Ana səhifə »  Qəzetin pdf formatı »  Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi
A+   Yenilə  A-
Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi

Dayanıqlı inkişaf siyasətinin hazırlanması üçün əhaliyə dair demoqrafik, iqtisadi və sosial əlamətlər üzrə ən dolğun məlumatlar məhz əhalinin siyahıyaalınması yolu ilə əldə edilə bilər
Məlum olduğu kimi, demoqrafiya siyasəti dövlətin sosial siyasətinin əsasını təşkil edir. Bu baxımdan Azərbaycanda da demoqrafiya sahəsində dövlət siyasətinin əsas məqsədi dövlətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq demoqrafik prosesləri sürətləndirərək əhali artımını təmin etməkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin effektivliyinin öyrənilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyəsi ilə hər 10 ildən bir əhalinin siyahıyaalınması keçirilir.
Ümumiyyətlə, BMT-nin müəyyənləşdirdiyi tərifə görə, siyahıyaalma - hər hansı bir ölkədə və ya ölkənin müəyyən edilmiş ərazisində yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların vaxtaşırı toplanması, ümumiləşdirilməsi, təhlili və ictimaiyyətə açıqlanması prosesidir. Siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, adbaad, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Sorğu yolu ilə əldə olunmuş məlumatların ümumiləşdirilmiş yekunlarından iqtisadi təhlillərdə, sosioloji tədqiqatlarda geniş istifadə olunur.
Dünya üzrə siyahıyaalmanın tarixi XVII əsrə gedib çıxır
Siyahıyaalmalardan bəhs edərkən bu mühüm statistik tədbirin tarixinə qısa nəzər salmağı məqsədəuyğun hesab edirik. Beləliklə, ilk sistemsiz siyahıyaalmalar eramızdan əvvəl 2000-ci illərdə Çin və Misirdə baş tutub. Roma imperiyasında siyahıyaalma bir az daha tənzimlənmiş qaydada aparılıb. O dövrlərdə siyahıyaalmanın məqsədi orduya çağırılacaq şəxsləri və müharibə şəraitində kimin vergi ödəyəcəyini müəyyən etmək olub.
Müasir tərifi ilə ilk sistematik siyahıyaalma isə İsveçdə keçirilib. Belə ki, 1749-cu ildə İsveçdə keçirilən siyahıyaalma dünyada əhalinin sayını və xüsusiyyətlərini təyin etmək üçün aparılan ilk siyahıyaalma hesab edilir. İsveçdən sonra 1760-cı ildə Norveçdə, 1769-cu ildə Danimarkada əhalinin siyahıyaalınması baş tutub. ABŞ-da ilk siyahıyaalma 1790-cı ildə, Fransa və İngiltərədə ilk siyahıyaalma 1801-ci ildə, Türkiyədə isə 1927-ci ildə keçirilib. Rusiyada 1801-ci ildə siyahıyaalma keçirilsə də, ilk geniş siyahıyaalma, demək olar ki, dünyanın digər dövlətlərinə nisbətən bir əsr gecikmə ilə baş verib. Bu siyahıyaalma 9 fevral 1897-ci ildə məşhur coğrafiyaşünas V. Tyanşanskinin rəhbərliyi ilə aparılıb.
Dünya miqyasında və digər bir çox Avropa ölkəsində hər 10 ildən bir siyahıyaalma reallaşdırılsa da, Azərbaycanın da uzun illər tərkibində olduğu keçmiş SSRİ-də əhalinin siyahıyaalınması nizamsız olub və çox fərqli illərdə keçirilməsi ölkələr arasında aparılan müqayisə və demoqrafik təhlilləri çətinləşdirib. Belə ki, SSRİ-nin qurulmasından SSRİ-nin dağılmasına qədər cəmi 7 siyahıyaalma aparılıb: 17 dekabr 1926, 6 yanvar 1937, 17 yanvar 1939, 15 yanvar 1959, 15 yanvar 1970, 17 yanvar 1979 və 12 yanvar 1989-cu illərdə.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda 3 dəfə əhalinin siyahıyaalınması baş tutub
Azərbaycan Respublikası müstəqillik əldə etdiyi 1991-ci ilin 18 oktyabrından sonrakı dövrdə 3 dəfə əhalinin siyahıyaalınması baş tutub. Azərbaycanda əhalinin birinci siyahıyaalınması 1999-cu, ikincisi 2009-cu ildə, üçüncüsü isə Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanı ilə 2019-cu il oktyabr ayının 1-dən 10-dək keçirilib.
Beləliklə, məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə əldə edilən sabitlik və inkişaf sayəsində müstəqil Azərbaycanda 1999-cu ildə ilk dəfə əhalinin siyahıyaalınması baş tutub. Belə ki, 1989-cu ildə SSRİ-də keçirilən siyahıyaalmadan 10 il sonra müasir statistika tariximizdə ilk dəfə əhalinin dövlət səviyyəsində siyahıyaalınması Ulu Öndərin “1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1996-cı il 22 fevral tarixli Sərəncamı əsasında həyata keçirilib. Həmin siyahıyaalmanın nəticəsinə görə, Azərbaycanın əhalisi 7 953 438 nəfər olub.
Sürətlə inkişaf edən müasir Azərbaycanda əhali haqqında geniş və dolğun məlumatların əldə edilməsi məqsədilə əhalinin ikinci siyahıyaalınması Prezident İlham Əliyevin 2006-cı il 7 iyun tarixli Fərmanına əsasən, 2009-cu il aprelin 13-22-də keçirilib. Həmin vaxt keçirilən əhalinin ikinci siyahıyaalınması zamanı sorğu anketinə 35 sual daxil edilib ki, onlardan 29-u vətəndaşın özü, 6-sı isə onun mənzil şəraiti ilə bağlı olub. Siyahıyaalınma prosesini 24483 nəfər işçi həyata keçirib. Həmin siyahıyaalma zamanı Azərbaycanın əhalisi 8 922 447 nəfər olaraq qeydə alınıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2009-cu ildə keçirilən siyahıyalınma dövründən keçən 10 il ərzində ölkəmizdə əhalinin sayı 1 milyon 84 min 500 nəfər artıb.
Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması uğurla başa çatıb
Ölkəmizdə, bu mühüm dövlət tədbirinin əsas icraçısı kimi növbəti dəfə əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə olunub. Əhalinin siyahıyaalınması üzrə hazırlıq prosesi çərçivəsində ötən il Qəbələ rayonunda sınaq siyahıyaalınması baş tutub və bu zaman 50-yə yaxın metodoloji sənəd sınaqdan keçirilib, həmin metodoloji sənədlər, siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu ilə razılaşdırılaraq təsdiq edilib. Bununla belə, inzibati ərazi vahidləri üzrə təşkilati planlara görə siyahıyaalmanı ölkə ərazisində yaradılan 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsində fəaliyyət göstərən 42 844 nəfər aparıb.
Sayca 3-cü olan bu siyahıyaalmanın digərlərindən fərqi odur ki, BMT-nin tövsiyələrinə əsasən, Azərbaycanda ilk dəfə siyahıyaalınma prosesində həm mənzil fondu, həm də əhalinin sayının siyahıya alınması nəzərdə tutulub, sorğu vərəqəsində 46, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb.
Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsi isə siyahıya alınan hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli və ya etnik mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaq.
DSK-nın son məlumatına görə, ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb. Bundan sonra ilin sonunadək təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların DSK Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Həmin proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvarından etibarən həmin məlumatların DSK-da xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.
Habelə siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda, siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb.
Statistik məlumatların hazırlanmasında əhalinin siyahıyaalınması mühüm əhəmiyyət kəsb edir
Yeri gəlmişkən, qeyd edək ki, oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrindəki sualları cavablandırıb. Siyahıyalmanı hər bir ölkə üçün çox önəmli tədbir kimi qiymətləndirən dövlət başçısı Azərbaycanda da siyahıyaalınma tədbirlərinin müntəzəm olaraq keçirildiyini xüsusi qeyd edib: “Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir”.
Qeyd olunduğu kimi, ilk dəfə olaraq siyahıyaalınmaya sosial statusla bağlı məsələlərin daxil edilməsi, eyni zamanda siyahıyaalınmada Strateji Yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı sualların da nəzərə alınması mühüm əhəmiyyət kəsb edən məqamlardır.
Onu da xatırladaq ki, Azərbaycan 2015-ci ildə BMT-nin üzvü olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Eyni zamanda, “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanına əsasən, Azərbaycan üçün əhəmiyyət kəsb edən, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilər ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verir.
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə statistikanın təşkili sahəsində beynəlxalq təcrübə də sübut edir ki, hazırda göstəricilər üzrə yüksəkkeyfiyyətli statistika məlumatlarının ev təsərrüfatlarında aparılan sorğu yolu ilə əldə olunması hələ də aktualdır. Belə ki, siyahıyaalmanın gedişində şəxslər barədə əldə edilən məlumatlar dəqiq müəyyən edilən vaxta (siyahıyaalma anına) aid olur, fərdlərin, ev təsərrüfatlarının və yaşayış vahidlərinin ümumi sayı barədə məlumatların əldə edilməsi təmin edilir.
Sonda qeyd etmək yerinə düşər ki, DİM göstəriciləri əhalinin siyahıyaalınmasının keçirilməsi üçün nəzərdə tutulan sorğu anketlərinin məlumatlardan birbaşa əldə edilir. Bu kontekstdə DİM-ə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların hazırlanmasında əhalinin siyahıyaalınmasının rolu mühüm əhəmiyyət kəsb edir. Bu halda demək olar ki, dayanıqlı inkişaf siyasətinin işlənib hazırlanması üçün əhali haqqında ən dolğun məlumatlar məhz əhalinin siyahıyaalınması yolu ilə əldə edilə bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə
müsabiqəyə təqdim etmək üçün

 
  • Oxunub:  2370  |  
  • Tarix:  22-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA