Ana səhifə »  Qəzetin pdf formatı »  18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
A+   Yenilə  A-
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin son 16 ildə uğurla davam etdirilməsi nəticəsində müstəqil Azərbaycan dünya miqyasında güclü dövlətə çevrilib
18 Oktyabr müstəqil Azərbaycanın tarixində əlamətdar bir gündür. Düz 28 il bundan öncə - 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında bir neçə gün davam edən müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. Bu gün ölkəmizin hər bir vətəndaşı qısa tarix ərzində sınaqlardan uğurla çıxaraq möhkəmlənən, dünyanın sayılıb-seçilən dövlətləri sırasına yüksələn müstəqil Azərbaycanla qürur duyur və respublikamızın sosial-iqtisadi, mədəni inkişafına öz töhfəsini verməyə çalışır.
Azərbaycanın müstəqilliyə gedən yolu hamar olmayıb
Dünyada öz müstəqil dövlətini yaratmaq heç də bütün xalqlara nəsib olmayıb. Dövlət müstəqilliyi qazanmaq, öz taleyinin sahibi olmaq Azərbaycan xalqının çox böyük xoşbəxtliyidir. Ancaq respublikamızın müstəqilliyinə gedən yolu heç də hamar olmayıb.
Məlumdur ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız XX yüzillikdə ilk dəfə özünün müstəqil dövlətini qurub. Xalq Cümhuriyyəti xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir həlqəni təşkil edir. Siyasi şərhçilərin də vurğuladıqları kimi, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu ittifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.
Xalqımız təxminən 70 il keçmiş ittifaqın tərkibində yaşasa da, qəlbində daim müstəqillik ideyalarına sadiq qaldı. Nəhayət, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşması üçün tarixi şans yarandı. Belə ki, 1988-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində separatçılıq əməllərinə rəvac verməyə başladılar. Keçmiş SSRİ-nin rəhbərliyinin, ələlxüsus da birinci şəxs M.Qorbaçovun bu separatçılıq əməllərini görməzdən gəlməsi, hətta açıq və yaxud gizli şəkildə erməniləri dəstəkləməsi Azərbaycanda xalqı ayağa qaldırdı, respublikamızda milli-azadlıq hərəkatını alovlandırdı. Təəssüf doğuran haldır ki, o dövrdə formalaşan Azərbaycan Xalq Cəbhəsi (AXC) milli-azadlıq hərəkatını idarə edə bilmədi. Bu da onunla bağlı idi ki, AXC-nin rəhbərliyində təmsil olunanlar diletant idilər və onlar ziyalı kəsimi, demək olar ki, qəbul etmirdilər. Xalq hərəkatına rəhbərlik etmək iddiasında olan AXC əslində perspektivlə bağlı aydın strategiyaya və konkret fəaliyyət taktikasına malik deyildi. Bu və digər səbəblərdən də ədalət istəyən, respublikanın ərazi bütövlüyünü tələb edən xalqımız 1990-cı ilin 20 yanvarında qanlı faciə ilə üzləşdi. 20 Yanvar faciəsindən sonra xalqın mərkəzi və yerli hakimiyyətə inamı tamam qırıldı. Tədricən xalqımızın mübarizəsi yeni məzmun kəsb etməyə başladı.
Ulu Öndər Heydər Əliyev Azərbaycandakı xalq hərəkatına yeni nəfəs verdi
Təpədən-dırnağadək silahlanmış ordunun 1990-cı il yanvarın 20-də dinc əhaliyə qarşı törətdiyi qətliam Azərbaycandakı xalq hərəkatı üçün bir növ dərs oldu desək, yanılmarıq. Artıq bəlli idi ki, AXC milli-azadlıq mübarizəsini sağlam məntiqlə idarə etməkdə və düzgün istiqamətə yönəltməkdə acizdir. Belə bir məqamda Ulu Öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, kəskin bəyanat səsləndirməsi, kütləvi qırğının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini ittiham etməsi xalqımızın özünə inam hissini gücləndirməklə yanaşı, xalq hərəkatına da yeni nəfəs və istiqamət verdi. Hadisələr bundan sonra dönməz xarakter aldı. Çox keçmədi ki, Ulu Öndər Heydər Əliyev Vətənə dönməyə qərar verdi və yerli rəhbərliyin etirazlarına baxmayaraq, 1990-cı il iyulun 20-də Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Azərbaycanda müstəqillik uğrunda sistemli mübarizənin başlanmasına ciddi təkan verdi.
Ulu Öndər Heydər Əliyevin Vətənə tarixi dönüşü milyonlarla insanın böyük sevincinə səbəb olduğu halda, ovaxtkı Ayaz Mütəllibov iqtidarı bundan bərk narahatlıq keçirdi və Ona Bakıda qalmağa imkan vermədi. Beləliklə, Ulu Öndər 1990-cı il iyulun 22-də doğma diyarı Naxçıvana üz tutmaq məcburiyyətində qaldı. Burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına Sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Ulu Öndər Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında o da analoji qərarlar qəbul etsin.
Məlumdur ki, Azərbaycan Kommunist Partiyasının ovaxtkı bütün rəhbərliyi 1991-ci il martın 17-də SSRİ-nin saxlanması ilə bağlı respublikada saxta referendum təşkil edərək, guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs verdiyini elan etmişdi. Cəsarətli və müdrik Lider olan Heydər Əliyev bu saxta referendumun Naxçıvanda keçirilməsinə imkan vermədi. Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə də hamıdan qabaq - 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi. Bütün bu deyilənlərə istinadən qeyd edə bilərik ki, Ulu Öndərin Bakıdan Naxçıvana getməsi ilə milli-azadlıq hərəkatının mərkəzi də dəyişdi. Qədim Naxçıvan torpağı hadisələrin mərkəzinə çevrildi.
Qeyd edək ki, bəhs olunan dövr çox ziddiyyətli idi, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin idi, hələ Sovet İttifaqı, Kommunist Partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
Sonrakı mərhələdə Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirdi
Təəssüflə vurğulamaq lazımdır ki, Azərbaycan müstəqilliyinin ilk vaxtlarında çox böyük çətinliklərlə üzləşdi. Xüsusilə 1992-ci ilin mayında zorla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı ölkəni, sözün həqiqi mənasında, dalana sürüklədi. Belə ağır vəziyyətdə Azərbaycanın bir qrup vətənpərvər ziyalısı Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün vətəndaşları, sağlam düşüncəli qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək məsələsinə münasibət bildirməsini Heydər Əliyevdən xahiş edirdilər. Vətənini sonsuz məhəbbətlə sevən Heydər Əliyev belə çətin, böhranlı dönəmdə həmin müraciətə cavab verməyə bilməzdi. Beləliklə, cəmi bir həftə sonra - oktyabrın 24-də O, “Səs” qəzetində ölkə ziyalılarına müsbət cavab verdi. Əlbəttə, həmin dövrdə Bakıda yeni partiyanın yaradılması ilə bağlı təşkilati məsələləri həll etmək mümkün deyildi. Bunu yaxşı dərk edən yeni partiyanın qurucuları Naxçıvana getdilər və noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı yaratdılar.
YAP-ın Azərbaycanın iqtidar partiyasına çevrilməsi üçün uzun zaman kəsiyi lazım gəlmədi. 1993-cü ilin iyununda xalqın tələbi ilə YAP-ın Sədri, Azərbaycan xalqının görkəmli Lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Belə ki, bütövlükdə müstəqil Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanın davamlı inkişaf yolunun təməli məhz bu tarixlə - 15 İyun - Milli Qurtuluş Günü ilə qoyulub. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində səslərin 98,84 faizini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndərin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi çox doğru olaraq böyük qayıdış kimi qiymətləndirilir. Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycan dövlətinin süqut etməsinin qarşısını aldı. Onun verdiyi müdrik qərarlar, atdığı qəti addımlar sayəsində cəmiyyət inkişafa, ölkənin müstəqilliyini möhkəmlətməyə səfərbər oldu. Və bu gün də həmin siyasət uğurla davam etdirilir.
Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müstəqil Azərbaycan güclü dövlətə çevrilib. Bu gün müstəqil Azərbaycan dövləti inamla inkişaf edərək xalqımızın milli maraqlarını qətiyyətlə qoruyur.
M.ABDULLAYEV

 
  • Oxunub:  2430  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA