Ana səhifə »  Qəzetin pdf formatı »  Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
A+   Yenilə  A-
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri

Ankaranın Suriyanın şimalının terrorçulardan təmizlənməsi və təhlükəsizlik zonasının yaradılması üçün Fərat çayının şərqində PKK/YPG və İŞID terror təşkilatlarına qarşı başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatına Qərb dünyası ciddi reaksiya verdi. ABŞ və Avropa Türkiyədə terrorun qurbanları barədə bir kəlmə belə kəsmədən terrorçuların müxtəlif uydurmalarına “inandıqlarını” nümayiş etdirdilər. Çünki, əslində, bu oyunları ssenariləşdirən özləridir. Türkiyənin başladığı hərbi əməliyyat bu faktı ortaya çıxardı. Artıq tam aydındır ki, özlərini demokratiyanın beşiyi, bayraqdarı kimi qələmə verənlər, insan haqlarında dəm vuranlar böyük ədalətsizlik, haqsızlıq və ikili standart içindədirlər. Əslində, biz bunları Qərbin Dağlıq Qarabağla bağlı tutduğu mövqedən bilirdik. Sadəcə, daha geniş miqyasda bir daha bunun şahidi olduq. Buradan bizim üçün çox vacib olan bir nəticə də alınır. Belə görünür ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllini böyük dövlətlər qəsdən ona görə uzadırlar ki, Yaxın Şərqdə məqsədlərinə çatandan sonra Azərbaycana işğal faktını qəbul etdirib, Ermənistanın xeyrinə məsələni həll etsinlər. Lakin Türkiyə bu məsələdə həmin dövlətlərin məkrli planlarını pozdu. Bu isə qlobal geosiyasətdə yeni bir mərhələnin başlaması deməkdir. Bu kontekstdə "Sülh çeşməsi" hərəkatının geosiyasi aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Ankaranı qətiyyəti: gizli planların pozulması

Türkiyənin "Sülh çeşməsi" əməliyyatına başlaması qlobal miqyasda qüvvələr nisbətini dəyişməyə başlayıb. Dünyanın bütün böyük geosiyasi gücləri bu hadisəyə münasibət bildirməkdə davam edir. ABŞ, Rusiya, Çin, İran, Avropa İttifaqı və Yaxın Şərqin böyük dövlətləri türk ordusunun əməliyyatının ciddi nəticələrinin olacağını ifadə edirlər. Real olaraq hansı prosesin getdiyinin aydın təsəvvür etmək üçün detallara diqqət edək.

Türkiyə bir neçə ildir ki, həm Qərbə, həm də Rusiya və İrana anlatmağa çalışır ki, Suriyanın şimalında terrora qarşı ortaq mübarizə aparmaq lazımdır. Bunun üçün İŞİD, PKK/YPG/PYD (və ya SDG) arasında fərq qoyulmamalıdır. Əgər İŞİD-ə qarşı ABŞ, Avropa, Rusiya və İran eyni mövqedədirlərsə, onda PKK-ya da eyni münasibət olmalıdır. Çünki söhbət, ümumiyyətlə, terrordan getməlidir, "mənim terrorçum yaxşı, sənin terrorçun pisdir" ayrı-seçkiliyi olmamalıdır. Lakin böyük güclərin heç biri Ankaranı anlamaq və obyektiv olmaq istəmədilər. Əksinə, özlərinə lazım olanda İŞİD-ə qarşı çox sərt davrandılar. PKK Türkiyəyə qarşı terror törədəndə isə ancaq sözdə təəssüfləndiklərini bildirib, arxa planda hərəsinin gücü nəyə çatır terrorçulara yardım etdilər.

Sonuncu fikri Donald Tramp faktiki olaraq açıq ifadə etdi. O etiraf etdi ki, PKK ilə müttəfiq olublar və bu terror təşkilatı İŞİD-dən də pisdir. Açığı, böyük güclər içərisində bu məqamda ən səmimi D.Tramp görünür. Nə Fransa, nə Almaniya, nə də Böyük Britaniya rəhbərləri bu dərəcədə açıq və konkret mövqe ortaya qoymadılar. Səbəb aydındır: onların heç biri güclü Türkiyənin olmasını siyasətin dərin qarlarında arzulamırlar. O dərəcədə qəribədir ki, Türkiyə adi həqiqətləri belə onlara güclə qəbul etdirə bilir. Guya bilmirlər, xəbərləri yoxdur və s. Reallıqda isə bu və ya digər aspektlərdə PKK terroru özlərinin stimullaşdırdığı olaydır.

Burada iki mühüm məqamı vurğulamaq lazımdır. Birincisi, PKK-nı sırf kürd xalqının boynuna atırlar ki, bu da tamamilə yalandır. Bəli, o təşkilatda kürdlər çoxluq təşkil edir. Lakin onları kürd xalqı deyil, yuxarıda sadalanan böyük güclər meydana atıblar. Bu səbəbdəndir ki, PKK-nın tərkibində müxtəlif xalqların nümayəndələri terror aktları törədirlər. Bu baxımdan hədəf qətiyyən kürd xalqı ola bilməz. Ümumiyyətlə, burada etnik mənsubluq ən son nəzərə alınan faktor olmalıdır. Söhbət dünyanın böyük güclərinin müsəlman dövlətçiliyinə və İslam dininə qulluq edən xalqlara qarşı yeritdiyi məkrli siyasətdən gedir. Onlar həm müsəlman dövlətçiliyini zəiflətmək və özlərinə tabe etmək, həm də İslama etiqad edən xalqlar arasında nifaq salmaq istəyirlər ki, müsəlmanlar heç zaman əsl düşmənin kimlər olduğunu ayırd edə bilməsinlər.

İkincisi, "Sülh çeşməsi" məhz bu hiyləgər planı, düşüncəni, ikiüzlü siyasəti darmadağın etdi. Sözün həqiqi mənasında bunu Türkiyə bacardı. Bütün dünya gördü ki, ABŞ və Avropa nə dərəcədə terrorçulara arxa durdu. Bunu Avropada bir sıra siyasətçilər də etiraf etdilər. Məsələn, Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel alman televiziyalarından birinə verdiyi müsahibədə Türkiyənin tam haqlı olduğunu və Avropanın PKK-nı dəstəkləməsinin strateji səhv olduğunu vurğulayıb. Macarıstanın baş naziri də Ankaraya haqq qazandırıb. Bolqarıstanın baş naziri eyni mövqedədir. D.Tramp da bir sıra sapıntıları nəzərə almasaq, Türkiyənin haqlı olduğunu ifadə edir. O, hətta demokrat Nensi Pelosini Türkiyə məsələsinin müzakirəsi zamanı əks mövqe tutduğuna görə “səriştəsiz” adlandırmışdı. Lakin Vaşinqtonun da Suriya ilə bağlı öz planlarının olduğu şübhəsizdir, yəni Tramp ədalət aşiqi deyil.

Bununla yanaşı, Fransanın prosesləri çaşqınlıq, qorxu və tərəddüdlü mövqe tutaraq izləməsi maraqlı göründü. Emmanuel Makron əvvəlcə çox sərt antitürkiyə mövqeyi tutdu. Aİ-də müzakirələrdən sonra NATO-nun maraqlarından danışmağa başladı və Rəcəb Tayyib Ərdoğanla Almaniya və Böyük Britaniya rəhbərləri ilə birgə görüşmək niyyətlərinin olduğunu ifadə etdi. Bu kontekstdə E.Makron Qərb və NATO-nun yanlış mövqedə olduğunu ayrıca qeyd etdi. Deməli, "Sülh çeşməsi" Avropanı öncə hirsləndirdi, sonra isə Türkiyə Prezidentinin ayağına gətirdi.

Qlobal geosiyasət: qüvvələrin yeni nisbətinə doğru

Rusiya rəhbərliyinin də davranışı bir qədər müəmmalıdır. Türkiyə ilə Suriya məsələsini ortaq çözməkdən danışan Kreml Kobani və Münbicdə Bəşər Əsədlə PYD-nin bir yerdə olmasına göz yumdu. Dəməşq hətta ona güllə atan terrorçularla Türkiyəyə qarşı birləşməkdən çəkinməyən kimi görünür. Əgər bu həqiqət olsa, regionda savaşın daha da böyüyəcəyinə şübhə yoxdur. Çünki Türkiyə üçün bu savaş azadlıq mücadiləsidir. Türkiyə Yaxın Şərqin yeganə dövlətidir ki, terror qruplarından istifadə edərək müsəlman ölkələrini qarışdıran bütün dairələrin planlarını alt-üst etdi. Onlar anladılar ki, terror qrupları yaratmaqla heç də həmişə öz məkrli planlarını həyata keçirə bilməzlər. Bu, tarixi bir qələbədir.

İranın mövqeyi bir qədər düşündürücü oldu. Tehran sözdə Türkiyənin qayğılarını anladığını bəyan etsə də, PKK-nın etiraz aksiyalarına göz yumdu, sadə türklərin etirazına isə sərt reaksiya verdi. Hətta “Traktor” futbol klubunun bir oyunçusu öz “Twitter” səhifəsində türk bayrağı göstərdiyinə görə həm klub rəhbərliyi, həm də radikal İran millətçiləri tərəfindən sıxışdırıldı. Şübhəsiz, türklər bu kimi şeyləri unutmurlar. Və Ankara da Tehrana mesaj göndərdi ki, ABŞ-ın sanksiyaları ilə Türkiyənin tutduğu mövqeyi unutmasalar faydalı olar.

Bütün bunların fonunda Amerika ilə Türkiyənin Suriyada təhlükəsizlik zonası yaratmaqla bağlı razılığa gəlmələri digər böyük güclərə güllə kimi dəydi. Ankara o dərəcədə təmkinli və dəqiq davrandı ki, Mövlud Çavuşoğlunun təbirincə desək, "bir güllə ilə 10 dovşan vurdu". İndi demək olar ki, böyük güclərin hamısının dövlət başçıları R.T.Ərdoğnala görüşməyə növbəyə dayanıblar. V.Putin, E.Makron, B.Conson, A.Merkel, D.Tramp və sonra kimin olacağını zaman göstərəcək. Cəmi bir ay bundan öncə Türkiyəyə barmaqarası baxan bu liderlər niyə həyəcanlandılar və R.T.Ərdoğanla (onu zaman-zaman "antidemokrat", "diktator" "qaniçən" və s. kimi yarlıqların yağışına tutmuşdular) görüşə tələsdilər?

Bunun səbəbini Türkiyə Prezidentinin özü açıqlayıb. R.T.Ərdoğan deyib ki, artıq qlobal geosiyasi mənzərə yeni dinamikaya keçir. “Sülh çeşməsi” öz gücü və məqsədi ilə bir sıra özündənrazı dairələrin planlarını ox kimi dəldi. Heç bir hədə-qorxu, təhrik, sanksiya Ankaranı yolundan döndərə bilmədi. İndi Türkiyə Prezidenti beynəlxalq konfransda “Yeni dünya nizamının yaranması” mövzusunda konseptual çıxışını edir (biz, oktyabrın 21-22-də İstanbulda keçirilən “TRT World Forum 2019”u nəzərdə tuturuq. Forumun ana mövzusu "Qloballaşmanın böhranı: risklər və fürsətlər" adlanır).

Əlbəttə, Yaxın Şərqdə suların durulması uzun sürəcək. Orada ortaya hələ çox tələlər atacaqlar. Terror vasitəsilə Yaxın Şərqi idarə etməyə, yəni, dəqiq desək, xaos məkanına çevirməyə cəhd göstərənlər niyyətlərindən asan əl çəkməyəcəklər. Ancaq bütün bunların fonunda aydın oldu ki, anti-Türkiyə mahiyyətli terror dövləti yaratmaq və Yaxın Şərqin geosiyasi mənzərəsini, dövlətlərin sərhədlərini dəyişmək planı iflasa uğradı. Bu planı Ankara pozdu və demək olar ki, Avrasiya məkanında bütün ölkələr üçün yeni imkanlar yaratdı. Ekspertlər hesab edirlər ki, Türkiyə uduzsa, növbə İranın, sonra Rusiyanın və sonucda Çinindir. Yəni, bu ölkələrin də parçalanma təhlükəsi mövcuddur.

Beləliklə, Yaxın Şərqdə yeni geosiyasi dönəm meydana gəlir. Burada böyük güclərin mübarizəsi növbəti mərhələyə qədəm qoyub. Bu mərhələdə savaş da, toqquşmalar da, ziddiyyətli addımlar da özünü göstərəcək. Ancaq meydanda artıq bir ədalətli və güclü müsəlman dövləti də var. Bəlkə də bütün İslam dünyasının taleyi indi onun əldə edə biləcəyi uğurlardan asılıdır. Bizim üçün əsas odur ki, dünyada Ədalət, Beynəlxalq hüquq, Sülh və İnkişaf qalib gəlsin! Belə olsa, bütün dünya xalqları qazanar!

 

Newtimes.az

 
  • Oxunub:  1560  |  
  • Tarix:  22-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA