Ana səhifə »  Qəzetin pdf formatı »  Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
A+   Yenilə  A-
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur

Naxçıvan ədəbi mühiti haqqında geniş araşdırmalar aparmış fədakar alim İsa Həbibbəyli XX əsrin 20-30-cu illərində burada ədəbiyyat cəbhəsində böyük canlanma olduğunu göstərərək ədəbi prosesdə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əliqulu Qəmküsar sənətinin davamçıları olan Məhəmməd Rəsizadənin, Əli Məhbus, Hüseyn Nadim Naxçıvaninin, Əyyub Abbasovun, Əvəz Sadığın bədii yaradıcılığında özünü ehtiva edən ədəbi meyilləri ümumiləşdirib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasında “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar səsləndirib.

“Akademik İsa Həbibbəyli və müasir Naxçıvan ədəbi mühiti” mövzusunda çıxış edən Asim Yadigar bildirib ki, görkəmli ictimai xadim İkinci Dünya müharibəsindən sonra, 1950-1960-cı illərdə Naxçıvanda yetişmiş İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn Əzim, Hüseyn Razi, Kəmalə Ağayeva, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev kimi qələm sahiblərinin əsərlərində gözə çarpan ümumi meyilləri təhlil edib, müharibədən sonrakı dövrdə Naxçıvan ədəbi mühitində ədəbiyyatın bütün janrları üzrə canlanma və inkişaf baş verdiyini, bədii yaradıcılıqda ideologiyadan, ictimai motivlərdən insana, mənəvi aləmin dərkinə doğru əhəmiyyətli addımlar atıldığını xüsusilə vurğulayıb. İsa Həbibbəyli daha sonra XX əsrin 70-80-ci illərində və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində müşahidə etdiyi ədəbi inkişaf məsələləri üzərində geniş şəkildə dayanıb. Bu dövrdə nəsrə meyillilik müşahidə edən alim yerli ədəbi qüvvəyə Xalq yazıçısı Hüseyn İbrahimovun başçılıq etdiyini vurğulayaraq bu görkəmli nasirin bədii yaradıcılığını geniş şəkildə təhlil edib və onu “Nəcibliyin zirvəsində dayanan söz ustası”, “Sənəti vəhdətdə olan sənətkar” adlandırıb.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli bu gün də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyətini davamlı olaraq diqqət mərkəzində saxlayır. Asim Yadigar, Həmid Arzulu, İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli kimi istedadlı qələm sahiblərinin yaradıcılığını təhlil edərək yüksək qiymətləndirir. Görkəmli akademik Naxçıvan mühitinin yetirməsi şair və publisist Cavad Cavadlının poetik yaradıcılığını dərindən tədqiq edib, bu araşdırmaların nəticəsi olaraq “Ədəbiyyat və mətbuat cəbhəsində” monoqrafiyası ərsəyə gəlib. Tanınmış alimin yaradıcılığında Naxçıvan ədəbi mühiti ilə birbaşa və ya dolayısı ilə bağlı olan, bu diyarda yaradıcılığa başlamış Xalq şairi Məmməd Araz, Adil Babayev, Məmməd Cəfər, Abbas Zamanov, Əziz Şərif kimi tanınmış ədəbiyyat və sənət adamlarının tədqiqi də mühüm yer tutur.

Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərli “İsa Həbibbəyli yaradıcılığında Cəlilşünaslıq” mövzusundakı çıxışında qeyd edib ki, böyük satira ustası Cəlil Məmmədquluzadə XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biridir. Akademik İsa Həbibbəyli istər “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı fəlsəfə doktoru dissertasiyasında, istərsə də “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı doktorluq dissertasiyasında bu görkəmli satira ustası, “Molla Nəsrəddin”in yaradıcısı, demokrat yazıçının ədəbi portreti mühüm yer tutur. Təsadüfi deyil ki, İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi bu böyük maarifçi, tənqidi realizm nümayəndəsinin irsinin tədqiqinə və nəşrinə həsr olunub. Bu mövzuda görkəmli akademikin “Cəlil Məmmədquluzadə”, ”Zamanın dühası”, “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə”, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı bir-birindən qiymətli monoqrafiyaları, ümumilikdə, Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Mirzə Cəlil dövrünü Azərbaycan maarifçiliyinin xüsusi inkişaf mərhələsi kimi səciyyələndirən İsa Həbibbəyli dövrün məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu araşdıraraq belə bir düzgün nəticə çıxarır: ”Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik isə əsas qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu tamamlayan maarifçi fəaliyyət sahələri idi”.

Tədbirdə şair Həsənalı Eyvazlının “İsa Həbibbəyli və Naxçıvanda ədəbi tənqid”, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Şəhla Şirəliyevanın “İsa Həbibbəyli və Naxçıvan ədəbiyyatşünaslıq məktəbi”, “Nuh yurdu” qəzetinin redaktoru, şair Qafar Qəribin “Gənc ədəbi qüvvələrin yetişməsində İsa Həbibbəylinin rolu” mövzularında çıxışları dinlənilib. Cıxış edənlər yubilyarı təbrik edib, ona bundan sonrakı fədakar elmi-ictimai fəaliyyətində uğurlar arzulayıblar.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib. Naxçıvan ədəbi mühitinin dünəni və bu günü barədə söhbət açan akademik qeyd edib ki, ötən əsrin 40-50-ci illərində Naxçıvan ədəbi mühitində imzaları görünən Adil Babayev, İslam Səfərli, Nağı Nağıyev, Müzəffər Nəsirli, Məmmədəli Tarverdiyev, Əvəz Sadıq, Hüseyn Razi və başqaları Azərbaycan ədəbi mühitində yaxşı tanınan şair və yazıçılar kimi öz sözlərini deyiblər. Eləcə də müasir dövrdə Asim Yadigar, Həmid Arzulu, İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli kimi qələm sahibləri öz dəyərli bədii nümunələri ilə ədəbi mühitə töhfə verməyə çalışırlar. Akademik ədəbiyyat nümayəndələrinə gələcək fəaliyyətlərinin təşkili istiqamətində dəyərli tövsiyələr verib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra akademik 9 cilddə “Molla Nəsrəddin” jurnalını Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinə hədiyyə edib. Tədbirdə iştirak edən digər elm, sənət adamları da yubilyara öz təbriklərini çatdırıblar.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  20-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA