Ana səhifə »  Qəzetin pdf formatı »  İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?
A+   Yenilə  A-
İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?

Ermənistanın yeni Baş naziri Aşqabadda Njde Qareginin ideoloji davamçısı olduğunu təsdiqlədi

Diqqətinizə təqdim etdiyim bu məqalədə “açar söz” olduğundan, icazənizlə, ilk növbədə ona aydınlıq gətirək ki, “tsexakronizm” nədir? Araşdırmaçılar terminin lüğəti mənasını belə izah edirlər ki, “tsex” kəliməsi erməni dilində “cins, tayfa, irq”, “kron” isə “əqidə”, “inanc”, “din” mənasını verir. Bu iki kəlimənin çuğlaşdırılması ilə yaranan “tsexakronizm” termini erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyasını əks etdirir. Bu radikal ultra-milliyyətçi konsepsiyanın əsas müəllifi əsl soyadı Ter-Harutunyan olan məşhur faşist əlaltısı Njde Qaregindir. O, 1933-сü ilin yayında “Daşnaksütun” partiyasının qərarı ilə Amerika Birləşmiş Ştatlarına səfər edib, orada “Tseхakron” adlı gənclər təşkilatının əsasını qoyub və həmin adı erməni antropoloji quruluşuna söykənən irqçi təliminə də verib. Ter-Harutyanın “mən Yer kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm, öpdüm, təzim etdim - tsexakrona çevrildim” cümləsindən də göründüyü kimi, erməni etnosunu müqəddəsləşdirərək bəşəriyyətin qalan bütün xalqlarının fövqünə çıxaran bu şovinist təlim, qısaca desək, Adolf Hitlerin faşist ideologiyasının erməniləşdirilmiş nüsxəsidir, hətta müqayisə edilsə, ondan daha qeyri-insani, daha təhlükəli olmaqla yanaşı, daha absurd və fantastik məzmuna malikdir.

Çox təəssüflər olsun ki, çağdaş dünyanın heç bir mədəni parçası tərəfindən mənimsənilməyəcək, bəraət qazandırılmayacaq və kosmetik düzəlişlərə məruz qoyularaq yenidən dirçəldilməyəcək faşizm ideologiyasının sözügedən variantı- tsexakronizm SSRİ-nin dağılması və onun tərkibində olan respublikaların müstəqillik qazanması ərəfəsində Ermənistanda yenidən aktuallaşdı. “Ermənistan irqinin davamçıları” adı altında Njdenin fəlsəfəsindən qidalanan faşist tipli siyasi təşkilatlar, hərbi dəstələr meydana çıxdı. 1990-cı ildə yaranan və 1967-87-ci illərdə gizli fəaliyyət göstərdiyi deyilən Milli Birlik Partiyasının varisi kimi çıxış edən Respublikaçılar Partiyası da Njde Qareginin tsexakronizm konsepsiyasını - müəyyən bəzək-düzək verəndən sonra - öz ideoloji platformasına çevirdi. Qaregenin adının Ermənistanda əbədiləşdirilməsi, “şərəfinə” markalar və xatirə pulları buraxılması, mükafatlar təsis edilməsi, filmlər çəkilməsi məhz bu partiyanın hakimiyyəti dövründə geniş vüsət aldı. Serj Sarkisyan iqtidarının təşəbbüsü ilə 2016-cı ildə ona İrəvanın mərkəzində bürünc heykəl qoyuldu və açılışda Ermənistan prezidenti şəxsən iştirak etdi. Bu addım, sadəcə, torpaqlarının önəmli bir hissəsi Ermənistan qoşunlarının işğalı altında olan Azərbaycan tərəfindən sərt reaksiya ilə qarşılanmadı, mütərəqqi dünya ictimaiyyəti, o cümlədən ayrı-ayrı tanınmış xarici diplomatlar, tarixçilər və digər intellektual peşə sahibləri tərəfindən ciddi qınanıldı.
Njde Qareginə qoyulmuş məlum heykəl və onun kultlaşdırılması bu günlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasında da müzakirə mövzusu oldu. Prezidentimiz cənab İlham Əliyev, öz sözləri ilə desəm, hər kəsin kitabxanalardan, internet resurslarından rahatlıqla tapa biləcəyi konkret sənədlərə istinad edərək, Ermənistanın yeni rəhbərliyini Böyük Vətən Müharibəsi illərində faşiştlərə satılmış, Hitler Almaniyası uğrunda ölməyi Ermənistan uğrunda ölməklə eyniləşdirən Njde Qareginə qoyulmuş heykəli sökməyə çağırdı. MDB-yə daxil olan dövlətlərin başçılarının Aşqabad toplantısı ilə bağlı xəbərləri diqqətlə izləyənlər yaxşı bilirlər ki, Azərbaycan prezidentinin bu çıxışında səslənən təkzibolunmaz fakt və dəlillərə cavab tapmayan Ermənistanın Baş naziri Nikol Paşinyan tarixdən də elə siyasət və diplomatiya qədər baş çıxardığını ortaya qoyub, yəni, faktiki olaraq, çıxılmaz vəziyyətdə qalıb. Əlbəttə, İlham Əliyev son dərəcə təcrübəli, mütaliəli, iti ağıla malik olan siyasi lider olaraq Paşinyanın düşəcəyi vəziyyəti öncədən gördüyündən onun Aşqabaddakı çıxışını Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun tribunasından bütün dünyaya “Qarabağ Azərbaycandır. Nida” deyərək qətiyyətlə səslənməsinin davamı kimi qiymətləndirmək lazımdır. Bu iki çıxış arasındakı elmi-faktoloji əlaqələri həm savadsızlıqları, həm də qərəzləri ucbatından eynilə Ermənistan mətbuatının bir çox nümayəndələrinə bənzər şəkildə görməyə özlərində təpər tapmayan Azərbaycan müxalifətinin təmsilçiləri, xüsusən də AXCP sədri Əli Kərimli üçün qısaca bir izahat vermək yerinə düşər.

Məlum olduğu kimi, 2018-ci ilin aprel ayında Ermənistanda eks-prezident Serj Sarkisyan ələ keçirdiyi Baş nazir postundan küçənin təzyiqi ilə istefa verdi. Hakimiyyətə “narıncı inqilab” dalğasında, “demokrat” qiyafəsində gələn və hökumət başçısı kürsüsünə əyləşən Nikol Paşinyan Ermənistanda uzun illər hegemonluq etmiş və əllərində ciddi silah, maliyyə və informasiya resursları cəmləmiş “Qarabağ klanı”nın zərbələrindən yayınmaq üçün son nəticədə Dağlıq Qarabağla bağlı danışıqlar prosesini tormozlayan qeyri-konstruktiv açıqlamalar verməyə meyilləndi. Bu açıqlamalar yuxarıda qeyd olunan səbəbdən Nikol Paşinyanın “təbii üslubu” kimi görünməsə də, onun sülhsevərlikdən uzaq zehniyyətinin təzahürləri idi. Xankəndində bütün beynəlxalq hüquq normalarına və idmanın humanist prinsiplərinə zidd bir şəkildə təşkil olunan “Ümumerməni oyunları”nın açılış mərasimində verdiyi və daha sonra bir neçə dəfə təkrarladığı “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı isə həmin qeyri-sağlam təzahürlər arasında ən barizi idi.
Bu bəyanatı böyük şövqlə tirajlayan Ermənistan mətbuatının, eləcə də “təki Azərbaycan hakimiyyətinin ictimai rəydəki mövqeləri zəifləsin” məntiqi ilə hərəkət edərək ölkəmizə qarşı informasiya savaşında düşmən cəbhədə yer alan “Milli Şura”dakı müxaliflərin nəzərdən qaçırdığı, ancaq prezident İlham Əliyevin diqqətindən yayınmayan bir məqam vardı: Nikol Paşinyan öz sözünü demir, erməni hərbi dəstələrindən birinin qurucu komandiri olmuş və Dağlıq Qarabağdakı döyüşlərdə ölmüş Leonid Azqaldyanın dili ilə danışırdı. Dağlıq Qarabağın və ətraf rayonların işğalında fəal rol oynamış hərbi dəstələrin ideoloji silahı, heç şübhəsiz, tsexakronizm idi və Azqaldyanın məlum kəliməsi də tsexakronistlərin “dünyadakı bütün erməniləri bir dövlətdə birləşdirmək” məqsədindən qaynaqlanmışdı. Ermənilərin bu məqsədlə silahlandırılaraq bölgəmizdə qanlı münaqişə ocağı yaradılması da, azərbaycanlıların həm Ermənistandan, həm də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən silah gücünə qovulması da, digər rayonlarımızın işğal edilməsi də, işğalçı dövlətin bu gün hətta Hitler Almaniyasından da “irəli gedərək” mono-etnik əraziyə çevrilməsi də, toponimlərin ucdantutma dəyişdirilməsi də, zəbt edilmiş şəhərlərimizin xarabaya çevrilməsi də məhz bu zehniyyətin ortaya çıxardığı fəsadlardır.

Odur ki, Paşinyan MDB dövlət başçılarının Aşqabad görüşündə açıq-aşkar, həm də heç bir tənqidə dözməyəcək bir şəkildə faşist- tsexakronist Njde Qareginin anti-humanist fəaliyyətini və abidəsini müdafiə etməklə, Rusiya mətbuatının təbirincə desək, “lovuşka”ya düşdü, prezident İlham Əliyevin yüksək intellekti və diplomatik bacarığı qarşısında demokratiyaya, bəşəri dəyərlərə, beynəlxalq hüquqa hörmət etməyən tsexakronist zehniyyətini faş etməklə tamamilə ifşa olundu, maskasını düşürdü. Bundan sonra yenidən “demokrat” qiyafəsinə bürünmək, Ermənistanın keçmiş hakimiyyətinin ideoloji davamçısı kimi görsənməmək, tsexakronizmlə bağlılığının olmamasını isbat etmək üçün Nikol Paşinyanın ancaq və ancaq bir çarəsi var- Njde Qareginin heykəlini İrəvandan söküb atmaq və Dağlıq Qarabağla bağlı danışıqlarda konstruktiv mövqe tutmaq!

Əks halda, nəzərə almalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazır, qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirməyə, o cümlədən Njde Qareginin İrəvandakı heykəlini Nikol Paşinyanın başına uçurtmağa qadirdir!


Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

 
  • Oxunub:  2190  |  
  • Tarix:  14-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA