Ana səhifə »  Qəzetin pdf formatı »  Zəfərin Komandanı
A+   Yenilə  A-
Zəfərin Komandanı

“Qarabağ Azərbaycandır!” hərəkatının əsas istinadgahı YAP gəncləri olacaq
“Qarabağ Azərbaycandır və nida işarəsi”.
İki həftədən artıqdır ki, ölkənin hər yerində - kəndlərdə, rayonlarda, şəhərlərdə böyüklü-kiçikli hamı qürurla Azərbaycan Prezidentinin bu tarixi ifadəsini səsləndirir və artıq bu fikir devizə, hərəkata çevrilməkdədir.
Cənab İlham Əliyevin böyükdən-kiçiyə hər kəsi qürurlandıran bu bəyanatı Azərbaycan gəncliyini də səfərbər edib. Ölkənin aparıcı qüvvəsi sayılan gənclik “Qarabağ Azərbaycandır!” hərəkatının fəal dəstəkçisinə çevriliblər. Görünən odur ki, tezliklə bu hərəkat möhtəşəm sarsılmaz birlik kimi formalaşıb cənab İlham Əliyevin hücum diplomatiyasına, müstəqil və qətiyyətli siyasətinə dəstək verəcək.
Hər zaman Azərbaycan gənclərinin böyük hamisi olan cənab Prezidentin son iki həftə ərzində beynəlxalq toplantılarda səsləndirdiyi bəyanatlar həm səngərdəki əsgərin döyüş ruhunu, qələbə əzmini, həm də ölkə gəncləri arasında həmrəyliyi, milli ruhu daha da yüksəldib.
Bu gün istənilən məclisdə, toplantıda cənab İlham Əliyevin beynəlxalq forum və konfranslarda Ermənistanın işğalçılıq siyasətini ifşa edən bəyanatları müzakirə mövzusuna çevrilib. Hər kəs birmənalı şəkildə vurğulayır ki, dövlət başçısının “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı təkcə işğalçıya deyil, həm də beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmış mesajdır.
Əgər diqqət etsək görərik ki, həm Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, həm MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında, həm də Bakıda reallaşan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə səsləndirdiyi fikirləri, bəyanatları ilə Prezident İlham Əliyev Ermənistanın dövlət siyasətinin faşizmə dəstək verən işğalçı, terrorçu siyasət olduğunu dünyaya nümayiş etdirdi.
Öncə cənab Prezident Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən “qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” sərsəm iddiasına “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri ilə tutarlı cavab verdi. Siyasətdə naşı, sərsəm bəyanatları ilə ad çıxarmış Paşinyanın replikalarına təmkinlə reaksiya verən cənab İlham Əliyev özünün yüksək mədəniyyətə sahib olduğunu Rusiyada bir daha hər kəsə göstərdi. Xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığına sahib olan Azərbaycan Prezidenti Ermənistan baş nazirinin sözlərinin, doğrudan da sayıqlama olduğunu, həddini aşdığını dəqiqliklə əsaslandırdı. Bəlkə də N.Paşinyanın özü orada olsaydı belə, etiraz etməyə söz tapmayacaqdı.
Cənab İlham Əliyevin vurduğu tərs şillədən hələ tam ayılmayan Ermənistanın baş naziri cəmi bir həftə sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında daha bir zərbə aldı. Bu dəfə Azərbaycan Prezidenti dünyanın diqqətinə çatdırdı ki, Ermənistan faşizmi dövlət səviyyəsində təbliğ edir. Faşizmə dəstək verən erməniyə abidə ucaldan Ermənistan Azərbaycanla bağlı da faşist siyasəti yürüdür. Ona görə də bu ölkəyə dəstək olmaq faşizmə, nasizmə dəstək olmaqdan başqa bir şey deyil. Bununla da cənab Prezident Azərbaycanın indiyədək apardığı mübarizəni işğalçı dövlətin terror rejiminə qarşı mübarizə kimi qiymətləndirdi. Azərbaycan Prezidentinin söylədiyi fikirlərə N.Paşinyanın seyrçi mövqe nümayiş etdirməsi isə cənab İlham Əliyevin söylədiklərinin həqiqət olduğunu dünyaya nümayiş etdirdi.
Cəmi 4 gün sonra Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə isə Azərbaycan Prezidenti bir daha Ermənistanın işğalçı siyasətini türk dünyasına bəyan etdi və eyni kök, eyni soydan olan ölkələrə səslənərək bildirdi ki, dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.
Prezident İlham Əliyevin bu bəyanatları dövlət başçısını birmənalı şəkildə dəstəkləyən ölkə əhalisinin münaqişənin həllinə əminlik hissini daha da möhkəmləndirdi. Çünki bu mesajlar Azərbaycanın dəyişməz mövqeyinin real təzahürü idi. Hər kəs dövlət başçısı ilə qürur duydu və xalq bir daha əmin oldu ki, cənab Prezidentin işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı qətiyyətli siyasəti dəyişməzdir.
Əlbəttə ki, Prezidentin hər üç qətiyyətli bəyanatı, Ermənistan hakimiyyətinin yürütdüyü siyasəti ifşa edən fikirləri istər ölkədə, istərsə də Azərbaycandan kənarda olan hər bir gənc üçün əsl örnək və nümunədir. Yaşadığı məkandan asılı olmayaraq istənilən gənc ermənilərin saxta iddialarına, təxribat xarakterli bəyanatlarına həmişə cənab Prezident kimi belə kəskin cavablar verməli, onları susdurmalıdır. Azərbaycan gəncliyi dövlət başçısının müdrik xarici siyasətindən nümunə götürməli, erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır.
Əminliklə deyə bilərəm ki, hər zaman Prezident İlham Əliyevin mütərəqqi, qətiyyətli siyasətinə dəstək olan, Azərbaycanın davamlı, dayanıqlı inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri yeni yaranan “Qarabağ Azərbaycandır!” hərəkatının ən fəalları olaraq hərzamankı kimi ön cərgədə irəliləyəcəklər. Prezident İlham Əliyevin ətrafında sıx birləşən YAP gəncləri bu hərəkata öz töhfəsini vermək üçün əllərindən gələni əsirgəməyəcəklər.
Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü

 
  • Oxunub:  1800  |  
  • Tarix:  22-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA