Ana səhifə »  Qəzetin pdf formatı »  Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
A+   Yenilə  A-
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirildi. Prezident İlham Əliyev müşavirədə ölkəmizin ötən doqquz ay ərzində əldə etdiyi uğurlardan, həyata keçirilən islahatlardan danışdı, eyni zamanda, perspektiv planlar və islahatlar üzrə müvafiq tapşırıqlarını verdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında deyib.

V.Rəhimzadə vurğulayıb: “Dövlətimizin başçısı, həmçinin Azərbaycanda islahatlara alternativin olmadığını da diqqətə çatdırdı və xüsusi olaraq vurğuladı ki, ölkə daxilində islahatların keçirilməsinə mane olanlar da var. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur”.

Prezidentin çıxışında bəzi qüvvələrin mətbuatdan “qara piar” kampaniyalarının aparılması üçün istifadə etməsi məsələsini vurğulamasının media nümayəndələrini son dərəcə narahat etməli və düşündürməli olduğunu vurğulayan baş redaktor bildirib: “Əgər bir halda ki, biz deyiriksə, mətbuat cəmiyyətimizin güzgüsüdür, o zaman mediadan siyasi maraqların təmin edilməsi üçün rupor olaraq istifadə edilməsinə imkan verməməliyik. Mətbuat istənilən halda dövlətin və xalqın milli maraqlarını müdafiə, bu istiqamətdə həyata keçirilən siyasi kursu təbliğ etməli, ictimai rəyin aldadılmasına imkan verməməlidir. Bu missiyanın həyata keçirilməsi üçün isə Azərbaycan mətbuatının bütün resursları mövcuddur. Çünki dövlət mətbuatın inkişafı istiqamətində ciddi layihələr reallaşdırıb. Təsadüfi deyildir ki, bu istiqamətdə ardıcıl olaraq islahat xarakterli səmərəli tədbirlər həyata keçirilib və ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması bu sahədə hüquqi əsasları daha da gücləndirib, media təsisatının funksionallığının artmasına səbəb olub. Məhz atılan addımların nəticəsidir ki, hazırda ölkədə 5 mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, “az” domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 25-30 mini ötüb. Azərbaycanda 10 milyon əhalinin 80 faizdən çoxu internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir”.

V.Rəhimzadə deyib ki, bütün bunlarla yanaşı, maddi-texniki baxımdan güclənən hər bir media orqanı qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərir. Bu gün qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və başqa qanunlarla ölkədə media qurumlarının qanunlara müvafiq surətdə sərbəst şəkildə yaradılması və fəaliyyəti təsbit və təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev ötən dövr ərzində KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib. Bütün bu addımların əsas məqsədi isə Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, media sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirməkdir.

Amma bütün bunlarla yanaşı, görünür, mətbuatın ayrı-ayrı qrupların maraqlarına xidmət edən funksiyasını məhdudlaşdıracaq addımların atılması hələ də gündəmdədir. Adətən belə bir ifadə işlədirik ki, cəmiyyətimizdə baş verən neqativ hallarla bağlı ictimai qınaq formalaşdırılsın və ictimaiyyətin reaksiyası təmin olunsun. Lakin bir çox hallarda bir sıra məsələlər ictimai qınaqla həll olunmur. Məhz buna görə də mətbuat sektoruna nəzarət mexanizminin ciddiləşdirilməsinə ehtiyac duyulur. Bunun üçün isə düşünürəm ki, Mətbuat Şurasının funksiyaları artırılmalıdır. Açıq etiraf etmək lazımdır ki, hazırda reketçiliklə məşğul olan jurnalistlər, “qara piar” kampaniyası təşkil edən media qurumları bir çox hallarda Mətbuat Şurasının qərarlarına qeyri-ciddi yanaşırlar. Adlarının və fəaliyyətlərinin “qara siyahı”ya salınması onlar üçün heç də gördükləri mənfi işlərə son vermələrinə kifayət etmir. Bu baxımdan hesab edirəm ki, Mətbuat Şurasının funksiyaları, mediaya nəzarət və təsirli tədbirlər görmək üçün imkanları genişləndirilməlidir.

Eyni zamanda, açıq etiraf etmək lazımdır ki, bu gün internet və sosial şəbəkələr informasiya məkanında, yumşaq formada desək, bir çox məqamlarda xaotik vəziyyət yaradır. Bu gün istənilən şəxs siyasi, yaxud maddi maraqları naminə ləkələmə və qarayaxma kampaniyası aparmaq üçün cüzi miqdarda rüsum ödəyir və beləliklə də “fəaliyyətə” başlayır. Bu cür mətbu nəşrlərin və saytların sayı kifayət qədərdir. Hər dəfə Mətbuat Şurasında keçirilən iclaslarda belə saytlarla bağlı daxil olan şikayətləri araşdırırıq. Lakin araşdırmalar heç də həmişə 100 faizlik nəticə vermir. Çünki ünvanları bəlli olmadığına görə həmin qarayaxma kampaniyasını aparan saytların sahiblərini tapmaq müşkül məsələyə çevrilir. Beləliklə, bəlli olur ki, bir media qurumu kimi onların strukturu mövcud deyil. Belə olan halda bu saytların və digər mətbu nəşrlərin fəaliyyəti nəzarətsiz qalır, nəticədə onlar istədikləri şəxs haqqında istədiklərini yazır, böhtan atır və ictimai nüfuzuna xələl gətirirlər. Bu baxımdan artıq media sektorunda effektiv islahatların aparılması zərurəti ortaya çıxır.

“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, mətbuatla əlaqəli bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə yanaşı, bəzən diffamasiya haqqında qanunun qəbul olunması məsələsi gündəmə gəlir. Gəlin görək mediamız və cəmiyyətimiz buna hazırdırmı? Mən demirəm ki, mətbuatda bir kəlmə söz yazana qarşı cinayət işi açılsın. Sadəcə elə bir hüquqi və işlək mexanizm yaradılmalıdır ki, istər çap, istərsə də onlayn mediada çıxış edən hər bir kəs məsuliyyətini dərk etsin. Jurnalist adını daşıyan hər bir media mənsubu qələminə, sözünə, xüsusilə də onun yazdığı məqaləni oxuyacaq insanlara, auditoriyaya hörmət etməlidir.

Bəli, Mətbuat Şurasına tez-tez hansısa məmurun digər məmur haqqında kompromatların ötürməsi ilə bağlı məlumatlar daxil olur. Yaxud bir qrup reket mətbuatın hansısa məmur tərəfindən idarə edildiyi də cəmiyyətə bəlli olan reallıqdır. Bu hal Mətbuat Şurasını daim narahat edib və təmsil olunduğum qurum bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Təəssüf ki, hər dəfə də Mətbuat Şurasının İdarə Heyətinin üzvləri həmin reket media orqanlarının təhqirinə, böhtanına və onların himayədarlarının təzyiqinə məruz qalırlar. Bu məqamda belə əməlləri törədən insanların xaricdə fəaliyyət göstərən antiAzərbaycan dairələrin sifarişlərini icra etmələri ilə bağlı şübhələr gündəmə gəlir. Ona görə də hesab edirəm ki, cənab Prezidentin müşavirədə qeyd etdikləri tamamilə həqiqəti əks etdirir və bununla bağlı düşünüb qəti qərarların verilməsinin artıq zamanı çatıb.

“Əgər bu gün hakimiyyət ortaya siyasi iradə qoyub ölkənin inkişafı ilə bağlı taleyüklü qərarlar verirsə, hansı haqla hansısa qüvvələrin maraqlarına zidd olan islahatlara qarşı ləkələmə kampaniyası aparılmalıdır? Yaxud da ki, niyə hansısa məmur öz vəzifə borcunu yerinə yetirmək əvəzinə cənab Prezidentin müəyyənləşdirdiyi islahatlar kursuna uyğun işini qurmuş şəxsləri gözdən salmağa çalışmalıdır? Axı, son nəticədə bütün zərbələrin dövlətə və xalqa dəydiyini anlamaq o qədərmi çətindir?

Bir halda ki, cənab Prezident İlham Əliyev “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” deyirsə, o zaman dövlətin və xalqın maraqlarının müdafiəsi, gələcək inkişaf etmiş, firavan, təhlükəsiz, şəffaf Azərbaycan naminə əsl peşəkar jurnalistlər, media qurumları dövlət başçısının yanında olmalı, respublikamızın firavanlığı naminə ortaya fəal mövqe və güclü iradə qoymalıdırlar. Çünki bu gün reallaşdırılan islahatlar perspektivdə qüdrətli Azərbaycan, daha güclü mətbuat deməkdir, - deyə V.Rəhimzadə xüsusi vurğulayıb.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  17-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA