Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir

9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir

16.10.2019 [15:22]

Doqquz saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.

AZƏRTAC xəbər verir ki, Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursların ikinci günündə 60 nəfər iştirak edib.

Komissiyasının sədri Həsən Bayramov kursların Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirildiyini bildirib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbirdə çıxış edərək seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması mövzusunda məruzə edib.

Sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib.

Kursun ikinci günündə seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri, bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili mövzuları barədə çıxışlar olub.

Çıxışlarda bildirilib ki, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla ilboyu fasiləsiz işlənilir, yenilənir, seçki komissiyaları tərəfindən ictimailəşdirilir.

Qeyd edilib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Artıq Binəqədi rayonu üzrə seçkilərə hazırlıqla bağlı işlərə başlanılıb. Aparılan hazırlıq işləri deməyə əsas verir ki, seçkilər yüksək səviyyədə keçiriləcək. Məntəqələrin maddi-texniki təchizatında heç bir problem yoxdur.

Treninqi yekunlaşdıran dairə seçki komissiyasının sədri Həsən Bayramov qeyd edib ki, ixtisaslaşdırılmış kurslarda seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən danışılıb. Bildirilib ki, qanunvericiliyə əsasən seçki günü məntəqələrdə görülən işlərin, səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31