Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22.10.2019 [13:33]
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov Primorsk diyarının rəhbərliyi, Azərbaycan diaspor təşkilatlarının sədr və üzvləri ilə görüşüb, Vladivostok şəhərində BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının təşkilatçılığı ilə keçirilən Davamlı inkişaf üzrə Şimal-Şərqi Asiya çoxtərəfli forumunda iştirak edib.
Baş Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, İ.İskəndərov Primorsk diyarı qubernatorunun birinci müavini Vera Şerbina ilə görüşüb. V.Serbina Azərbaycanın rəsmi nümayəndəsinin bu regiona ilk səfərinin önəmini vurğulayıb. O, Primorsk diyarı haqqında danışaraq regionun ölkəmiz üçün bir çox sahələrdə, xüsusilə də iqtisadi-ticarət baxımından maraqlı olacağını qeyd edib. V.Şerbina region rəhbərliyinin Azərbaycan ilə turizm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib və bu istiqamətlərdə işlərin aparılmasına hazır olduğunu diqqətə çatdırıb.
Baş konsul ölkəmizdə müxtəlif sahələrdə gedən inkişaf prosesləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib, respublikamızda təşkil olunan mühüm tədbirlər, idman yarışları və xüsusilə də beynəlxalq forumlar haqqında danışıb. O, Prezident İlham Əliyevin Azərbaycanın Rusiya regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafına önəm verdiyini, Uzaq Şərq regionu ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Görüş zamanı Azərbaycan və Primorsk diyarı arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq çərçivəsində ölkəmizdən bölgəyə meyvə-tərəvəz və şərab məhsullarının idxalı, regiondan isə balıq və dəniz məhsullarının ixracı mövzuları müzakirə edilib. Tərəflər təhsil sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasının marağında olduqlarını bildirərək, Bakı Dövlət Universiteti ilə Uzaq Şərq Federal Universiteti arasında birbaşa əməkdaşlıq əlaqələrinin yaradılmasını təklif ediblər. Region nümayəndələrinin respublikamızda təşkil olunan beynəlxalq tədbirlərdə iştirakı və müxtəlif sahələr üzrə həyata keçirilən layihələrə qoşulmaq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Primorsk diyarı administrasiyasının Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Aleksey Stariçkov, Hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, inzibati qanunvericiliyin icrası və Primorsk diyarı hakimlərinin fəaliyyətinin təmin olunması departamentinin direktor müavini Aleksandr Baynov, Rusiya Xarici İşlər Nazirliyinin Vladivostok şəhərindəki nümayəndəliyinin rəhbəri Andrey Brovarets və Primorsk diyarı Azərbaycan diaspor təşkilatlarının başçıları Ramiz Zeynalov və Mərdan Novruzov iştirak ediblər.
Səfər çərçivəsində baş konsul İ.İskəndərov Davamlı inkişaf üzrə Şimal-Şərqi Asiya çoxtərəfli forumunun təşkilat rəhbəri, BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının rəhbəri Qanbold Baasanjav və Mariinsky Dövlət Akademik Teatrının Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev ilə də görüşüb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27