Ana səhifə »  Qəzetin pdf formatı »  Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib
A+   Yenilə  A-
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə ABŞ Konqresinin nümayəndələrinin qanunsuz səfərinə görə Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosiyə və Konqres üzvlərinə etiraz məktubu göndəriblər.

AZƏRTAC xəbər verir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş məcburi köçkün icması ABŞ Konqresinin nümayəndələri - Frank Pallone, Cudi Çu və Ceki Spierin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə görə ciddi narahatlığını və etirazını bildirib. Qeyd edilib ki, jurnalistlərin müşayiəti ilə həyata keçirilən icazəsiz səfər demokratiyaya, insan hüquqlarının təməl prinsiplərinə, sülh şəraitində birgəyaşayışa və beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həmçinin münaqişə bölgəsindəki vəziyyətə mənfi təsir göstərir və münaqişənin həllinə ümidləri azaldır. Konqres üzvü xanım Cudi Çunın səfərinin onun sülhməramlı olmaq istəyi ilə tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdıran icma üzvləri vurğulayıblar ki, Konqres üzvlərinin bu səfəri vaxtilə beynəlxalq müşahidəçilər tərəfindən də öz təsdiqini tapmış qırğınlar və etnik təmizləmələr yolu ilə bölgənin yerli azərbaycanlı əhalisinə qarşı vəhşiliklər törədilməsi yolu ilə Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalını dəstəkləməyə xidmət edir. ABŞ-ın dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf ərazilərdə Ermənistan silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı edilən vəhşilikləri qınayaraq işğalçı qüvvələrin qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb edib.

Məktubda deyilir: “Dağlıq Qarabağ bölgəsindən didərgin düşmüş 80 mindən çox azərbaycanlı icma və ətraf ərazilərdən olan 700 mindən çox məcburi köçkün son 25 ildə heç bir irəliləyiş əldə olunmayan danışıqların fonunda əziyyət çəkməkdə davam edir. Ermənistan bizi ən təməl hüquqlarımızdan olan öz evlərimizə qayıtmaq haqqımızdan, öz ailə üzvlərimizin qəbirlərini ziyarət etməkdən məhrum edir. Bunlar azmış kimi, Qarabağdakı mədəni irsimizi də yer üzündən silməyə yönəlmiş siyasət aparır, şəxsi əmlaklarımızı mənimsəməkdə davam edirlər. Bu siyasətə qarşı çıxmaq və münaqişənin sülh yolu ilə həll edilməsi perspektivini saxlamaq üçün beynəlxalq ictimaiyyət bu vəziyyətə göz yumur. Məhz bu yanaşma ABŞ-ın və onun institutlarının dəstəklədiyi qaydalara əsaslanan beynəlxalq hüququn ruhuna uyğun olan addımdır. Ancaq təəssüflər olsun ki, Konqres üzvlərinin son səfərləri bu öhdəliklər və beynəlxalq hüquqla tamamilə ziddiyyət təşkil edir.

Bütün bunlar ABŞ nümayəndələrinin sözügedən icazəsiz səfərinin niyyəti ilə bağlı əsaslı bir sual doğurur: məqsəd sülh və sabitliyin bərqərar olmasına kömək etmək idimi? Əgər məqsəd bu idisə, o zaman bu məqsəd tamamilə uğursuzdur. Qanunsuz işğala və zərərçəkmiş insanlara ayrı-seçkiliklə yanaşmanın nəticələrini “qanuniləşdirmək” cəhdləri bölgə üçün sülh və zərərçəkmiş əhali üçün firavanlıq vəd edə bilməz. Heç kim öz xoşbəxt gələcəyini başqalarının hüquqlarını pozmaq və tapdalamaq hesabına qura bilməz. Buradan doğan mənəvi öhdəlik odur ki, biz bu cür hərəkətlərə yol verməməli və yol verənləri dəstəkləməməliyik”.

Bu cür səfərlərin nə Ermənistan xalqına, nə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına kömək etmədiyini qeyd edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri bildiriblər ki, qeyri-qanuni işğalın davam etdirilməsi Ermənistanın inkişafı üçün zəruri olan resursların tükənməsinə və eyni zamanda, Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qurulmuş qanunsuz hərbi rejimin girovuna çevrilməsinə yol açır. Ermənistanın öz daxilindəki siyasi ixtilafı nəzərə alaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin Ermənistandakı yanlış qüvvələrə kömək etdiyini və Ermənistanın həqiqi demokratik dəyişikliklərə nail olmasına ümidləri azaltdığını demək mümkündür. Bu cür səfərlər cəmiyyətə səhv mesajlar ötürür və ayrı-seçkilik siyasətini, həmçinin hər bir humanitar və insan hüquqları prinsiplərini kobud şəkildə pozan, bir etnik qrupun digərindən üstünlüyü haqqında bədnam fərziyyələr irəli sürən insanların və siyasi qüvvələrin populyarlaşması ilə nəticələnir. Bu, nə Ermənistan, nə də ümumilikdə bölgə üçün xoş bir gələcək vəd etmir. Səfərin ABŞ-ın münaqişə ilə bağlı rəsmi mövqeyini əks etdirmədiyini və konqresmen Frank Pallone tərəfindən də etiraf edildiyi kimi, Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərinə getməməsi barədə açıq xəbərdarlığına rəğmən baş verdiyi bizə aydındır.

“Təəssüflə qeyd edirik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər ABŞ-da yaşayan erməni icmasının bəzi üzvlərini məmnun etmək məqsədinə hesablandığını düşünməyə əsas verir. Hamımız bilirik ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək ABŞ Konqresinin üzvləri kimi rəsmi vəzifələrinin bir hissəsi deyil. Belə səfərlər həmin Konqres üzvlərinin şəxsi qazanc əldə etməsinə dair əsaslı şübhələr doğurur. Ermənipərəst lobbiçilərin güclü dəstəyi və ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə cəlb olunması bu cür şübhələri daha da artırır. Bir daha qeyd edirik ki, həm Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər, həm də Azərbaycan cəmiyyətinə ayrı-seçkiliklə yanaşılması həm mənəvi, həm hüquqi, həm də siyasi baxımdan yanlış bir mesajdır. Konqres üzvlərinin edə biləcəyi ən yaxşı şey münaqişənin bütün köçkünlərin əsas insan hüquqlarını təmin edəcək, bölgənin sabitliyinə xidmət edəcək sülh yolu ilə həllinə kömək etmək üçün addımlar atmaqdır. Bu, ABŞ rəsmilərinin müsbət davranış nümunəsi və davam edən ayrı-seçkilik üzərində insan haqlarının qələbəsi olardı”, - deyə məktubda qeyd olunub.

Məktubun sonunda Azərbaycanın məcburi köçkün icmasının hər zaman sülhün bərpası, münaqişənin dinc yolla həlli və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dinc birgəyaşayışı və inkişafı yolunda yorulmadan çalışmaqda davam etdiyi vurğulanıb. Bu istiqamətdə aparılan müsbət işləri dəstəkləyən liderlərə minnətdarlıq ifadə olunub və münaqişənin sülh yolu ilə həll olunmasına kölgə salmağa çalışanları öz fəaliyyətlərinin istiqamətlərini dəyişdirmək üçün çağırış edilib.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  14-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA