Ana səhifə »  Qəzetin pdf formatı »  Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
A+   Yenilə  A-
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri iclasda çıxış edib
Oktyabrın 21-də Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda PARŞ-ın Baş Assambleyasının dekabrın 16-da keçiriləcək iclasına hazırlıq məsələləri və Baş Assambleya tərəfindən növbəti 4 il üçün qəbul ediləcək Siyasi Sənəd müzakirə olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, AHİK-in sədri, Milli Məclisin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev iclasda çıxış edib.

S.Möhbalıyev çıxışında həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı təşkilati işlər və gənclərlə aparılan iş, onların problemləri və həmkarlar ittifaqları olaraq bu sahələrdə görüləcək və həyata keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, hazırki şəraitdə beynəlxalq aləmdə bəzi istisnalar olmaqla həmkarlar ittifaqlarının boy artımı ciddi problem olaraq qalmaqdadır. Təbii ki, bunu həll etmək üçün ilk növbədə həmkarlar ittifaqlarının yaradılması və fəaliyyəti əsas şərt olaraq qalmaqdadır. Heç kimə sirr deyildir ki, işəgötürənlər həmkarlar ittifaqlarının yaradılmasına o qədər də isti münasibət bəsləmirlər. Özəl və xarici sərmayə ilə çalışan müəssisələr, o cümlədən transmilli kompaniyaların rəhbərləri həmkarlar ittifaqı təşkilatı yaratmaq təşəbbüsü ilə çıxış edən işçilərə bütün vasitələrdən istifadə edərək təzyiq göstərməyə çalışırlar. Belə işçiləri iş yerlərini dəyişməklə və ya tamamilə işdən azad etməklə hədələyirlər. Hazırki şəraitdə işçi üçün iş yerinin itirilməsinin nə demək olduğunu isə biz həmkarlar ittifaqları olaraq çox yaxşı bilirik. Məhz bu baxımdan biz çalışmalıyıq ki, həmkarlar ittifaqları yaradılarkən işçilər bundan az zərərlə çıxsınlar.

Qeyd olunub ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özəl, birgə müəssisələrlə və transmilli kompaniyalarla həmkarlar ittifaqlarının yaradılması ilə bağlı iş apararkən Beynəlxalq Əmək Təşkilatının 87, 98 saylı konvensiyalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına istinad edir. AHİK sədri həmkarlar ittifaqları üçün daha bir vacib məsələyə - gənclərlə aparılan işlərdə həmkarlar ittifaqlarının yeri və rolu ilə bağlı məsələyə toxunub. Hesab edib ki, gənclərin hüquq mənafelərinin müdafiə olunması, gənclərə həmkarlar ittifaqlarının mövcudluğunun, təyinatının, vəzifələrinin zəruriliyinin təbliği, onların həmkarlar ittifaqı üzvlüyünə cəlbi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarına riayət olunması Həmkarlar İttifaqlarının gənclər siyasətinin əsasını təşkil etməlidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gənclər siyasətinin həyata keçirilməsində və gənc əməkçilərin hüquqlarının qorunmasında gördüyü işlər və qarşısında duran vəzifələri özünün Məclisində (2005-ci il 2 iyul) geniş müzakirə etmiş, gənclər siyasəti konsepsiyasını və proqramını qəbul etmişdir. Hazırda bu Konsepsiya və proqrama uyğun olaraq işlər davam etdirilir.

Səttar Möhbalıyev deyib: “Çox təəssüf ki, bu gün dünya iqtisadiyyatının bazar münasibətləri şəraitində gənclərin sosial iqtisadi vəziyyəti bir qədər pisləşib. Bu səbəbdən də həmkarlar ittifaqları gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin gücləndirilməsinə çalışmalıdır. Pan Avropa Regional Şurası bu məsələdə öz imkanlarından istifadə edərək maarifləndirici işlərinin coğrafiyasını genişləndirməyə səy göstərməlidir. Doğrudur, 2012-ci ildən AHİK-in maliyyə dəstəyi ilə region ölkələri gənclərinin iştirakı ilə gənclərin məşğulluq problemləri ilə bağlı hər il Bakı şəhərində seminar və konfranslar keçirilir. Hesab edirəm ki, bu təcrübə davam etdirilməlidir. Eyni zamanda gənclər forumunun və gənclərin yay məktəblərinin təşkili də faydalı olar”.

AHİK sədri bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərir. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası BƏT-in Dayanıqlı İnkişaf Məqsədləri üzrə iki prioritet təşkilatından biridir. (Moldova və Azərbaycan). Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri tərəfindən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri: 2015-2030-cu illər Gündəliyi - Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası” sənədi hazırlanıb. Sənəddə Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyindən 6 məqsəd AHİK üçün prioritet məqsədlər kimi seçilib. Bu məqsədlər aşağıdakılardır:

Məqsəd 1: Yoxsulluğa son

Məqsəd 3: Yaxşı səhiyyə və rifah

Məqsəd 4: Keyfiyyətli təhsil

Məqsəd 5: Gender bərabərliyi

Məqsəd 8: Layiqli əmək və iqtisadi artım

Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq

Həmkarlar ittifaqları 2015-2030-cu illər Gündəliyi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi və qiymətləndirilməsində tam şəkildə iştirak etməlidirlər. Bunun üçün 2030-a qədər olan müddət ərzində aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:

- BƏT-in müvafiq konvensiyalarının ratifikasiyasının dəstəklənməsi və bu konvensiyaların dəstəklənməsi üçün normativ aktların qəbul edilməsi;

- təhlükəsizlik, səhiyyə və davamlı inkişaf məsələlərini həll edən ikitərəfli və üçtərəfli mexanizmlərin yaradılması;

- davamlı inkişafa nail olmaq üçün toplu ekoloji sazişlərin sayının artırılması;

- statistik hesabatlara uyğun olaraq sənaye qəzalarının, zədələnmələrin və peşə xəstəliklərinin sayının azaldılması üçün mübarizə aparılması;

- işçilərin təhsilinin, xüsusilə də işçi təhlükəsizliyi və sağlamlığı sahəsində və iş mühitinin yaxşılaşdırılması sahəsində təhsilin təşkili, peşə hazırlığı və yenidən hazırlıq işlərinin genişləndirilməsi.

AHİK sədri çıxışının yekununda ümidvar olduğunu bildirib ki, İcraiyyə Komitəsinin yığıncağında qəbul ediləcək qərarlar üzv təşkilatların fəaliyyətinin bir daha canlandırılmasına, günün tələblərinə uyğun olaraq Pan Avropa Regional Şurasının qarşısında duran vəzifələrin uğurla həllinə yardımçı olacaq.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  22-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA