Ana səhifə »  Qəzetin pdf formatı »  Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
A+   Yenilə  A-
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır

2013-cü ildə xarici dairələrin Azərbaycanda həyata keçirmək istədikləri qarşıdurma layihəsinin nə üçün məhz “Milli Şura” adlandırılılmasının səbəbləri barədə qeyd etmişdim. Bu ad altında Azərbaycan dövlətçiliyinə savaş açan qüvvələri bir araya gətirməkdə məqsəd təkcə ölkəmizdəki sabitliyi deyil, həm də İstiqlal tariximizi hədəfə almaqdan ibarət idi. Layihə müəllifləri 1918-ci ildə, mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini elan edən Milli Şuranın xalqımızın qan yaddaşında dərin və silinməz izlər buraxdığını çox yaxşı başa düşür, bu şərəfli adı və tarixi “neo əliheydər qarayevlər”in ideoloji çətirinə çevirməklə istiqlal məfkurəmizi ƏLİ, vicdanı, niyyəti QARA olanların əliylə qaralamaq istəyirdilər. Amma olmadı, alınmadı... Layihə müəllifləri və icraçıları mühüm bir məqamı gözdən qaçırmışdılar: Məmməd Yusif Cəfərov, Əlimərdan Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov Paşa Sultanov, Məhəmməd Həsən Hacınski, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov, Rəhim bəy Vəkilov və digər İstiqlal qəhrəmanlarımızın yaratdığı Milli Şura ilə İstiqlalımıza qənim kəsilənlərin layihəsində yer alan Rüstəm İbrahimbəyov, Əli Kərimli, Cəmil Həsənli və digərlərinin “Milli Şura”sı arasındakı fərqi Azərbaycan xalqı çox yaxşı seçə bilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, 2013-cü ildə “Milli Şura” layihəsinin ideya müəllifləri və icraçıları ifşa olunsalar da, artıq 6 ildir ki, eyni “yol”un yolçuları bu addan əl çəkmək istəmirlər. “Milli Şura”ya “Şureyi Milli” deyənlər də həmçinin... Çünki ortalıqda bütün düşmənlərin əlinə oynayan bir “ideya” və “ideya”nı gerçəkləşdirmək üçün hər şeyə hazır olan ƏLİ QARA-lar var. Mən ölkədə sabitliyi pozmağa çalışan qüvvələrin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidd olaraq keçirmək istədikləri aksiya üçün 28 May meydanını təsadüfən seçmədiklərinə də şübhə etmirəm.

Onun sözlərinə görə, bu sıraya “Şureyi Milli” tör-töküntülərinin Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzinə çevrilmiş 20 Yanvar tarixində qarşıdurmaya cəhd göstərdikləri də əlavə edilsə, sistemli bir anti Azərbaycan, anti Dövlət, anti İstiqlal kampaniyasının həyata keçirildiyini müəyyən etmək olar.

Siyasi ekspert qeyd edib ki, 28 May meydanında razılaşdırılmamış aksiyaya cəhdin məhz oktyabrın 19-da, dövlət müstəqilliyimizin bərpasının növbəti ildönümünün ertəsi gününə “təsadüf etməsi” də şübhəsiz ki, təsadüfi deyil. Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır. Nə üçün indi? Bakı şəhərinin mərkəzində qarşıdurmaya çəhdin başqa səbəbləri də var, şübhəsiz. Birinci səbəb Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar, Dövlət Başçısının islahatları sabotaj edənlərə son xəbərdarlığı, “bəlkə də qaytardılar” ümidi ilə yaşayan yırtıcılara prosesin qarşısıalınmaz olduğunun xatırladılması və istər xaricdən, istərsə də daxildən dövlətimizin inkişafına qənim kəsilmiş yırtıcı ümidlərin alt-üst edilməsidir. İkinci səbəb isə Azərbaycanın strateji hədəfləri ilə bağlıdır. E.Mirzəbəylinin fikrincə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən zirvə toplantısında əldə olunan nəticələr, Özbəkistanın tamhüquqlu, Macarıstanın isə müşahidəçi statusu ilə Böyük Türk Birliyinə üzv olmaları, Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın ölkəsinin Şurada müşahidəçi statusu alması üçün Prezident İlham Əliyevə müraciət etməsidir. Bütün bunlar, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının böyük gələcəyi olan təşkilat kimi özünü təsdiq etməsi, regional əməkdaşlıq platforması olmaqdan çıxaraq daha geniş əraziləri əhatə etmək perspektivi və Azərbaycanın oynadığı mühüm birləşdirici rolu bu prosesə qısqanclıqla yanaşan çoxsaylı xarici qüvvələri və onların daxildəki nüfuz müvəkkillərini ciddi narahat edir.

“Təbii ki, bu prosesə, əldə olunan uğurlu nəticələrə kölgə salmaq üçün qarşıdurmaya cəhd göstərmək, öncədən təlimatlandırmış real və virtual qruplar, onların mediadakı əlaltıları vasitəsilə siyasi şoular yaratmaq, islahatlara və ölkəmizin strateji hədəflərinə qarşı dayanan qüvvələrin Azərbaycana qarşı təxribat və təzyiq kampaniyalarını körükləmək məqsədilə süni bəhanələr yaratmaq lazımdır. Niyyət ortalıqdadır! Başqa bir səbəb isə Azərbaycanın son dövrlərdə islahatçı ölkə kimi statusunun möhkəmlənməsi və beynəlxalq nüfuzunun artması ilə bağlıdır ki, bu da son nəticədə ölkəmizə güclü investisiya axının təmin olunmasına, Dağlıq Qarabağın Azərbaycandan qopardılması üçün ölkəmiz haqqında beynəlxalq müstəvidə yanlış təsəvvürlər formalaşdırmağa çalışan dairələrin təbliğatına qarşı tutarlı və əsaslı faktların meydana çıxmasına və təbii dövlət olaraq bütün müstəvilərdə əlimizin daha da möhkəmlənməsinə xidmət edir. Bu isə öz növbəsində Ermənistanı, işğalçı ölkənin himayəçilərini, Azərbaycanda geosiyasi və korporativ maraqları olan qüvvələri qane edə bilməz! Bu baxımdan, ilk baxışda hansısa radikal qrupların etirazı və qarşıdurmaya cəhdi kimi görünən, yaxud məqsədyönlü şəkildə belə təqdim edilən son olay əslində Azərbaycanın dövlət müstəqilliyinə, İstiqlal yaddaşımıza, strateji hədəflərimizə qarşı açılan savaşın tərkib hissəsidir”-, deyə siyasi ekspert vurğulayıb.

O qeyd edib ki, bu məkrli oyuna qarşı dayanmaq isə təkcə iqtidarın, müəyyən fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan dövlətçiliyi ilə bağlı bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən azsaylı müxalifət nümayəndələrinin, ekspertlərin, jurnalistlərin borcu deyil! Hədəfdə İstiqlalımızdır! Hədəfdə Milli Birliyimiz və bütövlüyümüzdür! Hədəfdə daha güclü Azərbaycandır! Hədəfdə Türk Dünyasının gələcəyidir! Bu oyunu pozmaq Azərbaycanı sevən hər kəsin borcudur! Heç kim bizi strateji hədəflərimizdən, yolumuzdan yayındıra bilməz!

 
  • Oxunub:  2280  |  
  • Tarix:  20-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA