Ana səhifə »  Qəzetin pdf formatı »  Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
A+   Yenilə  A-
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar

“Ötən 10 ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaddaqalan uğurlarla dünyanın diqqət mərkəzinə düşən qurumlardandır. Eyni zamanda, son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar. Artıq durmadan təşkilatın çevrəsi böyüyür. Hazırda 6 üzvü var. Gələcəkdə Türkmənistanın da bu təşkilata üzv olacağını düşünmək olar. Buna qədər isə Macarıstan Türk Şurasının gücünə güc qatdığını deyə bilərik. Budapeştdə bu şuranın ofisinin açılması türkdilli ölkələrin inteqrasiya prosesini sürətləndirəcək. Macarıstanda Türk Şurasının nümayəndəliyi ofisinin fəaliyyətə başlaması Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafı baxımından olduqca əvəzsizdir. Təbii ki, bu məsələdə Macarıstanın baş naziri Viktor Orbanın böyük rolu var”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün yekunları barədə danışan millət vəkili bildirib ki, Bakı zirvəsi türkdilli xalqlar arasında münasibətlərin dərinləşməsi istiqamətində böyük addımdır. Onun sözlərinə görə, gələcəkdə də qardaş xalqlar arasında qarşılıqlı əlaqələrin davam etdirilməsi önəmlidir: “Bakı zirvəsi bir sıra məqamlarla yadda qaldı. Birincisi, ilk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak etdi. İkincisi, Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirildi. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. Üçüncüsü, bundan sonra təşkilata sədrliyi Azərbaycan edəcək. Bu o deməkdir ki, təşkilata üzv dövlətlər arasındakı münasibətlər bundan sonra daha da güclənəcək. Çünki Azərbaycan kimi dünyada böyük nüfuza malik bir dövlətin belə bir təşkilata sədrliyi sözün bütün mənalarında onun gücünə əlavə güc qatacaq. Düşünürəm ki, Azərbaycan sədrlik dövründə türkdilli ölkələr arasındakı iqtisadi, siyasi və ən əsası mədəni əlaqələrin sürətli inkişafına böyük töhfələr verəcək. Onu da qeyd edim ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik dövlətə çevrilib. Ölkəmiz Türk Şurasının Zirvə Görüşündə də bunu bir daha sübut etdi. Azərbaycan, təkcə dünya neft bazarında deyil, həmçinin regionda lider dövlət kimi böyük rol oynayır”.

Millət vəkili deyib ki, Türk Şurası ötən 10 il ərzində türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb: “Bu 10 il ərzində Türk Şurası ilə yanaşı TÜRKSOY, Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası da mühüm işlər gördü. Bu Zirvə görüşündə artıq Şuranın gələcək stratejisi kimi BMT-də müşahidəçi statusun alınması, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlığın daha da artırılması göstərildi. Bu isə çox mühüm addımdır”.

Sona Əliyeva VII Zirvə Görüşündə ölkə başçısı İlham Əliyevin Zəngəzurun vaxtilə ermənilərə verilməsi məsələsinə diqqət çəkməsindən də danışıb: "Ölkə başçısının bu barədə çıxışı onu deməyə əsas verir ki, Zəngəzurun verilməsi təkcə Azərbaycanın torpaq itkisi deyildi. Eyni zamanda Türk dünyasını bir-birindən ayıran, qoparan bir faciədir. Bu gün də Azərbacan həmin prosesin əziyyətini çəkir. Naxçıvanla quru sərhəddimizin olmaması da məhz buna görədir. Zəngəzurun verilməsi məsələsini gündəmə gətirməklə cənab Prezident tarixi həqiqətləri bir daha türkdilli ölkələrin dövlət başçılarına xatırlatmış oldu".

 
  • Oxunub:  4620  |  
  • Tarix:  17-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA