Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edir

Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edir

15.10.2019 [14:30]

Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva və Kamran Nəbizadədən ibarət Azərbaycan parlamentinin nümayəndə heyəti Parlamentlərarası İttifaqın oktyabrın 13-17-də Serbiyanın paytaxtı Belqrad şəhərində “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən 141-ci Assambleyasında iştirak edir.

AZƏRTAC xəbər verir ki, dünyanın 154 ölkəsindən 1700 nəfərdən çox nümayəndənin iştirak etdiyi Assambleyanın açılışında Serbiyanın Milli Assambleyasının sədri Maya Qoykoviç, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, BMT-nin Cenevrədəki ofisinin rəhbəri Tatyana Valovaya, Serbiyanın Prezidenti Aleksandr Vuçiç çıxış ediblər. Mərasimdə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş olunub.

Oktyabrın 13-də Assambleyanın Qadın Parlamentarilərin Forumunda qanunvericilikdə gender ayrı-seçkiliyinin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Sona Əliyeva çıxış edərək 101 il əvvəl Azərbaycanda qadın hüquqlarının İstiqlal bəyannaməsində təsbit olunduğunu qeyd edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, son illər ərzində ölkəmizdə qadın hüquqları və gender bərabərliyi ilə bağlı qəbul olunmuş qanunlar barədə ətraflı məlumat verib. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı nəticəsində azərbaycanlı qadın və uşaqların hüquqlarının pozulması faktını iştirakçıların diqqətinə çatdırıb.

Assambleyanın oktyabrın 14-də keçirilən və gənclər siyasəti təcrübəsi, bu sahədə əldə edilmiş uğurlar, mövcud problemlərin həlli perspektivləri və gələcəkdə görüləcək işlərə həsr olunan Gənc Parlamentarilərin Forumunda Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov iştirak edib. O, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurları, gənclərlə iş sahəsində əldə olunmuş təcrübə və reallaşdırılan layihələr barədə məlumat verib, həmkarlarını maraqlandıran sualları cavablandırıb.

Həmin gün assambleyanın gündəliyinə təcili bənd qismində daxil edilməsi və bu yığıncaqda müzakirə edilərək qəbul olunması məqsədilə Hindistan tərəfindən “İqlim dəyişikliyi problemlərinin həlli”, Türkiyə tərəfindən “Terrorçuluğa qarşı mübarizədə və Suriyada davam edən münaqişənin həlli prosesində Qərb ölkələrinin ikili standartları”, Peru tərəfindən isə “Peruda demokratik prinsiplərə hörmət və demokratik sistemin bərqərar olunması” adlı qətnamə layihələri və başqa layihələr irəli sürülərək səsə qoyulub. Digər nümayəndə heyətləri ilə yanaşı, Azərbaycanın nümayəndə heyəti də səsvermədə iştirak edərək, hər zaman olduğu kimi, Türkiyənin layihəsini dəstəkləyib, ona qarşı irəli sürülmüş qətnamə layihəsinin isə əleyhinə səs verib. Səsvermə nəticəsində Hindistanın təklifi zəruri səs çoxluğu yığaraq Assambleyanın gündəliyinə daxil edilib.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31