Ana səhifə »  Qəzetin pdf formatı »  Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib
A+   Yenilə  A-
Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib

Biznes forum zamanı mühüm sənədlər imzalanıb
Oktyabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində biznes forum keçirilib.

AZƏRTAC xəbər verir ki, biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Toplantısında yaradılmış Türk Şurası çərçivəsində bu gün ölkələrimizin bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq etdiyini deyib. Bildirib ki, qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlıq ildən ilə genişlənir.

“İqtisadi əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və bu sahədə müsbət dinamika müşahidə olunur. TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyədək artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12 faiz təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir”, - deyə R.Məmmədov qeyd edib.

Nazir müavini bildirib ki, bu gün üzv ölkələr dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu baxımdan Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır: “TDƏŞ üzvü olan ölkələr investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12,3 milyard dollar həcmində investisiya qoyub, onların 3200 şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar sərmayə yatırıb”.

O vurğulayıb ki, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən yaradılması təklif olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birgə İnvestisiya Fondu əhəmiyyətli mexanizm ola bilər.

R.Məmmədov Türk Şurası ölkələri arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı və qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, işgüzar dairələri bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edib.

TDƏŞ-in baş katibi Bağdad Amreyev çıxışında bildirib ki, Türk Şurası ölkələrimiz arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir. Baş katib Bakıda keçirilən biznes forumun təşkilata üzv ölkələrin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Tədbirdə Qazaxıstanın Baş Nazirinin müavini Berdıbek Saparbayev, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov, Türkdilli Dövlətləri Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatasının sədri Marat Şarşekeyev, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Türkiyə Respublikası Prezidenti yanında İnvestisiyalar Ofisinin layihə direktoru Fərruh Parmaksız və digər iştirakçılar çıxış edərək TDƏŞ çərçivəsində təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, təkliflərini bildiriblər.

Biznes forumda, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qazaxıstannın Sahibkarların Milli Palatası (Atameken), Qırğız Respublikasının Ticarət və Sənaye Palatası, Macarıstan Ticarət və Sənaye Palatası və Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) arasında əməkdaşlığa dair anlaşma memorandumları, AZPROMO ilə Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) arasında anlaşma memorandumu, “Ziraat Bank Azərbaycan” ASC və “Türkiye İhracat Bankası” (TurkEximBank”) arasında əməkdaşlığa dair kredit müqaviləsi, KOBİA ilə Macarıstanın İxracın İnkişafı Agentliyi, Türk Katılım Bankları Birliyi (TKBB), Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumları imzalanıb. Bundan başqa, tədbirdə KOBİA ilə “Ziraat Bank Azərbaycan” ASC və “Türkiye İhracat Bankası” arasında əməkdaşlığa dair niyyət protokolu, Özbəkistan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlüyünə dair protokol, Macarıstan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasında müşahidəçi statusuna dair protokol, Azərbaycanın “Azərmaş” ASC və Özbəkistanın “Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandumu, Azərbaycanın “Mətanət A” şirkəti ilə Özbəkistanın Kaşkada vilayəti arasında niyyət və qarşılıqlı əməkdaşlıq sazişi imzalanıb.

Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə edilib.

 
  • Oxunub:  1890  |  
  • Tarix:  14-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA