Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
A+   Yenilə  A-
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, elbası Nursultan Nazarbayevi salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Nursultan Abişeviç.

Sizi yenidən görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Sizi - Qazaxıstanın birinci Prezidentini Sizə çox tanış və doğma olan Azərbaycan torpağında qəbul etmək böyük şərəfdir. Mən bu yaxınlarda Sizin ölkəmizə rəsmi səfərinizi və mənim Qazaxıstana səfərim çərçivəsində, beynəlxalq meydanlarda görüşlərimizi xatırlayırdım. Bizdə - Azərbaycanda Sizi ölkəmizin, Azərbaycan xalqının böyük dostu kimi tanıyırlar. Siz beynəlxalq əməkdaşlığın bir çox meydanlarında həmişə bizə dəstək göstərmisiniz. Münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyiniz böyük töhfəni Azərbaycanda çox yüksək qiymətləndirirlər. Siz Heydər Əliyevlə birgə münasibətlərimizin qurulmasının təməlində dayanmısınız. Həmçinin mən Prezident vəzifəsini icra etməyə yenicə başlayandan Sizinlə ünsiyyət təcrübəsi mənim üçün çox dəyərli olub. Siz həmişə mənə dəstək göstərmisiniz və aramızda yaxın, deyərdim ki, doğma münasibətlər qurulub. Türkdilli ölkələrin həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfəniz də çox böyükdür. Türk Şurasının yubiley Sammitinin Bakıda keçirilməsindən çox məmnunuq. Siz türk dünyası birliyinin möhkəmləndirilməsi işinə yönəlmiş bir çox təşəbbüslərin və addımların təməlində dayanmısınız. Bir daha xoş gəlmisiniz. Dəvəti qəbul edib səfərə gəldiyinizə görə sağ olun.

Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan NAZARBAYEV dedi:

-İlham Heydər oğlu, sağ olun. Həqiqətən də mən müstəqillik illərində, deyəsən, doqquzuncu dəfədir Bakıya gəlirəm. Burada əvvəllər də olmuşam. Sovet dövründə də Heydər Əlirza oğlu ilə bizim ayrıca münasibətlərimiz olub və bu münasibətlər Sizinlə də davam edir. Bizim başladığımız münasibətləri Sizinlə davam etdirirəm. Hər dəfə Bakının necə gözəlləşdiyini görürəm. Mən bunun nə demək olduğunu yaxşı bilirəm. Mən paytaxtı sıfırdan inşa etdim. Siz qədim şəhəri yenidən qurdunuz, bu, daha çətindir. Bu gün Bakının siması, eləcə də havası şübhəsiz ki, gözəl və təmizdir. Müasir binalar inşa edilib, bu, ölkənin, dövlətin inkişafından xəbər verir. Sözün düzü, qüdrətli qardaş Azərbaycan məni çox sevindirir. Əgər Heydər Əlirza oğlu indi bunları görsəydi, əlbəttə, çox heyran qalardı.

Bizim münasibətlərimiz davam edir. Mən ilk dəfədir ki, buraya Prezident qismində deyil, bizdə deyildiyi kimi, millətin lideri, millətin atası kimi, Konstitusiyanın mənə verdiyi müəyyən səlahiyyətlər çərçivəsində gəlirəm. Mənim varis seçdiyim və təklif etdiyim, xalq tərəfindən seçilmiş Prezidenti dəstəkləyərək onunla birlikdə nə edəcəyimiz – müstəqilliyimizi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək və bununla da xalqın rifahını yaxşılaşdırmaq istiqamətində işləyirik.

İlham Heydər oğlu, Sizin Qarabağla, Ermənistanla münasibətlərlə bağlı çətin məsələləriniz az olmayıb. Ümumiyyətlə, Azərbaycanın coğrafi mövqeyi hamı üçün maraqlıdır. Lakin qeyd etməliyəm ki, mən qiymət verməyə çalışmıram, amma mənim həyat, siyasi və yaş təcrübəmdən çıxış edərək deməliyəm ki, Azərbaycanda hər şey öz axarında gedir. Başlıcası budur ki, xalq Sizin kursunuzu dəstəkləyir. Prezident və xalq yekdil olduqda xalqın öhdəsindən gələ bilməyəcəyi güc yoxdur. Buna görə Sizi təbrik edirəm.

Münasibətlərimizə gəldikdə isə onları davam etdirmək lazımdır. İndi imkanlar daha böyükdür. Amma hər halda Xəzər dənizi ilə ticarətimiz yetərincə deyil. Hərçənd ötən ildə artım yaxşı olub, 58 faiz təşkil edib. Lakin həcm böyük deyil. Odur ki, hökumətlərimiz nə ilə ticarət etməyin və nəyin tədarük olunması üzərində bir daha çalışmalıdırlar. Logistika yaxşı vəziyyətdə olmayıb. İndi biz sizin vasitənizlə, Qafqazdan keçməklə Qars-Axalkalaki yolu ilə Türkiyəyə, Avropaya çıxa bilərik. Lakin bərə yolları da genişlənib. Biz də öz infrastrukturumuzu Çinə, Sakit okeanadək inkişaf etdirmişik. Beləliklə, heç bir siyasi və digər problemlər olmadan ticari və siyasi münasibətləri inkişaf etdirmək üçün bütün imkanlarımız var.

Sabah mənim 10 il əvvəl Naxçıvanda təklif etdiyim Türk Şurası toplanacaq. Sağ olun ki, mənə fəxri sədr olmağı təklif etdiniz. İlham Heydər oğlu, bunu məmnuniyyətlə qəbul edirəm, çünki bizim dövlətlərimizin münasibətlərinin möhkəmlənməsinə, türkdilli ölkələrin birgə inkişafına kömək etmək istəyirəm. Artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır. Dəvətə görə təşəkkür edirəm. Qazaxıstanda Azərbaycanı diqqətlə izləyir, sevir, hörmət edir, qiymətləndirirlər. Biz bu dövlətin yaxşı inkişafını müşahidə edirik. İlham Heydər oğlu, Sizə uğurlar arzu edirəm.

Prezident İlham Əliyev: Ölkəmiz haqqında xoş sözlərə görə çox sağ olun, Nursultan Abişeviç. Öz növbəmdə, demək istərdim ki, biz şəhər quruculuğunda sizin gözəl Nur-sultan şəhərinin tikintisi üzrə təşəbbüslərdən nümunə götürmüşük. Bu şəhər haqlı olaraq Sizin adınızı daşıyır, çünki Siz onu sıfırdan tikmisiniz. Nur-sultan şəhərində tez-tez olaraq mən sürətli dəyişiklikləri görmüşəm. Bir-iki ildən sonra gələrkən, sanki yeni şəhərə gəlirsən. Xüsusilə keçən dəfə Ekspoda olarkən tikintinin miqyasından, memarlıq ustalığının səviyyəsindən və düşünülmüş quruculuqdan heyrətə gəldim. Mən bilirəm ki, Nur-sultan şəhərində ucaldılan hər bir binanın, bəlkə də yetişdirilən hər bir ağacın arxasında şəxsən Siz dayanmısınız. Sizin tövsiyəniz, təlimatınız olmadan, əlbəttə ki, bu şəhərsalma ansamblı indi göründüyü kimi belə möhtəşəm görünməzdi və orada yaşayanlar üçün rahat olmazdı. Buna görə də düşünürəm ki, bir çox ölkələr üçün Nur-sultan şəhəri özündə modernizmi, ənənələri, həmçinin rahatlığı cəmləşdirən müasir şəhərsalma nümunəsidir. Əlbəttə ki, bu gün beynəlxalq məsələlərdə mühüm rol oynayan, fəal inkişaf edən Qazaxıstanın uğurları Sizin adınızla bağlıdır. Qazax xalqının, bizim qardaşlarımızın bəxti gətirib ki, müstəqilliyin astanasında Siz dayanmışdınız. Bunun sayəsində Qazaxıstan bizim və SSRİ-nin digər respublikalarının payına düşən bir çox sarsıntılardan yan keçib. Həmin yerlərdə müstəqilliyin ilk illərində hakimiyyətə bacarıqsız qüvvələr gəlmişdi. Buna görə də biz Sizin Qazaxıstanın inkişafına töhfənizi, Sizin ölkəmizə münasibətinizi çox yüksək qiymətləndiririk. Mən bilirəm ki, Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatlar çərçivəsində Siz həmişə bizi müdafiə etmisiniz, dəstəkləmisiniz. Bunu Azərbaycanın hər bir vətəndaşı bilir, Sizə böyük hörmət və sevgi ilə yanaşır. Sizi görməyimə çox şadam. Şadam ki, Siz ölkənizin rifahı naminə öz aktiv fəaliyyətinizi davam etdirirsiniz.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  14-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA