr üzrə nazirlərinin 15 görüşü keçirilib ki, bu da son 10 ildə - Şuranın yaradılmasından bəri nazirlər səviyyəsində keçirilən bütün görüşlərin üçdəbiri deməkdir. Türk Şurası Çolpon-Atada, Türkmənbaşıda, Daşkənddə və Bakıda böyük biznes-forumlar təşkil edib.

Cari ildə Katiblik iştirakçı ölkələr və Şuranın nəzdində olan təşkilatların birgə iştirakı ilə fəaliyyətdə olan türk təşkilatlarının işinin optimallaşdırılması və Şuranın əlaqələndirici rolunun möhkəmləndirilməsi üzrə islahatlar konsepsiyası işləyib hazırlayıb.

Bununla yanaşı, ötən 10 il Türk Şurasının səmərəli və çoxprofilli beynəlxalq təşkilat kimi formalaşması mərhələsi olub. Son bir ildə onun institusional dəyişməsi sayəsində bu mərhələni başa çatmış hesab etmək olar. İndi qarşılıqlı fəaliyyətin daha keyfiyyətli mərhələsinə və infrastruktur, sərmayələr, qanunvericilik sahələrində, həmçinin iqtisadiyyatın real sektorunda birgə layihələrin həyata keçirilməsini ehtiva edən sıx inteqrasiyaya keçməyin vaxtıdır.

 
  • Oxunub:  1590  |  
  • Tarix:  14-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA