Ana səhifə »  Qəzetin pdf formatı »  Basqalda arxeoloji tədqiqatlar davam edir
A+   Yenilə  A-
Basqalda arxeoloji tədqiqatlar davam edir

Basqal Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini və ənənələrini özündə yaşadan tarixi yerlərimizdəndir. Xatırladaq ki, Basqalın yaxın ətrafında insanlar hələ eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq ənənəvi təsərrüfat sahələri ilə məşğul olublar. Eramızdan əvvəl I minilliyin sonu-bizim eranın əvvəllərində Basqalətrafı ərazilərdə, xüsusilə intensiv həyat olub. Ötən əsrin 70-90-cı illərində Qırlartəpə, Qalalar və Kürdüvan ərazisində aparılmış arxeoloji qazıntı və kəşfiyyat işləri zamanı Basqalətrafı ərazilərin tarixini özündə yaşadan olduqca zəngin maddi mədəniyyət qalıqları aşkara çıxarılmışdır.
Əfsuslar olsun ki, yüzilliklər boyu nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın çox mühüm sənətkarlıq, xüsusən də ipək, boyakarlıq və dəmirçilik məmulatları istehsalı mərkəzi olan Basqalın tarixi bu günədək lazımi səviyyədə öyrənilməmişdir. Lakin bu gün xüsusi minnətdarlıq hissi ilə demək olar ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” 3 oktyabr 2018-ci il tarixli Sərəncamından sonra vətənimizin bu dilbər güşəsinə diqqət daha da artırılıb. Artıq bir ildir ki, Prezidentimizin həmin Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Basqalın nümunəvi turizm mərkəzinə çevrilməsi istiqamətində çox mühüm işlər görülməkdədir. Təbiidir ki, Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq orada arxeoloji tədqiqatlar aparılmasına ehtiyac vardı. Elə bu məqsədlə də Dövlət Turizm Agentliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya institutu tərəfindən sentyabr ayının üçüncü ongünlüyündən başlayaraq “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılmaqdadır.
Basqalda arxeoloji tədqiqtlara ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində başlanıldı. Məqsəd Basqal ərazisində yaşayışın nə zamandan başlandığını, ərazidə əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesində nə dərəcədə qorunduğunu, sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.
Arxeoloqlar artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrənmişlər. Sovet dönəmində klub kimi istifadə olunan, yanğına məruz qaldıqdan sonrakı illərdə isə istifadəsiz qalan məscidin ərazisində aparılan tədqiqatlar zamanı, xüsusilə maraqlı tapıntılar aşkar olunub.
Ümumi sahəsi 161 kvadratmetr olan məscidin 111 kvadratmetrində artıq ilkin arxeoloji tədqiqatlar əsasən başa çatdırılmışdır. Nəticədə orada XI əsrdən etibarən bu günədək formalaşan və 3,5 metr qalınlığı olan 6 tikinti qatı qeydə alınmışdır. Həmin tikinti qalıqlarının da ən möhtəşəmi 2 m x 2 m ölçüdə olan daş sütunlar üzərində inşa olunması və 32,4 kvadratmetr sahəni əhatə edən məscid binasıdır.
Yonulmuş çay daşından olan sütunların inşasında bərkidici material kimi gəc məhlulundan istifadə olunmuşdur.
Basqal binalarının, demək olar ki, hamısı yonulmuş çay və ya qaya daşından istifadə olunmaqla inşa edilib. Məscidin cənub-qərb tərəfindəki sütunun yanında kürsü aşkar olunub. Kürsünün altı bir neçə cərgədən ibarət daşla hörülərək üstü sarı torpaq və gəclə suvanıb. Maraqlıdır ki, kürsü ilə məscidin cənub-qərb sütunu arasında bişmiş kərpicdən inşa olunmuş vanna da qeydə alınıb. Görünür, həmin vanna məscidin təmiri zamanı palçıq və ya gəc məhlulu hazırlanması məqsədinə xidmət edib. Vanna içərisində böyük miqdarda daşlaşmış vəziyyətdə aşkar olunan gəc qalığı da bunu deməyə əsas verir.
Məscidin döşəməsi təmizlənərkən orada üzərində 20 sm x 20 sm x 5 sm ölçüdə olan bişmiş kərpic töküntüsü qeydə alındı. Bu isə o deməkdir ki, məscid binasının üstü bişmiş kərpicdən ibarət minarə ilə tamamlanıb. Xatırladaq ki, məscidin eni 1,3 metr olan ilkin mehrabı, həm də eni 3 metr olan sonradan inşa olunmuş mehrabı da bişmiş kərpiclə inşa olunub.
Məscidə giriş şərq tərəfdən olub. Giriş qapısının sağında və solunda 1 m x 1 m ölçüdə olan və bir-birindən 3 metr məsafədə bişmiş kərpicdən inşa olunmuş sütunları birləşdirən tağın da bişmiş kərpicdən istifadə olunmaqla inşa edildiyi ehtimal olunur.
Xatırladaq ki, bir müddət öncə ərazi təmizlənərkən oradan məscidin kitabəsi də tapılıb. Hansı ki, həmin kitabəyə əsasən Basqal məscidinin 1568-ci ildə “həqiqətlərin bürhanı Sufi-Dərvişin əmri ilə” inşa olunduğu bildirilir. Ötən əsrin 80-ci illərində məscid ərazisindən tapılaraq oradakı yardımçı binanın divarına bərkidilmiş digər bir kitabədə isə Şeyx Məhəmməd və onun oğlu Şeyx Səfainin adı çəkilir. Bütün bunlar isə yerli sakinlərin həmin məscidi heç də təsadüfən “Şeyx Məhəmməd məscidi” adlandırmadığından xəbər verir.
Tədqiq olunan ərazidə qeydə alınan 6 tikinti qatının hər biri orta hesabla 160 illik dövrü əhatə edir. Tikinti qatlarının əhatə etdiyi bütün tarixi dövrlərdə məscidin və digər tikililərin döşəməsi sarı torpaq və gəc qarışığından ibarət məhlulla suvanaraq hamar vəziyyətə gətirilib. Maraqlıdır ki, öyrənilən sahədə qeydə alınan tikinti qatlarının hamısı müxtəlif xarakterli və müxtəlif təyinatlı bina qalıqları ilə olduqca zəngindir. Qazıntı sahəsinin, demək olar ki, bütün səmtlərində bu və ya digər dərəcədə dağıntıya məruz qalan, yaxud da ən azı bünövrəyə yaxın hissəsi nisbətən daha yaxşı mühafizə olunmuş tikinti qalıqlarının hamısı bir-birinin yanında və ya üstündə qeydə alınıb. Bu isə son 1000 il ərzində Basqal ərazisində həyatın nə dərəcədə intensiv olduğunun göstəricisidir.
Maraqlıdır ki, arxeoloji axtarışlar zamanı aşkara çıxan digər maddi mədəniyyət qalıqları, xüsusən də rəngarəng çeşidli keramika nümunələri də Şeyx Məhəmməd məscidinin məhz XVI əsrin ortalarında inşa olunduğunu təsdiqləyir.
Diqqəti cəlb edən məqamlardan birisi də odur ki, tədqiq olunan ərazidə Şeyx Məhəmməd məscidindən daha əvvəlki dövrlərə aid edilən digər tikinti qalıqları da aşkar olunub. Öyrənilən ərazinin mərkəzi hissəsində yer səthindən 2,3 metr dərinlikdə, şimal-cənub istiqamətində olmaqla aşkar olunan möhtəşəm bina qalığı xüsusilə diqqəti cəlb edir. Uzunluğu 2,2 metr, salamat qalmış hissədə hündürlüyü 70 sm olan həmin divar qalığı səliqə ilə yonulmuş qaya daşlarından inşa edilib və daxili səthi gəc məhlulu ilə suvanıb. Aşkar olunan bina qalıqlarının abidənin stratiqrafiyası baxımından orada qeydə alınmış ayrı-ayrı tikinti dövrlərinə müvafiqliyi isə orta əsrlərdə Basqal ərazisində yaşayışın kifayət qədər intensiv olduğundan xəbər verir. Təbiidir ki, ərazidə bütün dövrlərdə yaşayışın davamlı və intensiv olması, bu səbəbdən də zaman-zaman köhnəlmiş tikintilərin yeniləri ilə əvəzlənməsi nəticəsində oradakı tikililərin əksəriyyəti çox ciddi şəkildə dağıntıya məruz qalmışdır. Yəni sonrakı dövrlərə aid binalar dövr etibarı ilə onlardan 50-100 il əvvələ aid olan binaların dağıntıları üzərində inşa olunmuşdur. Bu cəhətdən Basqalın XI-XV əsrlərə aid binaları daha çox dağıntıya məruz qalmışdır. Həmin tikintilər isə artıq yuxarıda qeyd olunduğu kimi, xarakter və təyinatı etibarı ilə çox müxtəlifdir. Lakin dağıntılar içərisindən üzə çıxarılan irili-xırdalı tikinti qalıqlarının özü belə bütövlükdə ayrı-ayrı dövrlərdə Basqalın memarlıq görkəminin necə olması barədə təsəvvür formalaşdırmağa kifayət edir.
Ərazidə aparılmış ilkin arxeoloji tədqiqatlar Basqalın, həqiqətən də, orta əsrlərdə Azərbaycanın çox mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olduğunu bir daha təsdiqlədi.
Arxeoloji axtarışlar zamanı oradan tapılan rəngarəng çeşidli keramika, dəmir, boyaq və daş məmulatı nümunələri, xüsusən də toxuculuq sənətinə aid artefaktlar Basqal ustalarının yaradıcı fantaziyasının hüdudlarının nə qədər geniş olduğundan xəbər verir.
Göründüyü kimi, Basqalda yeni başlanan və qısa müddət ərzində davam etdirilən arxeoloji tədqiqatlar yetərincə uğurlu nəticələr verib. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2018-ci il tarixli Sərəncamı əsasında həyata keçirilməkdə olan Böyük Basqal layihəsinin elə tarixi baxımdan da nə dərəcədə aktual olduğundan xəbər verir. Əmin olmaq istərdik ki, Böyük Basqal layihəsinin icrası ilə bilavasitə məşğul olan Dövlət Turizm Agentliyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Basqal və ona bitişik ərazilərdə tarix və mədəniyyətimizin hələ də torpaq altında uyumaqda olan sirlərinin və dəyərlərinin aşkara çıxarılaraq öyrənilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək.
Qafar Cəbiyev
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı (Basqal) arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru

 
  • Oxunub:  3360  |  
  • Tarix:  08-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 12:05
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
28 Fevral 11:59
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
28 Fevral 11:55
Leyla Abdullayeva: Azərbaycan regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür
28 Fevral 11:53
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
28 Fevral 11:33
Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib
28 Fevral 11:03
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
28 Fevral 10:56
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib
28 Fevral 10:40
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib
28 Fevral 10:30
Sumqayıt hadisələrindən 32 il ötür
28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
27 Fevral 11:55
ETSN qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb
27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib
27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+5 +8