Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans təşkil olunub

“Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans təşkil olunub

15.10.2019 [15:19]

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunan “Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkəmizdə din təhsilinin tarixindən bəhs edib. O bildirib ki, bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaranması İslamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir. Ölkəmiz müstəqilliyini qazandıqdan – 70 il dini duyğuların istismar edilməsindən sonra milli və dini dəyərlərin yenidən öz əvvəlki mövqeyini bərpa etməsi uğrunda bir çox addımlar atılıb.

Ceyhun Məmmədov müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq, ümummilli lider Heydər Əliyevin sözügedən sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirir.

Rektor diqqətə çatdırıb ki, din təhsili hər bir ölkə üçün vacib məsələlərdən biridir. Ailədə başlayan, məktəb və ali təhsil müəssisəsində, həmçinin yaşadığı mühitdə formalaşmağa davam edən hər bir gəncin dini-mənəvi dünyagörüşünə sahib olması vacibdir. Bütün dinlərdə təhsilə, biliyə və elmə yiyələnməyin əhəmiyyəti olduqca yüksək qiymətləndirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov ölkəmizdə dövlət-din münasibətlərindən, təmsil etdiyi qurumun dini maarifləndirmə sahəsində gördüyü işlərdən bəhs edib. Bildirib ki, ölkə rəhbərinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun və 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində yaradılması da dövlət-din münasibətlərinin tənzimlənməsinə xidmət edir.

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, professor Sakit Hüseynov müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsindən danışıb. Professor dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində və dövlət-din münasibətlərinin tənzimlənməsində ulu öndər Heydər Əliyevin rolundan, onun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədə fəaliyyətindən danışıb. Sakit Hüseynov qeyd edib ki, hazırda gənclərin mənəvi təlim və tərbiyəsində dini təhsilin həyata keçirilməsi həlledici əhəmiyyətə malikdir. Dini təhsil bir insanın müəyyən dəyərlər sistemini, davranış fəaliyyətinin normalarını, ailədə, gündəlik həyatda, cəmiyyətdəki insanlar arasındakı əlaqəsini müəyyənləşdirir.

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31