Ana səhifə »  Qəzetin pdf formatı »  18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
A+   Yenilə  A-
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərib. Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşadıb, XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə edib: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub.

Həmin hadisə 1990-cı ilin iyul ayından xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik uğrunda məqsədyönlü siyasi mübarizənin təntənəsi idi. 1991-ci il oktyabr ayının 19-da Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına göndərdiyi teleqramda deyilirdi: “Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası Ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.

1970-1982-ci illərdə quruculuq siyasətinin və fəlsəfəsinin əsasını müstəqillik idealları təşkil edirdi

Dahi şəxsiyyət dünyanın supergüclərindən biri olmuş sovet imperiyası dövründə də Azərbaycanın müstəqilliyi barədə düşünüb, 1969-cu ildə siyasi hakimiyyətə gəldiyi ilk gündən başlayaraq böyük uzaqgörənliklə hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərin həyata keçirilməsinə nail olub, Azərbaycanın gələcək müstəqilliyi üçün təməlləri hazırlayıb. Ümummilli Lider ölkəmizdə sənayeləşmənin əsasını qoyub, kənd təsərrüfatını inkişaf etdirib, yüzlərlə Azərbaycan gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına nail olmaqla gələcək müstəqil Azərbaycan üçün kadr potensialını yaradıb. Bu barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun deyib: “Liderin böyüklüyünü başa düşmək üçün vaxtın ucalığında dayanmaq lazımdır. Aradan keçən zaman məsafəsi 1970-ci illərdə atılan addımların əsl mahiyyətini başa düşməyə imkan verir. Ümummilli Liderimiz həmin dövrdə görülən işləri belə qiymətləndirirdi: “Biz bu işləri başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi: Azərbaycanın gələcəyinə baxış idi. Bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır”. Bu fikirlər 1970-1982-ci illərdə Heydər Əliyev quruculuq siyasətinin istiqamətini və fəlsəfəsini özündə əks etdirir”.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra xarici qüvvələrin, daxildəki xəyanətkar qruplaşmaların əməlləri nəticəsində ictimai-siyasi vəziyyət dözülməz həddə çatdırılmışdı. Yanlış kadr siyasəti, dünənki “çayxana elitası”nın bu gün mənsəb uğrunda güzəştsiz mübarizəsi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi sədaqət prinsipi müstəvisindən təyin edilməsi, ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsi Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən işğal edilməsinə səbəb olmuşdu. Hakimiyyətə zor və silah yolu ilə gəlmiş bir komanda özünün yarıtmaz, səriştəsiz və cinayətkar fəaliyyəti ilə 1993-cü ildə ölkəni parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyеvin dediyi kimi: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Ulu Öndər həqiqi dövlət müstəqilliyinin bünövrəsini Naxçıvanda qoyub

Azərbaycan əldə etdiyi deklarativ müstəqilliyi həqiqi müstəqilliyə çevirə, bu müstəqilliyi qoruyub inkişaf etdirə, nəhayət, bu müstəqillik idealları üzərində bütöv bir Azərbaycançılıq ideologiyasını ucalda biləcək bir liderə, xilaskara möhtac idi. Həmin xilaskar dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev idi.

Ümummilli Lider həmin dövrdə artıq Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli mübarizəyə başlamışdı. 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən xalqımızın böyük oğlu həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoyub, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilib. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvanda tarixi qərarlar qəbul edilib, Azərbaycanın bu qədim diyarında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları bərpa olunub, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, 20 Yanvar hadisələrinə siyasi qiymət verilib.

Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər dövlət müstəqilliyinin formal mahiyyəti ilə kifayətlənərək Sovet İttifaqının qorunub saxlanması üçün 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar vermişdilərsə, ulu öndərimiz Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina edib, SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılıb, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək deyib: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.

Tarixin sosial sifarişi

Həmin dövrdə gedən proseslərə nəzər yetirdikdə bir daha aydın olur ki, müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək ölkəmizə rəhbərlik edənlər Azərbaycanı çətin vəziyyətə salmış, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə – 1993-cü il iyunun 9-da Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu qayıdış tarixin sosial sifarişi idi. Bu qayıdış xalqın istəyi ilə hasil oldu. Böyük şəxsiyyət gəlişi ilə Azərbaycanı uçuruma sürükləyən təhlükələri dəf etdi, insanların nigarançılıqla vuran qəlbinə bir inam və rahatlıq toxumu səpdi. Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

Bir sıra dünya səviyyəli siyasi şərhçilər də vurğulayırlar ki, 1991-ci ilin oktyabr tarixli müstəqillik haqqında Konstitusiya Aktı Azərbaycana bu müstəqilliyi, sözün həqiqi mənasında, gətirmədi. Hüquqi akt hələ reallıq deyildi. Ona görə də Azərbaycanın həqiqi müstəqillik tarixi ulu öndər Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə gəldiyi tarixlə hesablanır.

Lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz

Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilədək olan dövr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən Ulu Öndərimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirib, dövlət müstəqilliyimizi daimi və əbədi edib.

Dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, bazar münasibətlərinə əsaslanan yeni tipli iqtisadiyyatın nəzəri-konseptual inkişaf konsepsiyasını yaradıb. Ümummilli Liderimiz “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını təmin edib. Qeyri-neft bölməsi sürətlə inkişaf etməyə başlayıb. Özəlləşdirmə proqramı uğurla həyata keçirilib, ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkəmiz xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilib. Ölkədə aqrar islahatlar aparılmış, torpaq kəndlilərin mülkiyyətinə verilib. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirib: bu, demokratik inkişaf və hüquqi dövlət quruculuğu, Azərbaycançılıq və vətəndaş həmrəyliyi yoludur.

Azərbaycanın gələcəyi yalnız Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsindədir

Xalqımız əmindir ki, Azərbaycanın gələcəyi, inkişafı yalnız Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsindədir. 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkiləri bunu bir daha sübut etdi. Həmin seçkilərdə Heydər Əliyev yolunu uğurla davam etdirən cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanıb Prezident seçildi.

Geridə qoyduğumuz illərin nəticələrinə nəzər saldıqda diqqəti cəlb edən əsas məqam ölkədə həyata keçirilən bütün işlərin, çoxcəhətli fəaliyyətin əsas məqsədinin, aparıcı leytmotivinin Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin möhkəmləndirilməsi amilidir. Sosialyönümlü siyasət yeridən ölkə rəhbəri ötən illər ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgilədi. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atdı. Statistika göstərir ki, son 16 ildə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bu gün müstəqil Azərbaycanın səsi nüfuzlu beynəlxalq kürsülərdən gəlir, balanslaşdırılmış xarici siyasət real dividendlərini verir, ölkə Avropanın enerji təhlükəsizliyi sistemində həlledici rola malikdir. İqtisadi qüdrətimiz respublikanı fəal sərmayəçi ölkəyə, regionda əsas söz sahibinə çevirmişdir.

Bu gün müstəqil respublikamızın ən böyük problemi, heç şübhəsiz, torpaqlarımızın 20 faizinin düşmən işğalında olmasıdır. Ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim nüfuzlu beynəlxalq təşkilatlarda, qlobal əhəmiyyətli mühüm tədbirlərdə öz kəskin, qətiyyətli mövqeyini ifadə edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Aprel və Günnüt zəfərləri qazanan ordumuzun qarşısında da yeni tapşırıqlar qoyur.

Naxçıvan Muxtar Respublikası müstəqilliyin işığında böyük inkişaf yolu keçib

Ölkəmizin müstəqillik qazanmasından ötən 28 ildə dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün çox böyük işlər görülüb. Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Müstəqillik dövründə muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. 30 ilə yaxındır, blokada vəziyyətində yaşamasına baxmayaraq Naxçıvan Muxtar Respublikası da müstəqilliyin işığında böyük inkişaf yolu keçib. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yeni tipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilib. Bu gün ərzaq təhlükəsizliyinin təmin olunduğu Naxçıvanda torpaqlar əkilir, tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunub, ən ucqar yaşayış məntəqəsində belə, sakinlər daimi elektrik enerjisindən, təbii qazdan istifadə edirlər. Muxtar respublikanın enerji və hərbi təhlükəsizliyi təmin olunub, ən ucqar yaşayış məntəqəsində belə, sakinlər daimi elektrik enerjisindən, təbii qazdan istifadə edir, təhlükəsiz şəraitdə yaşayırlar.

Bəli, bu gün dinamik inkişaf yolu ilə irəliləyən Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası dövlət müstəqilliyini mühüm tarixi nailiyyətlərlə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.

AZƏRTAC-ın Naxçıvan bürosu

 
  • Oxunub:  2190  |  
  • Tarix:  18-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA