Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
A+   Yenilə  A-
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışının təminatına hesablanıb. “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Şərur rayonunun Muğanlı və Alışar kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Muğanlı kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 21-də Muğanlı kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, 224 yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər otaqları və idman zalı yerləşir. Laboratoriyalarda şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli şərait yaradılıb. Kitabxana fondunda 1086 dərslik və 2764 bədii ədəbiyyat olmaqla, 3850 kitab vardır. Zəngin təfəkkürə malik gənc nəslin yetişdirilməsində kitabxanaların əhəmiyyəti nəzərə alınıb, şagirdlərin maraq dairəsinə uyğun dövrləşmə aparılıb, ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılıb. Eyni zamanda yeddinci siniflər üçün “Naxçıvan tarixi” dərsliyi hazırlanaraq məktəblərə verilib.

Məktəbdə təhsilin informasiyalaşdırılması, internetə çıxışı olan 17 kompüterin və elektron lövhəli siniflərin istifadəyə verilməsi interaktiv tədrisin tətbiqinə, şagirdlərdə innovativ düşüncənin formalaşdırılmasına, gənc nəslin müasir, intellektual və savadlı yetişməsinə imkan verəcəkdir. Elektron lövhəli siniflərdə Hüseyn Cavidin Ev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs, o cümlədən elektron dərsliklərdən istifadə imkanları nümayiş olunub.

Bildirilib ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir. Son 5 ildə məktəbin məzunlarından 9-u dəqiq elmlər üzrə ali təhsillərini davam etdirirlər. Məktəbin fizika müəllimi Aybəniz Seyidova yaradılan şəraitə görə minnətdarlıq edib.

Gənclərin əqli inkişafında, onların asudə vaxtlarının səmərəli təşkilində və dəqiq elmlərə yönləndirilməsində şahmatın mühüm rolu vardır. Məktəbdəki şahmat sinfi lazımi avadanlıqlar və dərsliklərlə təmin edilib.

İdman zalında yaradılan şərait, eləcə də məktəbin həyətində açıq idman qurğularının istifadəyə verilməsi şagirdlərin fiziki tərbiyəsində mühüm rol oynayacaqdır. Hərbi kabinə şagirdlərdə həm vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, həm də onların hərb sənətinə marağının artırılmasına hesablanıb.

Sonra məktəbin müəllimləri ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Bununla yanaşı 2018-ci ildən etibarən müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilib. Müəllimlərin əməyi də daim yüksək qiymətləndirilib, muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si Azərbaycan Respublikasının Əməkdar müəllimi, 187-si Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb, 108-i isə “Tərəqqi” medalı ilə təltif edilib. Həyata keçirilən kompleks quruculuq tədbirləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilib. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Muğanlı kənd tam orta məktəbinin müəllimi Gözəl Rəhimli deyib: “Məktəbdə yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Muxtar respublikada gənclərin ali təhsil almaları, işlə təmin olunmaları üçün gözəl şərait yaradılıb. Bunun nəticəsidir ki, mən də 2014-cü ildə 536 balla Naxçıvan Dövlət Universitetinin tarix ixtisasına qəbul olunmuş və həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişəm. Arzum müəllim işləmək idi. Gənc müəllimlərin işlə təmin olunması ilə bağlı keçirilən müsabiqədə iştirak etdim və tarix fənni üzrə 71 bal toplayaraq Şərur rayon Muğanlı kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Təhsilə və muxtar respublika gəncliyinə göstərdiyiniz diqqət və qayğıya görə bütün gənc müəllimlər adından minnətdarlığımızı bildiririk. Əmin edirik ki, yaradılanları qoruyacaq, onlardan səmərəli istifadə edəcək, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaq, etimadı doğruldacağıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğanlı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muğanlı kənd tam orta məktəbinin yaxşı təhsil ənənələri vardır. Məktəb öz nailiyyətləri ilə daim seçilib. Ötən tədris ilindəki nailiyyətləri onu deməyə əsas verir ki, bu gün də məktəbdə ənənələr yaşadılır, nizam-intizama, tədrisin səviyyəsinə xüsusi diqqət yetirilir.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının tərkib hissəsi kimi muxtar respublikada da bu sahənin inkişafı diqqətdə saxlanılır, məktəblər yenidən qurulur, müasir tədris avadanlıqları ilə təmin olunur, müəllim hazırlığı aparılır. Ümumtəhsil məktəbləri ilə yanaşı, orta ixtisas və ali təhsil məktəblərində də gənclərin təhsili üçün hərtərəfli şərait yaradılır, tələbata uyğun yeni ixtisaslar açılır. Bütün bunlar ölkəmizdə təhsil sahəsində həyata keçirilən işlərə nümunədir.

“Təhsil ölkənin gələcəyidir. Hər bir ölkənin gələcəyini görmək üçünsə ilk növbədə onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki vətənpərvər və təhsilli gənclik ölkənin etibarlı gələcəyidir. Ölkəmizdə təhsilə göstərilən qayğının əsas məqsədi də gələcəyimiz üçün təhsilli və vətənpərvər gənclər hazırlamaqdan ibarətdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, təhsilin inkişafında müəllim hazırlığı, onların fəaliyyətləri üçün yaradılan şərait və əməklərinə verilən qiymət mühüm əhəmiyyətə malikdir. Bu məsələ ölkəmizdə diqqət mərkəzində saxlanılır, müəllimlərin əməkhaqları artırılır. 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində muxtar respublikanın 12 müəlliminin ölkəmizin medal, eləcə də Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunması bunu bir daha təsdiq edir. Yaradılan şərait imkan verir ki, müəllimlər daha səylə çalışaraq gələcəyimiz olan gəncləri hərtərəfli hazırlasınlar.

Ali Məclisin Sədri deyib: Gənclərin müxtəlif peşə sahələrinə yönləndirilməsi məktəbin qarşısında duran əsas vəzifədir. Çünki məktəbi bitirən hər bir gənc mütləq bir peşə sahibi olmalıdır. Bugün muxtar respublikanın bütün ərazisində internetə çıxışın təmin edilməsi, “Evədək optika” layihəsinin icrası həm də gənclərin hərtərəfli inkişafına hesablanmışdır. Dərslərin qavrama yolu ilə öyrədilməsi şagirdlərin intellektual inkişafında vacib məsələdir. Muğanlı kənd tam orta məktəbindəki elektron lövhələr, laboratoriyalar, fənn kabinələri, internetə çıxışı olan kompüterlər, kitabxana imkan verir ki, müəllimlər dərsləri qavrama yolu ilə öyrətsinlər.

Muğanlı kənd tam orta məktəbinin son beş ildəki nailiyyətlərinin muxtar respublikanın ümumi orta göstəricisindən yüksək olduğunu qeyd edən Ali Məclisin Sədri kollektivə təşəkkür edib, məktəbin təhsil ənənələrinin bundan sonra da qorunub saxlanacağına əminliyini bildirib.

Binanın həyətində bufet və fərdi qazanxana tikilib, abadlıq işləri aparılıb, yaşıllıq salınıb.

Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir

Oktyabrın 21-də Muğanlıda kənd mərkəzinin də açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, kitabxana və zal yerləşir. Kitabxana fondunda 2811 kitab vardır. Baytarlıq məntəqəsi soyuducu və dərmanlarla təmin edilib.

Kənddə yeni poçt bölməsi yaradılıb. Rabitə evində poçtun fəaliyyəti üçün bütün tədbirlər görülüb, eyni zamanda 192 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb.

Yeni Azərbaycan Partiyası Muğanlı kənd ərazi ilk təşkilatının sədri Asəf Babayev deyib: Muğanlı müasir inkişaf dövrünü yaşayır. Kənddə istifadəyə verilən sosial obyektlər sakinlərin razılığı ilə qarşılanır. Partiya üzvlərinin sayı ilbəil artır. Hazırda ərazi ilk təşkilatının 79 üzvü vardır ki, onların da 37-si gənc, 21-i isə qadındır.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə edilməsi və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tapşırıqlar verib.

Binanın həyətində də abadlıq işləri aparılıb.

Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb

Muxtar respublikada iqtisadi inkişafın təmin olunması həm də səhiyyə quruculuğunun genişlənməsinə, o cümlədən tibbi xidmətin keyfiyyətinin artırılmasına səbəb olub. Kəndlərdə müasir həkim ambulatoriyalarının tikilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Oktyabrın 21-də Muğanlı kənd həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıb. Bildirilib ki, ambulatoriyada 8 otaq - baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptek yerləşir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi elektroterapiya və ultrasəslə, eləcə də ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilib.

Tibb bacısı Samirə Məmmədova yaradılan müasir iş şəraitinə görə minnətdarlıq edib, insanların sağlamlığının qorunmasında səylərini artıracaqlarını bildirib.

Ali Məclisin Sədri əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi vacibliyini qeyd edib, ambulatoriyanın imkanlarından səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.

Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub

Yol infrastrukturu muxtar respublikada aparılan quruculuq işlərinin əsasını təşkil edir.

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğanlı-Alışar kənd yolunun açılışını edib.

Bildirilib ki, 11,5 kilometr uzunluğundakı yolun yatağı genişləndirilərək yenidən qurulub, asfalt örtük salınıb. Həmçinin 4 kilometrlik yolda təmir işləri görülüb, qum-çınqıl qatı verilib. Tikinti işləri aparılarkən yolun üzərində 31 su keçidi qoyulub, 773 metr beton kanal çəkilib.

Muğanlıda xidmət mərkəzi istifadəyə verilib

Oktyabrın 21-də Muğanlı kəndində xidmət mərkəzinin açılışı olub.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilib ki, 6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Burada ailə təsərrüfatları tərəfindən istehsal olunmuş 62 adda məhsul satışa çıxarılıb.

Xidmət mərkəzində işlə təmin olunan dərzi Dünya Ələkbərova gənclərin peşə sahibi olması, eləcə də işlə təminatı sahəsində görülən işlərə görə minnətdarlıq edib.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Muğanlı kəndi ölkəmizin abad yaşayış məntəqələri sırasına daxil oldu. İstər təsərrüfat, istərsə də təhsil sahəsində kəndin yaxşı ənənələri vardır. Bu ənənələr bugün də davam etdirilir. Kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun istifadəyə verilməsi, poçtun fəaliyyətə başlaması kəndin inkişafına və sakinlərin rahat yaşayışına xidmət edir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Muğanlı kəndinin bərəkətli torpaqları vardır. Sakinlər bu imkanlardan istifadə edərək torpaqları əkməli, təsərrüfatları genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər. Kənddə tikilib qurulanlar qorunub saxlanılmalı, abadlıq işləri davam etdirilməlidir.

“Muğanlı kəndində yaradılan şərait dövlətin öz vətəndaşlarına, kənd yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğıya bir nümunədir”, - deyən Ali Məclisin Sədri sakinləri təbrik edib, onlara firavan həyat arzulayıb.

Kənd ağsaqqalı, Azərbaycan Respublikasının Əməkdar müəllimi İsa Hüseynov Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “1995-ci ildə deputatlığa namizəd kimi seçicilərlə ilk görüşünüz Muğanlı məktəbində olub. O vaxtdan 24 ildən artıq zaman keçir. Həmin dövrdən başlayaraq Naxçıvan Muxtar Respublikası inamla, uğurla inkişaf edib. Bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. İşıqlı gələcəyə gedən yol təhsildən keçir. Açılışı olan məktəb müəllim və şagirdlərin böyük sevincinə səbəb olub. Kənd və xidmət mərkəzləri, eləcə də həkim ambulatoriyası tikilib istifadəyə verilib, abadlıq işləri aparılıb. Kanallar təmizlənib, elektrik və qaz xətləri, rabitə sistemi yenilənib. Yollara asfalt örtük verilib. Ötən illərdə kənddə nasos stansiyası və 4 artezian quyusu işə salınıb. Bununla da kənd zəhmətkeşləri taxıl, qarğıdalı, tərəvəz məhsulları və yoncadan yüksək məhsuldarlıq əldə edirlər. Maldarlıqdan və heyvandarlıqdan da yaxşı gəlir götürürlər. Görülən işlərə görə kənd ziyalıları, kənd ağsaqqalları adından minnətdarlığımızı bildiririk”.

X X X

Muğanlı kəndində rabitə, elektrik, qaz və su xətləri yenilənib, 2140 metr fiberoptik, 3400 metr yeraltı kabel xətti, 5609 metr hava rabitə xətləri çəkilib. Eyni zamanda 5350 metr elektrik xətti çəkilib, 2 yeni transformator quraşdırılıb. 3626 metr qaz xəttində isə yerdəyişmə və təmir işləri aparılıb, 2800 metr uzunluğunda suvarma arxı, 5900 metr kollektor lildən təmizlənib, 290 metr qapalı drenaj xətti çəkilib.

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib. Kənd və xidmət mərkəzlərinin inşa olunması, yolun yenidən qurulması Alışarın quruculuq xəritəsini tamamlayıb.

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar Kənd Mərkəzinin açılışını edib.

Bildirilib ki, bir mərkəzdən idarəetmənin təşkilində kənd mərkəzlərinin mühüm rolu vardır. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, 4400 kitab fondu olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika işçisi üçün otaq və zal vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti təmin edilib, 384 nömrə tutumlu yeni ATS quraşdırılıb. Kənddə 67 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 204 üzvü vardır ki, onlardan 40-ı qadın, 39-u isə gəncdir.

Feldşer-mama məntəqəsi üçün binada 4 otaq ayrılıb. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, ilkin tibbi yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlarla təmin edilib.

Tibb bacısı Səadət Murtuzayeva minnətdarlıq edərək deyib ki, əvvəllər şəraiti olmayan binada fəaliyyət göstərirdik. Xidmətin təşkilində çətinliklər yaranırdı. Lakin bu gün feldşer-mama məntəqəsi üçün ən müasir şərait yaradılıb. Bu da imkan verəcəkdir ki, səhiyyə işçiləri sakinlərə hərtərəfli xidmət göstərsinlər.

Alışar kəndində xidmət mərkəzinin açılışı olub

Həmin gün Alışar kəndində xidmət mərkəzi istifadəyə verilib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Kənddəki ailə təsərrüfatlarında istehsal olunan 80 adda məhsul alıcılara təklif olunur. Mərkəzdə 6 nəfər işlə təmin olunub.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri Alışar kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Vaxtilə kənddə məktəb binası inşa olunmuşdur. Quruculuq işlərinin davamı olaraq bu gün kənd və xidmət mərkəzləri, eləcə də avtomobil yolu istifadəyə verilir. Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi, mövcud sabitlik və inkişaf bu tədbirlərin həyata keçirilməsinə imkan verir. Bu gün kənd sakinlərindən 204-ü Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiya üzvləri sırasında gənclər çoxluq təşkil edir. Tikilənlər, qurulanlar sakinlərin rahat yaşayışı üçündür. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunması, kəndin daha da inkişafı sakinlərin üzərinə düşən vəzifədir.

Alışar kənd sakinləri adından minnətdarlıq edən İsmayıl Xəlilov deyib: “2004-cü ildə Alışar kənd tam orta məktəbi üçün yeni bina tikilib. Neçə illərdir ki, bu kəndin uşaqları müasir məktəb binasında təhsil alırlar. Bu gün isə Alışarda kənd mərkəzi, xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilir. Kəndimiz öz simasını tamamilə dəyişib. Elektrik xətləri yenilənib, rabitə və qaz xətləri dəyişdirilib, ən əsası isə kənd yolu yenidən qurulub. Artıq kəndimizin şəhərdən heç bir fərqi yoxdur. Bu il “Ailə təsərrüfatları ili”dir. Alışar kəndinin sakinləri də zəhmətkeş, torpağa bağlı insanlardır. Kənd camaatının əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Bizə verilən pay torpaqlarını əkir, vaxtlı-vaxtında suvara bilirik. Bunlar hamısı kənd sakinlərinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Biz də çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, yaxşı məhsul əldə edək, ölkəmizin inkişafına töhfə verək”.

X X X

Alışar kəndində abadlıq işləri də aparılıb, 450 metr fiberoptik, 8 min metrdən artıq rabitə, 3050 metr hava elektrik xətti çəkilib, 5886 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb, 4800 metr uzunluğunda suvarma arxı və 9800 metr kollektor lildən təmizlənib.

 
  • Oxunub:  1890  |  
  • Tarix:  21-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA