Ana səhifə »  Qəzetin pdf formatı »  Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
A+   Yenilə  A-
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

İyirmi altı il bundan əvvəl Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş ümummilli lider Heydər Əliyevin ölkəmizin sanki bu gününə ünvanlanmış müdrik bir kəlamı var: “Tarix həmişə hər şeyi öz yerinə qoyur... Əgər hər hansı bir ölkənin vətəndaşları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik məmləkət belə ən böyük dövlət qədər qüdrətli olur”. Ulu Öndər bu tarixi sözləri ölkəmizin ən ağır günlərində, xalqın gələcəyə inamının, ümidlərinin tükəndiyi çox çətin bir vaxtda söyləmişdi. Lakin o təkcə bu çətinliyi və reallığı görməklə, bu haqda həyəcan təbili çalmaqla kifayətlənməmiş, doğma xalqını öz ətrafında birləşdirərək siyasət meydanına atılmış , Azərbaycanın müstəqil dövlətçiliyini xilas etmişdir və bugünkü güclü dövlətimizin əsaslarını yaratmışdır.

Həqiqətən keçən dövr göstərdi ki, tarix hər şeyi öz yerinə qoyur; bu xalqı sevməyən, bu dövləti dağıtmağa çalışan xəbis niyyətli insanların bütün planları zaman-zaman puç oldu. Min illər boyu yaşadığımız bu torpaqlarda babalarımızın xəyal belə edə bilməyəcəyi tarixin ən qüdrətli Azərbaycan dövləti quruldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dövlət hazırda öz tarixinin ən möhtəşəm inkişaf dövrünü yaşayır. Tək elə buna görə Azərbaycan xalqının və onun müdrik liderinin adı qızıl hərflərlə tarixə yazilmışdır. Çünki, 1993-cü ildə ölkənin məhv olmaq təhlükəsini görən və nicatını öz liderinin - Heydər Əliyevin qayıdışına bağlayan da, 2003-cü ildə ölkəni yenidən 1990-cı illərin anarxiya və xaosuna qaytarmaq istəyənlərə yox deyərək, Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin ətrafında sıx birləşən də məhz bu xalqdır!

Cənab İlham Əliyev prezident kimi fəaliyyətə başlayarkən ilk çıxışında Heydər Əliyevin daxili və xarici siyasət kursunu dönmədən davam etdirəcəyini, ölkəni davamlı islahatlar yolu ilə gələcəyə aparacağını bəyan etmişdi. Aradan keçən zaman ərzində bu vədə dönmədən əməl olunmuş, ölkə həyatının bütün sahələrində Heydər Əliyev kursu, milli-mənəvi dəyərlərə sadiqlik qorunmaqla dinamik islahatlar həyata keçirilmişdir. İlham Əliyevin 16 illik prezidentlik fəaliyyəti onu məhz qurucu-islahatçı lider kimi xarakterizə etməyə tam əminlik yaradır. İslahatçı liderlər xalqının, dövlətinin gələcək taleyi üçün lazım olan və vaxtı çatan dəyişiklikləri zamanında görür, müasir dövrün yeniliklərini və trendlərini uyğun formada öz ölkəsində tətbiq edir, davamlı islahatlar yolu ilə iqtisadi, siyasi və mənəvi həyatın bütün sahələrini modernləşdirirlər. Bununla yanaşı, yenilikçi liderlər həm də geniş xalq kütlələrini öz siyasəti və islahat kursu ətrafında birləşdirir, ictimai ideallara, milli-mənəvi dəyərlərə söykənir, onları inkişaf etdirir və qoruyurlar.

İlham Əliyev Azərbaycanın gələcək inkişafı ilə bağlı bu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı qeyd etmişdir ki, biz islahat naminə islahat aparmırıq, məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına təkan verək, hələ də həllini tapmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmazlıqları aradan qaldıraq. Bizim gənclərimiz də dövlət həyatında yaxından iştirak etməlidirlər, yaxşı təhsil almalı, fiziki və mənəvi cəhətdən sağlam olmalı, milli vətənpərvərlik ruhunda böyüməlidirlər.
Bu fikirlərdə İlham Əliyevin islahatçı yanaşması özünü aydın şəkildə büruzə verir və bəzi postsovet ölkələrində müşahidə etdiyimiz ”rəngli inqilab” ssenarilərindən köklü şəkildə fərqlənən inkişaf yolunu təqdim edir. Rəngli-qanlı inqilabların liderləri özlərinə qədər hər hansı idealların, siyasi, bəzən də mənəvi irsin mövcudluğunu inkar edir, cəmiyyətin kökündən yenidən qurulmasını, dilin, ölkənin adının, əlifbasının, bir sözlə, hər şeyin məhv edilərək yenidən başlanması yolunu tuturlar. Prezident İlham Əliyevin islahatlar kursunda belə eksperimentlərə, nihilist yanaşmalara yer yoxdur. 2019-cu ildə Azərbaycanda yeni islahatlara start verilməsi də “rəngli inqilab”ların təklif etdiyi yol deyil, 1930-cu, 1980-ci və 2000-ci illər Türkiyəsində, Konrad Adenauer Almaniyasında, 1980-1990-cı illərin Məhazir Muhəmməd Malayziyasında, 1960-1970-ci illərdə Sinqapur və Cənubi Koreyada, eləcə də qansız-rəngsiz inkişaf yolu keçmiş digər ölkələrdə müşahidə etdiyimiz təkamül, köklü islahatlar yoludur.

Xalqın mütləq əksəriyyətinin etimadı ilə 2003-cü ildə prezident seçilmiş İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən sadə bir vəd vermirdi, xalqa xidmət missiyasının strateji hədəfini göstərir, ana xəttini ortaya qoyurdu. Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində İlham Əliyev verdiyi vədə, seçdiyi strateji xəttə sadiq qalaraq dini, etnik, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın prezidenti olduğunu nümayiş etdirmişdir. O, hər zaman xalqının maraqları, rifahı, xoşbəxt gələcəyi üçün əzmlə çalışmış, milli mənafelərimizin müdafiəsi naminə beynəlxalq platformalarda ən ağır şərtlər altında belə öz mübarizəsindən, prinsipial mövqeyindən geri çəkilməmişdir. Dövlətimizin suverenliyi, müstəqilliyi naminə aparılan bütün mübarizələrin önündə dayanmışdır.

Bu illər ərzində Azərbaycanın iqtisadi bazisi kökündən dəyişmiş, ölkədə böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyişə nail olunmuşdur. Ötən müddət ərzində iqtisadiyyat 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmış, ölkə iqtisadiyyatına 260 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu, müstəqillik dövründə Azərbaycana yatırılan investisiyaların 93 faizini təşkil edir və onun təxminən yarısı daxili mənbələrin payına düşür. Valyuta ehtiyatlarımız artıq 49 milyard dolları keçmiş, ölkədə 2 milyondan çox yeni iş yeri yaradılmışdır. Bəhs etdiyimiz dövr ərzində maaşlar və pensiyalar 10 dəfəyə qədər artırılmış, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilmiş, güzəştli şərtlərlə sahibkarlara 2 milyard manatdan çox kredit verilmişdir.

Ötən 16 il ərzində Azərbaycanın sosial-iqtisadi infrastrukturu başdan-başa yenilənmiş, paytaxt küçələrindən tutmuş ən ucqar bölgələrə qədər müasir nəqliyyat şəbəkəsi yaradılmış - 14 min kilometr yol çəkilmiş, 450 körpü inşa olunmuşdur. Paytaxtda 4 yeni metro stansiyası istifadəyə verilmiş, bir neçə stansiyada yenidənqurma işləri həyata keçirilmişdir. Onu da qeyd edim ki, Azərbaycan postsovet məkanında metro tikintisi aparılan iki ölkədən biridir. Azərbaycanın tranzit imkanlarını genişləndirən Xəzər dənizində ən böyük liman – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlamışdır. Ölkədə 3100-dən çox məktəb, 650-dən çox tibb müəssisəsi inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Mədəni və elmi infrastruktur, o cümlədən tarixi binalar, teatr və muzeylər, ali təhsil ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Paytaxtda müasir tələbələrə uyğun inşa edilən idman sarayları, meydançalar illərdir əhaliyə xidmət göstərir, mühüm beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin edirlər. Bununla yanaşı, respublikanın bütün bölgələrində vətəndaşlara xidmət edən sosial mərkəzlər, Olimpiya-İdman kompleksləri və s. obyektlər inşa olunaraq istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin ciddi səyi ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və funksionallığının artırılması istiqamətində böyük işlər görülmüşdür. Respublikada 7 hava limanı yenidən qurularaq istifadəyə verilmişdir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı isə dünyanın “5 ulduz”lu 9 əsas hava limanı sırasına daxil olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz artıq nəhəng enerji və nəqliyyat qovşağına çevrilmişdir. Həmçinin Azərbaycan özünün üç süni peykini orbitə çıxararaq dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu işlərin əsas qayəsi, əlbəttə ki, ilk növbədə xalqa xidmətdir. Ötən dövrdə ölkəmizdə sadəcə modernləşmə və infrastruktur yenilənməsi baş verməmiş, dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində ciddi addımlar atılmış, sosial-siyasi və digər sahələrdə sistem xarakterli köklü islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək, yenilənmiş və modern Azərbaycan dövlətini yaratmağa müvəffəq olmuşdur. Bu dövlətin əhaliyə xidmət sferası da müvafiq olaraq tamamilə yenilənmiş, “şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir” deyən dövlət başçımızın müvafiq qərarı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilmiş, əhaliyə göstərilən xidmətlər “ASAN xidmət” mərkəzlərində - vahid sistemdə birləşdirilmişdir. Təkcə 2013-2018-ci illər ərzində bu mərkəzlərə 24 milyona yaxın müraciət qeydə alınmışdır. Beləliklə, Prezident İlham Əliyev bu addımı ilə eyni zamanda Azərbaycanın atrıq dünyada tanınan, beynəlxalq miqyasda maraq göstərilən və tətbiq olunan “ASAN xidmət” brendini formalaşdırmışdır. Dövlət başçısının əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) yaradılması və digər qərarları xalqa xidmət siyasətinin davamı kimi xarekterizə edilməlidir.

Hakim Yeni Azərbaycan Partiyası da öz liderinin təşəbbüslərinə və yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləmişdir. Partiya öz sıralarına çoxsaylı yeni üzvlər, təşkilatı hakimiyyətdə və parlamentdə təmsil edəcək yeni intellektual kadrlar cəlb etmişdir. Yeni Azərbaycan Partiyası özünün siyasi ənənələrinə söykənən yenilənmə kursunu davamlı və ardııcıl şəkildə davam etdirmişdir.

Göründüyü kimi, Azərbaycan Prezidentinin daxili və xarici siyasətinin təməlində insan, vətəndaş amili, xalqın maddi-mənəvi, milli maraqları dayanır. Təbiidir ki, 16 il ərzində bir əsrə sığacaq nəhəng işlərə, böyük uğurlara imza atan liderin – cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət Azərbaycan xalqı tərəfindən tam dəstəklənir. Keçirilən sorğuların nəticələri göstərir ki, xalqın dəstəyi Prezident İlham Əliyevə müstəqil, prinsipial, qətiyyətli, milli maraqları ifadə edən siyasət yürütməyə imkan verir. Belə liderə qalib gəlmək heç bir qüvvəyə, ələlxüsus da hazırkı radikal müxalifətə nəsib olmayıb, bundan sonra da olmayacaq.

Bu ölkədə yenilənmək istəməyənlər yalnız 26 ildir Azərbaycanı xaos və anarxiyaya sürükləyən radikal müxalifət cəbhəsinin rəhbərləridir. Uzun illərdir heç bir cəlbedici ideya və yaxud alternativ təklif ortaya qoya bilməyən, eyni cəfəng fikirləri təkrar-təkrar tirajlayan, bir neçə ambisiyalı şəxsin ətrafında cəmləşərək gecə-gündüz hakimiyyət eşqi ilə qovrulan, əsassız iddialarla dövlət qurumları və dövlət qulluqçularını mənəvi terrora, biabırçı söyüş kampaniyasına məruz qoyan, Azərbaycan cəmiyyətini ənənəvi pozucu fəaliyyətləri ilə bezdirən, 1990-cı illərin kif bağlamış qaranlığından çıxmaq iqtidarında olmayanlar keçən bütün dövr ərzində dayanmadan ölkədə hakimiyyətin dəyişməsini tələb etmişlər. Əlbəttə, heç bir iqtidar daimi deyil. Hər hansı bir siyasi partiyanın formalaşdırdığı iqtidarın ölkəni hansı müddətdə idarə etməsini Azərbaycan xalqı seçki yolu ilə müəyyən edir. Bu il fevralın 18-də qələmə aldığım “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləmdə də qeyd etmişdim ki, cəmiyyətdəki fərqli kəsimlərin, o cümlədən müxalifətin cari proseslərə, gələcəyə hesablanmış proqramlara, konsepsiyalara baxış və rəylərini öyrənmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə saxlamaq təkcə rasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazır formada qalması üçün vacib şərtdir. Lakin Azərbaycan xalqı, onun iradəsi ilə formalaşmış dövlət strukturları, xalq qarşısında öz məsuliyyətini dərk edən hakimiyyət, əlbəttə ki, dövləti kimin, hansı qüvvələrin ümidinə buraxacağının fərqində olmalıdır. Məsuliyyətli hakimiyyət gələcək iqtidarların antimilli və məişət təfəkkürlü ünsürlər, yenilənmək istəməyən klaviatura qəhrəmanları, “sosial şəbəkə pələngləri”, şübhəli xarici dairələr önündə xüsusi öhdəlikləri olan yalançı opponentlər tərəfindən formalaşdırılmasına qətiyyən yol verə bilməz. Sağlam və etibarlı iqtidarlar yalnız yüksək dövlətçilik təfəkkürünə malik, özünütənqid ruhunda yetişmiş, yeniliklərə, dünyada gedən qlobal proseslərə açıq, xalqın fərqli kəsimləri ilə işləməyə hazır və qadir olan iradəli, milli düşüncəli insanlar tərəfindən formalaşırlar. Odur ki, dövlətimizin indiyə qədər qət etdiyi yol, cəmiyyətin bugünkü reallıqları və inkişaf perspektivləri iqtidar komandası tərkibində, hakimiyyət strukturlarında olduğu kimi, müxalifət düşərgəsində, siyasi partiyaların rəhbərliyi və tərkibində də daim yenilənməni, yeni düşüncəli, yeni təfəkkürlü və sağlam reputasiyalı insanların ortaya çıxaraq sağlam opponentlik missiyasını öz əllərinə almasını əsl sosial sifarişə çevirmişdir.

Lakin nədənsə biz yeni müxalifətin yaranma zərurəti haqqında danışanda, bəzi opponentlərimiz məsələyə ifrat həssaslıqla mənfi reaksiya verirlər. Əgər, doğrudan da siyasi mübarizə aparmaq, “pozisiyada” deyil, “oppozisiyada” olmaq iddia edildiyi kimi, məhrumiyyətlər, sıxıntılar, təqiblər, itkilər deməkdirsə, o zaman onların yeni qüvvələr tərəfindən əvəzlənməsi niyə bu qədər narahatlıq yaratsın ki? Axı yeni müxalifət, yeni qüvvələr deyəndə başqa bir məmləkətdən, başqa bir qalaktikadan sifarişlə hansısa yeni siyasi liderləri gətirib partiyaların başına qoymaqdan, yaxud opponent etməkdən söhbət getmir. Son prezident, parlament, bələdiyyə seçkilərinin nəticələri ortadadır, burda II, III, IV nəticə göstərən qüvvələr var, onların adları, ünvanları cəmiyyətə bəllidir, fəaliyyətləri də göz qabağındadır. Onlar parlamentdə, bələdiyyələrdə təmsil olunurlar. Bu partiyaların fəaliyyətinin də nə dərəcədə səmərəli olub-olmadığını növbəti seçkilərdə seçicilər müəyyən edəcək. Yəni, iqtidarın necə yanaşmasından asılı olmayaraq, cəmiyyətdə yeni müxalifət formalaşır. Əlbəttə, biz fərqindəyik ki, sosial şəbəkələrin, yeni informasiya vasitələrinin imkanlarından istifadə edərək özünü cəmiyyətə yaxşı təqdim etməyi bacaran, müəyyən alternativ ideoloji baxışların daşıyıcıları olan gənc və orta nəsil siyasətçilər də meydana çıxmaqdadır. Yaxud, köhnə müxalifətin içərisindən müəyyən insanlar bu imkanlardan istifadə edib özlərini cəmiyyətə yeni biçimdə təqdim etməkdədirlər. Həmçinin vaxtilə AXC hakimiyyətində təmsil olunmuş və AMİP, Müsavat, AXCP, ASDP sıralarında olmuş onlarla siyasətçi, mütəxəssis, ekspert dövlət qurumlarında, QHT sektorunda, elm sahəsində, biznesdə, parlamentdə uğurla fəaliyyət göstərir, fərqli beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər. Əminik ki, bu cür potensialı olan, lakin hazırda üzv olduqları müxalif partiyaların dəyişməz rəhbərləri tərəfindən potensiallarının açılmasına imkan verilməyən çoxsaylı gənclər də ortaya çıxacaqdır. Yaşlı və orta nəsil müxaliflərə gəlincə, onların arasında antimilli fəaliyyətdə, “xüsusi söyüş dəstələri”nin təşkilində iştirak etməmiş sabiq nazirlər, keçmişdə iri məmur korpusunda təmsil olunan şəxslər də var. Biz “yeni müxalifət” deyəndə məhz ölkəmizin belə geniş spektrini nəzərdə tuturuq. Düşünürəm ki, bu geniş spektr Azərbaycanda sivil mübarizə aparmaq istəyən, ölkədəki nümunəvi sabitliyin davam etməsində və lazımi məqamlarda yenilənməsində maraqlı olan bütün ictimai-siyasi qüvvələri əhatə edir. Biz bu cür qüvvələri təqdir edirik, bu il sentyabrın 9-da dərc edilmiş məqaləmdə də vurğuladığım kimi, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa tam açıqdır.

Əminəm ki, bu gün xalqı inqilaba səsləyənlərin bir zamanlar öz cılız siyasi ambisiyaları ilə uçurumun kənarına gətirdikləri, yalnız ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində xilas olan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başdan-başa yenilənib qüdrətli dövlətə çevrilən Azərbaycanın yenidən 1990-cı illərin riskləri ilə üz-üzə buraxılmasına xalqımız və dövlətimiz heç zaman imkan verməyəcək. nXalqımız 2003-cü ildə İlham Əliyevə ciddi etmiad göstərmiş və böyük səs çoxluğu ilə onu özünə rəhbər seçmiş, sonrakı seçkilər də bu etimadın daha da yüksəldiyini əyani şəkildə nümayiş etdirmişdir. Prezident İlham Əliyev ökəmizə 16 illik rəhbərliyi dövründə Azərbaycanı daha müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan, sözünü deməyi və prinsipial mövqeyini sonadək müdafiə etməyi bacaran bir dövlətə çevirməyi bacarmışdır. Hazırda keçirilən sorğuların nəticələri də təsdiq edir ki, Azərbaycan xalqı İlham Əliyevə alternativ görmür, onun arxasındadır, ona etimadı və güvəni hədsizdir. Amma ötən 26 ildə radikal qrupların təhriki və anti-milli fəaliyyəti nəticəsində yalnız qalmaqlallarla, didişmələrlə, ziddiyyətlərlə, qopma və parçalanmalarla yadda qalan qeyri-konstruktiv müxalifət bu gün fəlakətin bir addımlığındadır. Reallıq budur ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyat ritmini pozmağa çalışan belə müxalifətçilərlə birlikdə gələcəyə doğru addımlaya bilməz. Bu müxalifət hakimiyyət uğrunda sivil mübarizə metodlarını inkar edir, hal-hazırda belə dağıdıcı və qeyri-konstruktiv qruplarla iqtidar-müxalifət dialoqunu təşkil etmək mümkünsüz görünür və onların bundan sonrakı dövrdə siyasi arenada qalması ölkəmizin siyasi palitrası üçün yaxşı heç nə vəd etmir. Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirilən 50 nəfərlik qanuni piketi qeyri-qanuni küçə yürüşü və mitinqə, özlərinin iddia etdiyi kimi “sosial inqilaba”, vətəndaş qarşıdurmasına çevirmək istəyənlər, süni qarışıqlıq yaradaraq öz çirkin məqsədlərinə nail olmağa çalışanlar, əlbəttə ki, yenilənməyə müqavimət göstərəcəklər.

Azərbaycanda yenilənmək istəməyən də məhz belələridir ki, özlərinin bir ovuc tərəfdarı ilə aranı qarışdırmağa cəhd göstərməkdən başqa bir fəaliyyət ortaya qoya bilmirlər.

Bəli, bu gün Azərbaycanda hər şey inkişaf edir və yenilənir. Hətta, müxalifətin əsas etiraz məkanı olan “Məhsul” stadionu da yenidən qurulur, təmir olunur və müasir görkəm alır. Amma 26 il müddətində radikal müxalifət düşərgəsində rəhbər kürsüləri zəbt edərək, sivil istefa nümunəsi ortaya qoymağı bacarmayan Əli Kərimli tipli “əvəzsiz liderlər” təmsil olunduqları düşərgədə istənilən pozitiv dinamikanı öz mövcudluqları üçün təhlükə hesab edirlər. Buna görə də xalq tərəfindən kütləvi şəkildə baykot olunmuş bu radikal və dağıdıcı müxalifət “liderlərindən” qurtuluşun tam zamanıdır. Dinamik inkişaf edən, müasirləşən Azərbaycana, yeniləşən cəmiyyətimizə, yenidən qurulan geniş meydanlara sağlam düşüncəli təşkilatlar, qurucu, konstruktiv və sağlam müxalif qüvvələrin gəlişi zamanın tələbidir.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

 
  • Oxunub:  1950  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA