Referendum məsələsi Ermənistan hakimiyyətinin növbəti manipulyasiyasıdır
08.11.2019 [09:33]
Nikol Paşinyanın daxili auditoriyaya hesablanmış son bəyanatı Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini sübut edir
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti fikirləri nə Ermənistan cəmiyyəti, nə də Azərbaycan tərəfindən ciddi qəbul edilib. Əksinə, hakimiyyətə gəldiyi gündən danışıqlar prosesinə zərrə qədər töhfə verməyən N.Paşinyan, sadəcə, danışıqlarda irəliləyiş olmamasının səbəblərindən yayınmağa cəhd edir.
Belə ki, əslində Ermənistan baş nazirinin bu günə qədər iştirak etdiyi sülh danışıqlarında heç bir ciddi irəliləyiş yoxdur, bunu hər iki ölkənin xarici işlər nazirlərinin son görüşlərindən sonra Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin bəyanatlarından da açıq şəkildə görmək mümkündür. Bu vəziyyətdə N.Paşinyanın sülh prosesini tormozlayıcı tərəf rolunda olduğu halda hansısa mücərrəd “dinamika”dan bəhs etməsi aydın deyil. Əgər danışıqlar prosesində məhz N.Paşinyanın destruktiv xarakterli yanaşmasına görə irəliləyiş əldə edilmirsə, indiki mərhələdə hansısa razılaşmanın əldə olunması və onun müzakirəyə çıxarılmasından söhbət gedə bilməz.
Digər bir məsələ isə, N.Paşinyanın cəbhədə gərginliyin azaldığını hakimiyyətinin hansısa uğuru kimi qələmə verməsidir. Bu məsələ ilə bağlı çoxsaylı ziddiyyətli məqamlar var. Ən azı ona görə ki, təmas xəttində ermənilər daim atəşkəsi pozur, üstəlik, erməni snayperləri təkcə hərbçiləri deyil, dinc əhalini də hədəf alırlar. Belə çıxır ki, N.Paşinyan, sadəcə, müharibədən çəkinən Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışır.
Əslində N.Paşinyanın hakimiyyətə gələndən indiyə qədər bu kimi paradoksal açıqlamaları çox olduğu üçün son fikirləri də təəccüb doğurmur. Onun danışıqlarla bağlı səsləndirdiyi pozitiv xarakterli fikirlərin də əsası yoxdur. Belə ki, işğalçı ölkənin baş nazirinin avqust ayında Dağlıq Qarabağda olanda “Qarabağ Ermənistandır”, Ermənistanın müdafiə naziri David Tonoyanın bu yaxınlarda “Qarabağ məsələsi həll olunub” kimi cəfəng ifadələr işlətmələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən əl çəkmədiyini sübut edir. Belə sərsəm açıqlamalarla N.Paşinyan Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir fikirayrılığı olmadığını erməni cəmiyyətinə təlqin etməyə, bununla da məsuliyyətdən yaxa qurtarmağa çalışır.
Göründüyü kimi, ölkə daxilində, cəmiyyətdə heç bir siyasi nüfuzu olmayan, qeyri-ciddi açıqlamaları ilə seçilən N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı, növbəti dəfə manipulyasiya yolunu seçib. Əvvəllər Qarabağdakı separatçı rejimin danışıqlarda tərəf kimi çıxış etməsi təklifini irəli sürən, daha sonra “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar səsləndirən və layiqli cavabını alan işğalçı dövlətin baş naziri yenidən özünü beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətə salıb. N.Paşinyanın referendum məsələsi ilə daxili auditoriyaya hesablanmış yersiz bəyanatı da Ermənistan hakimiyyətinin növbəti manipulyasiyasıdır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 Aprel 21:21
Xəbər lenti
19 Aprel 20:54
Dünya
19 Aprel 20:00
Xəbər lenti
19 Aprel 17:58
YAP xəbərləri
19 Aprel 17:44
Xəbər lenti
19 Aprel 17:38
Siyasət
19 Aprel 17:35
Xəbər lenti
19 Aprel 17:33
Gündəm
19 Aprel 17:29
Xəbər lenti
19 Aprel 17:10
Xəbər lenti
19 Aprel 16:45
Xəbər lenti
19 Aprel 16:25
Xəbər lenti
19 Aprel 15:48
Xəbər lenti
19 Aprel 15:44
Siyasət
19 Aprel 15:41
Xəbər lenti
19 Aprel 15:19
Xəbər lenti
19 Aprel 15:00
Xəbər lenti
19 Aprel 14:44
Xəbər lenti
19 Aprel 14:12
Xəbər lenti
19 Aprel 13:43
Dünya
19 Aprel 13:42
Xəbər lenti
19 Aprel 13:38
Xəbər lenti
19 Aprel 13:37
Xəbər lenti
19 Aprel 13:36
Xəbər lenti
19 Aprel 12:35
Xəbər lenti
19 Aprel 12:23
Dünya
19 Aprel 12:21
Xəbər lenti
19 Aprel 12:20
Xəbər lenti
19 Aprel 12:19
Xəbər lenti
19 Aprel 12:06
Xəbər lenti
19 Aprel 11:36
Xəbər lenti
19 Aprel 11:30
Ədəbiyyat
19 Aprel 11:18
Xəbər lenti
19 Aprel 11:07
Sosial
19 Aprel 11:00
Xəbər lenti
19 Aprel 10:55
Maraqlı
19 Aprel 10:54
Sosial
19 Aprel 10:50
Mədəniyyət
19 Aprel 10:45
Sosial
19 Aprel 10:40
İqtisadiyyat
19 Aprel 10:35
İqtisadiyyat
19 Aprel 10:32
MEDİA
19 Aprel 10:30
Xəbər lenti
19 Aprel 10:29
Xəbər lenti
19 Aprel 10:25
Siyasət
19 Aprel 10:23
Xəbər lenti
19 Aprel 10:20
Siyasət
19 Aprel 10:15
Siyasət
19 Aprel 10:10
Gündəm
19 Aprel 10:00
Siyasət
19 Aprel 09:50
Xəbər lenti
19 Aprel 09:33
Xəbər lenti
19 Aprel 09:26
Xəbər lenti
19 Aprel 09:20
Dünya
19 Aprel 08:43
Dünya
18 Aprel 22:01
Xəbər lenti
18 Aprel 20:05
Xəbər lenti
18 Aprel 18:18
Xəbər lenti
18 Aprel 17:52
Xəbər lenti
18 Aprel 17:05
Xəbər lenti
18 Aprel 16:40
Xəbər lenti
18 Aprel 16:09
Xəbər lenti
18 Aprel 16:05
Xəbər lenti
18 Aprel 15:50
Xəbər lenti
18 Aprel 15:47
Xəbər lenti
18 Aprel 15:02
Dünya
18 Aprel 14:43
Xəbər lenti
18 Aprel 14:30
Xəbər lenti
18 Aprel 14:13
Xəbər lenti
18 Aprel 14:07