Ana səhifə »  Qəzetin pdf formatı »  “The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
A+   Yenilə  A-
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb

“The American Interest” nəşrində Amerika Xarici Siyasət Şurasının nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “Azərbaycan müstəqillikdən sonra” kitabının müəllifi Svante Kornellin məqaləsi dərc edilib. Müəllif Prezident İlham Əliyevin apardığı islahatları təhlil edib, onların regionun inkişafına təsirini və ABŞ ilə strateji dialoqun möhkəmlənməsinə əlverişli şərait yaratmasını əsaslandırıb.

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar üçün mühüm ölkədir. Qeyd edilir ki, İsraillə sıx münasibətləri olan dünyəvi Azərbaycanın əhalisi qərbyönlüdür. Ölkənin coğrafi mövqeyi onu Mərkəzi Asiya üzərindən Avropa ilə Çini birləşdirən quru yolları marşrutunun inkişafında əsas mərkəzə çevirir. Müəllif qeyd edir ki, daha əhəmiyyətlisi, Azərbaycanın öz neft-qaz ehtiyatlarını Avropa bazarlarına ixrac etmək üçün boru kəmərlərini inşa etməsi digər tədarükçülərdən asılılığı azaldan mənbənin yaradılmasına və qaz ixracını şaxələndirməyə imkan verib.

Məqalədə vurğulanır ki, bu səbəblərdən Vaşinqton və Bakı arasında strateji münasibətlər Azərbaycanın ərazisinin ölçüsü ilə müqayisə edildikdə, ehtimal ediləndən daha mühümdür. Tramp administrasiyasının ABŞ-ın Avrasiyada strateji mövqeyini yenidən nəzərdən keçirdiyini nəzərə alsaq, ölkədə həyata keçirilən islahatlar zamanla səsləşir. İslahatların həyata keçirilməsi ilə bağlı indiki səylər 2015-ci ildə - nefti qiymətlərinin enməsi ilə bağlı olsa da, onlar Azərbaycanda bundan əvvəl də aparılıb. Məsələn, 2001-ci ildə Norveç modeli əsasında Dövlət Neft Fondu yaradılıb. 2012-ci ildə “süni vasitəçiliyi aradan qaldıran” və bununla da vətəndaşlarla dövlət qulluqçuları arasında təmasları azaldan, habelə ölkədə dövlət xidmətlərinin göstərilməsinə mane olan kiçikmiqyaslı korrupsiyanı minimuma endirən ASAN xidməti istifadəyə verilib. Bu xidmət çox populyardır və İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət xidmətlərinin göstərilməsində “korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında” onun fəaliyyətini yüksək qiymətləndirib, -deyə Kornell yazır.

Müəllif qeyd edir ki, 2014-cü ildə neftin qiymətlərinin düşməsi ölkədə iqtisadi vəziyyəti pisləşdirib. Bundan sonra fəal islahatlara başlanılıb. İqtisadiyyatın şaxələndirilməsinin bəlli metodu Avropa və Asiyanı birləşdirən quru yolu ilə nəqliyyat dəhlizinin inkişafı üzrə Çin və Avropa ölkələrinin planlarında iştirak etmək idi. Kornell vurğulayır ki, Prezident İlham Əliyevin islahatlara yanaşma tərzi həmişə köhnə institutların “təmiri” deyil, mümkün qədər yeni təsisatların yaradılması olub. Sonrakı üç ildə ilk növbədə iqtisadiyyatda və məhkəmə sistemində islahatların təşəbbüskarı və bayraqdarı Birinci vitse-prezidentin ofisi oldu.

Amerikalı ekspert yazır ki, hökumət tərəfindən Mədəniyyət Nazirliyindən ayrı turizm agentliyi yaradıldı və viza prosedurları sadələşdirildi. Hazırda ASAN xidməti tərəfindən idarə edilən elektron viza sistemi dünyada bu sahədə ən sadə hesab olunub və onun sayəsində Çin, Cənubi Koreya və bəzi Körfəz ölkələrinin vətəndaşları vizaları ölkəyə giriş zamanı əldə edə bilirlər. Bu, turizmin böyük inkişafına səbəb oldu: 2008-ci ildəki 1 milyon nəfərlə müqayisədə, 2017-ci ildə Azərbaycana 2,6 milyon turist gəlib. 2019-cu ildə turistlərin sayının 3 milyona çatacağı gözlənilir. Eyni zamanda, Bakı özünün kosmopolit ab-havası və parlaq mədəni həyatı ilə Körfəz regionunun ərəb ölkələrindən bir çox turisti cəlb edir. Lakin Azərbaycanın fəal səyləri nəticəsində Bakıda Cənubi Asiyadan gələn bir çox turisti də görmək olar.

Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti ölkəni iki nəqliyyat dəhlizinin – Avropa İttifaqı və Çinin həyata keçirdiyi Şərq-Qərb və Rusiya-İran və Hindistanı birləşdirəcək Şimal-Cənub layihələrinin habına çevirməyi planlaşdırır. Bu kontekstdə Bakının ətrafında yerləşən və azad iqtisadi zona olan Ələt limanı əsas mərkəzdir. Rusiya, Mərkəzi Asiya və ya İrandan Ələtə daxil olan yükləri 2017-ci ilin oktyabrında açılmış Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə dərhal Avropadakı təyinat yerlərinə göndərmək mümkündür.

Həyata keçirilən bu islahatların nəticəsində Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanın reytinqini 2018-ci ildəki 57-ci yerdən 2019-cu ildə 25-ci pilləyə qaldırıb. Dünya Bankı biznes qurmağın asanlığını, tikintiyə icazə almaq üçün “vahid pəncərə” sistemini, mülkiyyətin qeydiyyatını və vergi və rüsumların ödənilməsi, habelə gömrük proseduralarının həyata keçirilməsinin elektron və şəffaf sistemini xüsusi olaraq vurğulayıb.

Müəllif qeyd edir ki, bütün bunlar Amerika üçün yaxşı imkanlar yaradır. Böyük dövlətlərin əhatəsində olan Mərkəzi Asiya və Qafqazdakı nisbətən kiçik ölkələr Avrasiya geosiyasətində ABŞ-ın rolunu müsbət dəyərləndirməyə meyillidirlər. Vaşinqton bu islahatların uğur qazanmasında və hökumətdəki islahatçılara dəyişikliklərin nəticələrini neytrallaşdırmağa can atan köhnə qüvvələrə qarşı kömək etməkdə maraqlıdır. Azərbaycanda islahatların keçirilməsi səyləri Vaşinqton və Bakı arasında müsbət istiqamətdə əməkdaşlığa əsaslanan ikitərəfli strateji dialoqun aparılmasına şərait yaradır.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA