Ana səhifə »  Qəzetin pdf formatı »  Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir
A+   Yenilə  A-
Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir

Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkədə aparılan iqtisadi islahatlar, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun inkişafına təkan verib. Eyni zamanda, son illərdə Azərbaycanın regionlarında kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində mühüm rol oynayıb.
Onu da xatırlatmaq lazımdır ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Bu baxımdan, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ölkəmizdə pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradır. Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalını 500 min tona çatdırmaq planlaşdırılır.
Sözügedən Dövlət Proqramı həmçinin pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilib. Proqramın məqsədi isə ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.
Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapmaqdadır. Belə ki, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə əkilən pambıq sahəsində yığıma start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Ucar Rayon İcra Hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, pambıqçılıq üzrə ixtisaslaşmış rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, çinli mütəxəssis Dey Xun Vi və pambıqçı fermerlərin iştirakı ilə pambıq sahəsinə baxış keçirilib.
Daha sonra Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında əkilən pambığın kombaynla yığım prosesinə start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov 57 yaşlı qadın mexanizator Gülsurə İbadovanın idarə etdiyi kombaynda yığım prosesini izləyib.
Tədbirdə iştirak edən KTN-in şöbə müdiri İmran Cümşüdov bu il pambıq becərilməsi zamanı aqrotexniki qulluq qaydalarına daha düzgün riayət edildiyini, gübrə təminatının vaxtında həyata keçirildiyini bildirib. Bu amillərin məhsuldarlığa müsbət təsir göstərəcəyini deyən şöbə müdiri qeyd edib ki, nazirlik tərəfindən 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq olunub. Ucar rayonu ərazisində 10 hektar sahədə Çin texnologiyası əsasında müasir üsullarla pambıq əkini həyata keçirildiyini deyən İ.Cümşüdov sınaq əkinlərinin uğurlu nəticə verdiyini bildirib. Onun sözlərinə görə, həmin sahənin hər hektarından 70-80 sentner məhsul götürüləcəyi proqnozlaşdırılır.
İ.Cümşüdov bildirib ki, bu yeni texnologiya ilə məhsuldarlığı 10 dəfədən də çox artırmaq mümkündür. Onun sözlərinə görə, artıq Çin texnologiyası əsasında becərilmiş pambıq sahəsində texnika ilə yığıma start verilən Ucar rayonunun torpaqları münbitliyi zəif olan torpaqlar qrupuna aiddir: “Ona görə də yeni texnologiyanın üstünlüklərini nümayiş etdirmək üçün bu rayonu seçdik. Fermerlər əyani olaraq bu cür torpaqlarda elmi və müasir yanaşma nəticəsində yüksək məhsul əldə etməyin mümkün olduğunu görürlər. Müasir texnologiyanı tətbiq etməklə onlar öz əkin sahələrindən yüksək məhsul götürə və yaxşı gəlir qazana bilərlər”.
Bildirilib ki, ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer malalama ilə hazırlanıb. Hazırda Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır.
Yeni sistemin texniki üstünlüyü ondan ibarətdir ki, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür. Eyni zamanda, yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektarda 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi.
Torpaqda buxarlanmanın qarşısının alınması, nəmlik ehtiyatının yaradılması da pambığın innovativ texnologiya ilə əkilməsinin üstün cəhətlərindəndir. Çin texnologiyası əsasında pambığın əkini və becərilməsi zamanı polietilen örtükdən istifadə olunması alaq otlarının inkişafını məhdudlaşdırır ki, bu da ənənəvi üsulla müqayisədə əsas üstünlüklərdən biri sayılır. Bundan başqa, polietilen örtük toxumun inkişafı üçün yaxşı temperatur rejimi yaradır, bununla da erkən səpini həyata keçirmək mümkün olur.
Qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Nazirliyin mütəxəssisləri pambıqçılıqla bağlı üç model təsərrüfatın yaradıldığını bildiriblər. Belə ki, Çin texnologiyası ilə yanaşı, Beyləqanda türk, Tərtər və Salyanda yunan model təsərrüfatları da təşkil olunub. Bu innovativ texnologiya alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərclənməsinə səbəb olur. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu pilot layihələrin gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır.
Bu məqamda qeyd edək ki, Tərtərdə yerləşən sort-sınaq məntəqəsində yunan texnologiyası əsasında becərilmiş pambıq sahəsində yığıma start verilib. KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev, təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin rəhbərlərinin, yerli fermerlərin iştirakı ilə keçirilən tədbirdə yeni texnologiya əsasında aparılan becərmənin üstün tərəfləri barədə iştirakçılara məlumat verilib.
Bu ilin mayından icrasına başlanılan layihənin icraçıları Yunanıstanın “BİOS AGROSYSTEMS” şirkəti, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzidir. Təcrübə sahəsində Yunanıstanın “Christina”, “Prime 1004”, ABŞ-ın “PRG 9811”, “PRG 9048”, Türkiyənin “BA 440”, “Flash”, “Lima”, “Carisma” sortları ilə yanaşı, “Gəncə 110”, “Gəncə 114”, “Gəncə 160” və “Gəncə 182” sortları becərilir.
R.Quliyev bildirib ki, Tərtər rayonu ərazisində 6 hektar sahədə becərilmiş pambıq sortları müxtəlif xüsusiyyətlərinə görə fərqlənir: “Sortlar əsasən məhsuldarlığına, lif çıxımına, xəstəliklərə qarşı dözümlülüyünə, vegetasiya dövrünə görə bir-birindən fərqlənir. Üstün cəhətləri olan sortların həm yerli şəraitə uyğun becərilməsi, həm də bu sortlar əsasında yeni pambıq sortlarının yaradılması istiqamətində təcrübələr aparılır. Bu sahədəki pambıq toxumluq məqsədilə becərilir və apardığımız ilkin müşahidələr göstərir ki, texnoloji xəritəyə uyğun becərmə aparıldığı təqdirdə bu sortlar çox yüksək məhsuldarlıq verə bilər”.
Regionlarda pambıq əkilib-becərilməsinin geniş şəkildə təşviq edilməsi, öz növbəsində, yaxşı nəticələr verməkdədir. Respublikamızda gələcəkdə pambıq tədarükünü artırmaq üçün geniş imkanlar mövcuddur. Ayrı-ayrı bölgələrin pambıq tədarükündə əldə etdikləri nəticələr də deyilənləri təsdiq edir.
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımı davam edir və indiyədək tarlalardan 9709 ton “ağ qızıl” toplanıb. Ağcabədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu il rayonda 10 min 452,25 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 5152,25 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1300 hektarı “P-Aqro” MMC, 4000 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.
Bu gün Ağcabədidə bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 40-dan çox pambıqyığan kombayn, həmçinin kifayət qədər traktor və qoşqu cəlb olunub. Ağcabədili “ağ qızıl” ustaları 2019-cu təsərrüfat ilini də uğurla başa vurmağı hədəfləyiblər.
Ötən il ağcabədili “ağ qızıl” ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda olub.
Ötən əsrin 70-80-ci illərində ölkədə pambıq istehsalında öndə gedən Bərdə əməkçiləri bu ənənəni davam etdirirlər. Hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanmağı hədəfləyən Bərdə pambıqçıları bu günədək tarlalardan 5933,5 ton məhsul toplayıblar.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

 
  • Oxunub:  1770  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA