Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
A+   Yenilə  A-
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq ideologiyasını hər zaman uca tutan, milli-mənəvi dəyərlərimizə sadiq olan İsa Həbibbəyli xalqı və dövlətini ürəkdən sevən, sözü, əməli işi və sədaqəti bir-birini tamamlayan elm xadimidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Dövlət Universitetinin (NDU) Konservatoriyasının akt zalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə “Akademik İsa Həbibbəyli-70” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.

Əvvəlcə tədbir iştirakçıları görkəmli alimin elmi-ictimai fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli-70” adlı sərgiyə baxıblar.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun keçirilən bugünkü konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun görkəmli akademikin timsalında elmə, ziyalılığa, elm adamlarına verdiyi yüksək dəyərin ifadəsidir. Son illər muxtar respublikada elmin inkişafı ilə bağlı imzalanan sərəncamlar, alim nüfuzunun yüksəldilməsinə xidmət edən tədbirlər, atılan tarixi addımlar Naxçıvanın gələcək inkişafına hesablanan dövlət elm siyasətinə ən bariz nümunədir. Akademik İsa Həbibbəylinin yubiley tədbirlərinin Naxçıvanda dövlət səviyyəsində qeyd edilməsi faktı da muxtar respublika rəhbərinin görkəmli alimin timsalında doğma yurda bağlılıq, Vətən sevgisi, soykökə qayıdış, ümumilikdə, milli-mənəvi dəyərlər siyasətinin konseptual proqramı kimi də dəyərləndirilə bilər.

“Akademik İsa Həbibbəyli ilk növbədə bütün ömrünü Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğinə həsr edən ictimai xadimdir”, – deyən Surə Seyid vurğulayıb ki, ömür kitabının 70-ci ilini yaşayan görkəmli akademik bu kitabın ilk səhifəsinə öz adını qayğıkeş müəllim, fədakar alim, əsl ziyalı kimi yazdırıb, onu sevənlərin və tələbələrinin xatirəsində əbədi qalıb. Çoxcəhətli elmi fəaliyyət sferasında ölkədə gedən ictimai-mədəni və elmi-ədəbi proseslərdə fəal iştirak edən akademik İsa Həbibbəyli, sözün əsl mənasında, tədqiqatçılıq, ziyalılıq və vətəndaşlıq borcunu ardıcıl olaraq yorulmadan həyata keçirir. O, elmdə, cəmiyyətdə qazandığı nüfuzu özünün istedadı, genişmiqyaslı fəaliyyəti, universal və sanballı elmi yaradıcılığı, tükənməz enerjisi və əməyi sayəsində əldə edib. Çox sadə, təmkinli, təvazökar bir insan olmaqla yanaşı, həm də dərin məntiqli, möhkəm əqidəli, daim həyata nikbin baxan ziyalı olan İsa Həbibbəylinin görkəmli şəxsiyyətlər haqqındakı elmi məqalələri ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli töhfələrdir.

Qeyd edilib ki, ədəbiyyatşünas alimin fəaliyyətinin 20 ilə yaxın bir dövrünü onun NDU-nun rektoru kimi fəaliyyət göstərdiyi illər təşkil edir. Ali Məclisin Sədri Vasif Talıbovun böyük dəstəyi ilə rektorluq fəaliyyəti dövründə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, təhsil quruculuğu, elmi fəaliyyət, beynəlxalq əlaqələr genişlənib, ali təhsil və kadr hazırlığı dövlətçilik konsepsiyası, milli düşüncə, Azərbaycançılıq məfkurəsi əsasında inkişaf edib. Yenilikçi və novator insan kimi rektorluq fəaliyyəti dövründə 2000-ci ildə universitetin ilk beynəlxalq layihəsi olan Beynəlxalq əlaqələrin Avropa standartlarına uyğun qurulması, Amerika universitetləri ilə əlaqələrin yaradılması, Amerikada “Naxçıvanın səsi” adlı aylıq bülletenin nəşr olunması, informasiya kommunikasiya texnologiyalarının inkişafına xidmət edən “Elektron Naxçıvan” ideyası, dəyəri 3,5 milyon dollar olan “Elektron universitet” layihəsinin həyata vəsiqə alması, onun sədrliyi ilə keçən dissertasiya şuralarında elmi inkişafa xidmət edən müdafiələrin keçirilməsi və ən əsası ali məktəb nəzdində İsa Həbibbəyli məktəbinin davamçılarının formalaşması və digər onlarla fakt akademikin yorulmaz fəaliyyətinin bəhrələri sayıla bilər.

Surə Seyid deyib: “Görkəmli alimin Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Akademik İsa Həbibbəyli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub, “Əməkdar elm xadimi” adına, “Şərəf” ordeninə layiq görülüb. O, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib, eyni ildə Amerika Tədqiqatlar İnstitutunun “İlin adamı-2001” mükafatını qazanıb. 2019-cu ilin 15 oktyabr tarixində görkəmi alimimiz dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub”.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyevin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayevin, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimlinin çıxışları dinlənilib. Çıxış edənlər görkəmli elm və ictimai xadimi təbrik edib, akademikin elm, təhsil istiqamətlərindəki çoxşaxəli fəaliyyətindən söhbət açıblar.

Akademik İsa Həbibbəyliyə 70 illik elmi-pedaqoji fəaliyyətinə görə AMEA Naxçıvan Bölməsinin fəxri fərmanı və təbrik məktubu təqdim olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə ölkə Prezidenti İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Ali Məclisin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Akademik qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin apardığı uzaqgörən siyasət müstəqil Azərbaycan Respublikasını dərin faciəvi böhrandan xilas edib, ölkə özünün gələcək inkişafının əsas axarını tapa bilib. Əgər Ümummilli Lider xalqımızın xilaskarlıq missiyasını yerinə yetirməsəydi, bugünkü inkişaf, tərəqqi mənzərəsi mümkün olmayacaqdı. Görkəmli dövlət xadiminin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan qısa zaman ərzində inkişaf etmiş ölkələr sırasına qoşulub, həyatın bütün sahələrinin, o cümlədən elm və təhsilin yüksək səviyyədə inkişafı təmin edilib.

“Məhz Ulu Öndər siyasətinin uğurlu davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada söz sahibi olan ölkələr sırasında yer alıb. Dünya liderləri arasında yüksək analitik təfəkkürü və qətiyyəti ilə seçilən ölkə Prezidenti İlham Əliyev həm də dünya azərbaycanlılarının lideri missiyasını yüksək səviyyədə həyata keçirir”, – deyən akademik diqqətə çatdırıb ki, son 24 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun gördüyü böyük işlər nəticəsində qədim diyar da əsl inkişaf mərhələsinə qədəm qoyub, ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil sahələrində reallaşdırılan infrastruktur layihələri öz bəhrələrini verib. Ümummilli lider Heydər Əliyev ideallarını sədaqətlə yaşadan, dövlət başçısının müdrik siyasətini uğurla həyata keçirən Ali Məclis Sədrinin formalaşdırdığı Naxçıvan dövlətçilik modeli əqidə bütövlüyü, məsuliyyət, əməli işlə bağlı mühüm prinsipləri özündə nümayiş etdirir.

Naxçıvanda böyük ziyalı nəsli formalaşdığını vurğulayan akademik 70 illik yubileyinin bu qədim diyarda yüksək səviyyədə qeyd olunmasını bütün elm adamlarına verilən yüksək qiymət kimi dəyərləndirib. Sonra akademik İsa Həbibbəylinin elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.

Qeyd edək ki, Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq yubiley çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Akademik İsa Həbibbəyli alim və ictimai xadim kimi” mövzusunda açıq dərs, NDU-da “İsa Həbibbəyli və Naxçıvan Dövlət Universiteti” mövzusunda konfrans, NDU və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda tədbir də keçirilib.

 
  • Oxunub:  1770  |  
  • Tarix:  22-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA