Ana səhifə »  Qəzetin pdf formatı »  Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
A+   Yenilə  A-
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 ili tamam oldu. Sizcə, Türk Şurası ötən dövr ərzində qarşıya qoyduğu hədəflərə nə dərəcədə çata bilib?

- Ümumiyyətlə, türk xalqlarının birliyi hər zaman aktual olub. XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən türk dünyası anlayışı siyasi anlayışa çevrildi. Yəni həm türk xalqları ziyaylıların timsalında bir türk dünyasının mövcudluğunu və özlərinin də bu dünyanın tərkibində olduğunu anladılar, həm də müstəqillik uğrunda mübarizə aparmağa başladılar. Bu mənada, Azərbaycan öz müstəqilliyi üçün geniş düşüncə imkanı qazandı. Onun ardınca isə Türküstanda özbəklərin, qazaxlarin, qırğızların və s.müstəqillik uğrunda mübarizəsi artıq hərəkata çevrildi. Bunun da məntiqi bir tərəfdən ümumi türk dünyası və onun vəhdəti, başqa bir tərəfdən ayrı-ayrı türk xalqlarının dövlət müstəqilliyindən ibarət idi . Bu proses XX əsrin sonlarına qədər gəlib çıxdı.

Beləliklə, XX əsrin sonlarında Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqları öz müstəqilliyinə qovuşdular. Bundan sonra proseslər belə oldu ki, türkdilli dövlətlər öz müstəqilliklərini qorumaq şərtilə ümumi türk dünyasına qovuşmaq üçün bir biriləri ilə fəal şəkildə əməkdaşlığa başladılar. Bu gün də həmin tendensiyanın davamını müşahidə edirik.

Müstəqilliyin ilk illərində bu dövlətlərin qarşılıqlı əməkdaşlığı elə də güclü deyildi. Çünki onlar ilk növbədə, özlərini müstəqil dövlət kimi təsdiq etməli idilər. Amma bütün hallarda türk dünyasının birliyi ideyası həmişə mövcud olub. Bu ideya əvvəllər daha çox emosional formada mövcud olmuşdu. Sonra isə xeyli dərəcədə siyasi məzmun kəsb etdi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, türk dünyasının mədəni, mənəvi birliyini onun siyasi-ideoloji birliyi tamamlamalıdır. Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin də bu tipli ideyaları var idi.

Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası üçün ilkin olaraq mədəni birlik yaradıldı. 1990-cı illərin əvvəlində yaradılan TÜRKSOY türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır. Onun ardınca isə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı ki, bu da çox mühüm məsələ idi. Çünki parlamentlər bütün dünyada dövlətlərin ən demokratik qurumudur və burda deputatların simasında xalq təmsil olunur. Daha sonra isə 10 il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Artıq bu o demək idi ki, konkret olaraq türkdilli dövlətlərin birliyini koordinasiya edən işlək bir mexanizm, struktur yaradılır. Bu qurumun ən üst qatı isə dövlət başçılarının zirvə görüşləridir.

Ötən 10 il ərzində Türk Şurası səmərəli fəaliyyət göstərib və böyük nailiyyətlər qazanıb. Türk dövlətlərinin bir birinə siyasi, strateji yaxınlaşmaları və türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması, eləcə də türk dövlətləri arasında hər hansı bir kiçik münaqişəyə imkan verməyəcək qədər bir vəhdətin təmin olunması baxımından ciddi uğurlar qazanılıb. Bütün bunlar nəticə etibarilə Türk Şurasının əsaslandığı prinsiplərdir və Türk Şurasının mövcud olmasının ən böyük üstünlüyündən biri odur ki, həm əvvəl yaranmış TÜRKSOY, həm də TÜRKPA ilk növbədə dövlət başçılarının verdikləri qərarların fonunda öz fəaliyyətlərini gücləndirirlər. Yəni bu qərarlar nə qədər miqyaslı olarsa, o da həmin qurumlara təsir edir, görülən işlər müsbət olur. Onu da qeyd edim ki, türk xalqlarının birliyinə xidmət edən layihələrdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasıdır. Fond türk dünyası mədəniyyətini, zəngin tarixini, milli mənəvi dəyərlərini bütün dünyada təbliğ edir. Gələcəkdə bu istiqamətdə başqa qurumlar da yarana bilər.

Beləliklə, türkdilli dövlərlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edə bilər. Amma yenə də əsas məsələ odur ki, müstəqil türk dövlətlərinin ayrı ayrılıqda inkişafı təmin olunsun və eyni zamanda türk dövlətlərinin qarşılıqlı əlaqləri o qədər geniş olsun ki, mədəniyyətdən başlamış bütün sahələrə qədər strateji əməkdaşlıq təmin edilsin. Yəni, türk dövlətləri hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir birilərini dəstəkləməlidir. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birliyini gücləndirməlidir və belə də olacaq.

Bütövlükdə 10 ildir ki, Türk Şurası bütün keyfiyyəti, strukturunun mükəmməlliyi ilə fəaliyyət göstərir və gələcəyə böyük vədlər verir. Bakıda keçirilən VII Zirvə Görüşü də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Zirvə görüşündə dövlət başçılarının çıxışı, müzakirə olunan məsələlər, irəli sürülən təkliflər və gələcəkdə həmin təkliflərin reallaşması türk birliyini daha da gücləndirəcək. Hesab edirəm ki, türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var.

- Özbəkistanın Türk Şurasına rəsmi olaraq üzv olmasının, Macarıstanın da bu qurumun işində iştirak etməsinin əhəmiyyəti nədən ibarətdir?

- Bəli, müəyyən müddət idi ki, Özbəkistan Türk Şurasına üzv deyildi. Təbii ki, türk dünyasının özünün müəyyən daxili problemləri ola bilər. Biz bunu bilirik. Artıq Özbəkistan təşkilata rəsmi şəkildə üzv qəbul olundu və bu, çox təqdirəlayiq haldır.

Macarıstanın Türk Şurasının işində iştirak etməsi isə bizim üçün çox mühüm perspektivdir. Çünki Avropa ölkəsi olan Macarıstan özünü türk dünyasının tərkib hissəsi hesab edir. Bu fakt türk dünyasının daxili miqyasının genişlənməsinin göstəricisidir. Macarlar türk deyil, amma türklərin də daxil olduğu altay birliyinə aiddir. Odur ki, bu cür genişlənmə bizim bir sıra digər problemlərimizi də həll edəcək.

Qeyd edim ki, türk birliyində millətçilik əhval ruhiyyəsi, başqa millətlərə qarşı aqressiya yoxdur. Türkçülükdə bu hallar heç vaxt olmayıb. Türkçülük yalnız türk dünyasını beynəlxalq aləmin müstəqil bir hadisəsi kimi görmək, başqalarından aşağı olmamaq, irəli getmək, dünya ilə ayaqlaşmaq və s. məqamları özündə ehtiva edir. Əgər Macarıstan da Türk Şurasının işinə qoşulursa, bu, dünyanın bizim humanist addımlarımıza qiymətinin ifadəsidir.

- Türkmənistan Türk Şurasına hələ də rəsmi şəkildə qoşulmayıb. Necə hesab edirsiniz, yaxın gələcəkdə bu dövlət də təşkilata üzv olacaqmı?

- Türkmənistan Türk Şurasının VII Zirvə Görüşündə Baş nazirin müavini səviyyəsində təmsil olunsa da, təşkilata hələ rəsmi üzv deyil. Fikrimcə, zaman keçdikcə Türkmənistan da Türk Şurasına qoşulacaq. Çünki burada onların mənafeyinə toxunan nəinki heç bir məsələ yoxdur, əksinə türk dünyasında, həm də beynəlxalq müstəvidə bu ölkənin maraqlarını ifadə edəcək çoxlu istinadlar var.

Bütün bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, yarımmüstəqil türk xalqları da bu prosesdə iştirak etməlidir. Tatarlar, başqırdlar, çuvaşlar, yaqutlar və s. xalqların böyük mədəniyyəti, dövlətçilik tarixi var. Məsələn, tatarların dövlətçilik tarixi türk xalqlarının çoxunun dövlətçilik tarixindən əvvələ gedib çıxır. Hesab edirəm ki, bu xalqlar da müxtəlif səviyyələrdə türk briliklərində təmsil olunmalıdır. Doğrudur, onlar TÜRKSOY-da təmsil olunur, amma fikrimcə, həmin yarımmüstəqil dövlətlərin parlamentləri olduğuna görə TÜRKPA-nın işində də iştirak edə bilərlər.

Yəni proses elə gedir ki, türk birliyini istəməyən dairələr bizim birliyimizdən sui-istifadə edib “türk qorxusu” yaymasınlar. Yaymağa çalışsalar belə, türk dövlətlərinin fəaliyyəti nəticəsində dünya görəcək ki, burada normal, mədəni,ümumbəşəri dəyərlərə, müasir sivilizasiyaya uyğun bir proses gedir. Dünya xalqlarının bir birilə münasibətləri hansısa birinin hüquqlarının pozulması şəklində yox, hüquq bərabərliyi əsasında olmalıdır. Başqa bir mədəni birlik dünyada mümkün deyil. Qloballaşmanın şərti də budur. Türk dünyası da Azərbaycanın timsalında multikulturalizmin zirvəsini dünyaya təqdim edir.

Bütövlükdə, türk dövlətlərinin birliyi üçün çox ciddi əsaslar var və bu birlik dünyaya mədəniyyət, humanizm, insanlıq, böyük dəyərlər gətirir.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  16-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA