Ana səhifə »  Qəzetin pdf formatı »  Belə təbliğat şəbəkəniz varsa
A+   Yenilə  A-
Belə təbliğat şəbəkəniz varsa

və ya
“Dinc mübarizə” adı ilə fürsət arayışı

 

AXCP sədri Əli Kərimlinin, özünü Milli Şura adlandıran qurumun çağırışı ilə dünən paytaxtın “28 may” metrostansiyası səmtində icazə verilməmiş mitinqə cəhd göstərildi.
Bəli, rəsmi qurumlar dəvət edib, xəbərdarlıq etmişdi, olacaqlara görə məsuliyyəti xatırlatmışdı, amma mitinq çağıranlar bunları bilə-bilə yenə cəhddə bulundular;
Bəli, mitinqin keçirilməsi üçün yer ayrılmışdı (mitinqdən öncə piketə də icazə verilmişdi) və təşkilatçılar səlahiyyətli qurumların mövqeyini bilirdi, ancaq, necə deyərlər, veclərinə almadılar və özlərinin elan etdikləri yerdə mitinq keçirməyə cəhd edib, qarşıdurma yaratdılar…
Radikallar illər öncə narıncı köynək geyər, narıncı qalstuk taxardı – çün bəzi yaxın-uzaq ölkələrdə siyasət müstəvisi narıncı boyanmışdı, o üzdən havaya girmişdilər. Sonra yenə yaxın-uzaq öl­kələrdə müəyyən siyasi təbəddülatlar yaşandı, siyasi mübarizə müstəvisində bəzi yeni şəkil­lənmələr oldu, onları Azərbaycan siyasətinə daşımaq istədilər, alınmadı, indi də, deyəsən, “Na­valni metdou” kimi alqıladıqları bir yöntəmə baş vurmaq istərlər, öz ağıllarınca. “Metod”, “üsul” qurtarmaz ki, sanki balalaya-balalaya gedir, bu tərəfdən də AXCP sədrinin siyasi ehtirası, intriqa azarı, gərginlik yaratmaq ilhamı tükənmək bilmir sanki.
Ən acınacaqlısı, Qarabağ kimi ümumxalq, dövlət maraqlarında, ölkəmizin qırmızı çizgisində 1 saylı yer tutan tarixi vəzifəyə münasibət baxımından da, sanki “bunlar Qarabağı öz siyasi mü­barizələrinə alətmi sanır?!“ dedirdəcək qədər bir durumdadırlar. Daha dəqiqini deyək: Qa­rabağla bağlı, şəxsən Ali Baş Komandanın, dövlətimizin, ordumuzun, əsgərimizin əzmi, iradəsi aydın ola-ola, sən dur de ki, iqtidar Qarabağı düşünmür və s… – Əstafürullah! – Əslində, bu, o deməkdir ki, “biz öz siyasi-ideoloji imkanlarımızla, siyasi keçmişimizlə, gələcəyə baxışımızla, sosial bazamızla bir şey edə bilmirik, ona görə də, Qarabağ mövzusunun ətəklərindən tutub iməkləyə-iməkləyə ayağa durmalıyıq”. Və ən başlıcası, az ya çox tərəfdarın, özəlliklə xaricdə havadarın, sözünü eşidənin, deyənin varsa, ən azı, ən azı o imkanları Qarabağ adına dərd-sərimizi dünyaya du­yurmağa niyə sərf etmirsən bəs? Niyə axı, niyə? – Sizə Qarabağı qaytarmağımız, Qarabağa qayıt­mağımızmı lazımdır, yoxsa, duyğu sümürgəsi yapmaqmı?
Guya bilmirdizmi, yaşanan gərginlikdən ölkəmizə qarşı istifadə edənlər olacaq? Sosial şəbəkəyə daraşmış tərbiyədən kəmlər söyüşün birini bir qəpikdən də uzuca endirim edib, fürsətkarlar ölkəmiz əleyhində ağızlarını köpükləndirməyə başlayıb... Olmazmı, ölkəmizə qarşı marıqda du­ranların əlinə bəhanə verməkdənsə, əlində olan imkanı bəhanələrin sıfırlanması üçün dövriyyəyə daxil edəsən. Sizlər necə vətənpərvərsiz?
İndi nooldu, nə qazandız? Şəhərin mərkəzində hərəkəti müəyyən vaxta iflic edib, beyni qan cavanları polislə qarşıdurmaya təhrik edib nəyə nail olduz?
Guya bilmirdiz ki, sosial bazanız neçə nəfərlə sınırlanır? Guya bilmirdizmi zatən qələbəlik bir yerdə, yeni qələbəlik yaratmaq siyasi ehtirası ilə təntənə mümkün olmur..?
Əlbəttə, hər nə qədər peşəkar davranış olsa da, qaça-qov ortamı yaratdınızsa, kiminsə burnu qanaya, kiminsə köynəyi cırıla, kiminsə ayağı əzilə və s. ola bilər; hərçənd biz qətiyyətlə belə şeyləri arzu etmədik, etmirik, etməyəcəyik də; lakin sizin “dinc mübarizə”, “dinc mübarizə” adı ilə fürsət arayışınızı kim görmür sanırsız? Çox təəsüflər ki, mitinq üçün ayrılmış yerlə razılaşmamanız, höcətiniz paytaxta lazımsız gərginlik yaşatdı, keçici də olsa, saxlanılanlar oldu və s. Axı nə qədər, xalqın iradəsindən, millətin adından danışacaqsız? Siz necə müxalifətsiz?
Adam, nə havaya girmisiz, nə aldanış içindəsiz, sizə noolub? – Bir özünüzə gəlin, siyasi nəfsinizə “tət!” deyin. İndi parlament seçkisidimi, prezident seçkisidimi? Ən yaxın seçki bələdiyyə seç­kisidir, o da dekabrda olacaq, buyurun namizdələrinizi verin, müvafiq qaydada seçin, seçilin. Heç bələdiyyə seçkisi üzrə də təbliğat mərhələsi başlamayıb hələ.
O zaman özünüzü gah həmkarlar təşkilatının, gah “DOST” Mərkəzinin yerinə qoymaqdansa, konsepsiya hazırlayın, proqram tərtib edin, normal siyasi mübarizə aparın. İnan mənə, tərəfdar toplamaq ehtirasınız da məhz o zaman (Anadolular demiş) yankı bular…
Baxın də, qərar sizindir; yalnız onu deyim ki, qərar yalnız beş hərfin müəyyən ardıcıllıqla yazılması, dil vərdişi səsləndirimə deyil, konkret tərifi olan bir yarğıdır, necə deyərlər, həyat fəlsəfəsinin möhkəm bir duracağıdır. – Kitablarda yazılır ki, “Qərar – alternativlərdən ən yax­şısının seçilməsidir”, “Qərar- sonuca bağlanması gərəkli olan bir problem üzrə düşünülərək, müzakirə edilərək verilən dəqiq, son yarğıdır”. – Yaxşı, siz hansı alternativləri götür-qoy etdiz, kimlərlə birgə qərar aldız, kimlərlə müzakirə etdiz də, “28 may” səmtinə mitinq qərarı verdiz? – Xəyali modelləşdirmə də apardız, “fotoşop” üsuli ilə Cəfər Cabarlı heykəli ətrafını doldurduz, özünüz də, deyəsən “28 Mall” balkonundan xalqa müraciət edəsi olduz, eləmi…
Nə üçün, bəylər, nə üçün? Bu Vətənə, bu xalqa hər şeyin ən yaxşısını yaraşdırmağa öyrədin özünüzü, gec olmadan. Bəlkə də sizlərçün çox gecdir, nə bilim..?
Əkbər QOŞALI

 
  • Oxunub:  1170  |  
  • Tarix:  20-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA