Ana səhifə »  Qəzetin pdf formatı »  Bu gün metropoliten işçilərinin peşə bayramıdır
A+   Yenilə  A-
Bu gün metropoliten işçilərinin peşə bayramıdır

Azərbaycanın böyüyən paytaxtını - Bakı şəhərini bu gün metropolitensiz təsəvvür etmək olmur. İctimai sərnişindaşıma nəqliyyatı sistemləri arasında özünəməxsus yeri olan metro şəhər tıxaclarına bir nəfəslikdir, mənzil başına sürətlə və vaxtında çatdıran bir vasitədir.

Bu gün Bakı Metropoliteni işçiləri peşə bayramını qeyd edir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyevin 2006-cı il 28 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Yaranmasının 52-ci ildönümünü qeyd edən Bakı metrosu 1967-ci il noyabrın 6-da 5 stansiya – indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xəttin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Üçü dərinözüllü olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

Hazırda üç xətti və 25 stansiyası olan Bakı metrosu gələcəkdə beş xətdən ibarət olacaq. Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometr, stansiyalarının sayı isə 76-ya çatacaq.

“Bakı Metropoliteni” QSC bu ili də hadisələr, yeniliklərlə zəngin bir dövr kimi geridə qoyur. İlk növbədə bu il 6 yeni qatarlar Bakı metrosuna gətirilərək xəttə buraxılıb. Təkmilləşdirilib yeni texnoloji imkanlarla zənginləşdirilmiş bu qatarların salonu təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanı bioloji təmizləmə sistemləri ilə təmin olunub və bununla həmin vaqonların işıqlanmasına sərf olunan enerji 50 faiz azaldılıb. Salonda USB portlardan ibarət bloklar sərnişinlərin mobil cihazlarının enerji yükləməsinə də şərait yaradıb. Qeyd edək ki, hazırda Bakı metrosunda ümumilikdə 11 yeni qatar hərəkət edir. Bunlardan 5 ədədi 2015-2018-ci illərdə, 6 ədədi isə bu il ərzində gətirilib. Qarşıdakı 3 ildə isə 12 yeni qatarın gətirilməsi üçün müqavilə imzalanıb.

Bakı Metropoliteninin stansiyaları dövrün tələblərinə uyğun yeniləşir. Yenidən qurulan stansiyaların sırasında bu il ilk olaraq “Bakmil” stansiyası yer alıb. Burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Müasir səviyyədə yenidən qurulan stansiya Prezident İlham Əliyevin iştirakı ilə martın 26-da açılaraq yeni görkəmdə sərnişinlərin istifadəsinə verilib. Stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan “Bakmil” Bakı Metropoliteninin yeganə yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız ötən ilin avqustundan işlərin son mərhələsində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib ki, bu da əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.

Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətirlə örtülməsidir. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb.

Bu il əsaslı şəkildə təmir olunan stansiyaların sırasına “Xətai” stansiyası da qoşulub. 50 ildən artıq istismar müddətində köhnələn, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə mərhələli şəkildə təmir işləri aparılıb. Eskalatorların dəyişdirilməsi və bütün infrastrukturu ən yeni standartların tələbinə uyğun yeniləşmiş “Xətai” stansiyası dövlət başçısının iştirakı ilə sentyabrın 12-də açılaraq, sərnişinlərini büsbütün təzələnmiş görkəmi ilə qarşılayıb.

Bu dəfə aparılan yenidənqurmadan sonra “Xətai” stansiyanın infrastrukturu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb. Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.

“Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra metropoliten əsl sosial layihələr meydanına çevrilib. Bu layihələr ictimaiyyət arasında xüsusi rəğbətlə qarşılanır və ildən-ilə sərhədlər genişlənir və maraq doğurur. Ənənəvi yeni il, Novruz bayramı və digər əlamətdar tarixi hadisələrlə bağlı layihələr, musiqili günlər artıq yeniləşən metropolitenin ayrılmaz tərkib hissəsinə çevrilib. “Gənclik” stansiyasının keçidləri bir-birindən maraqlı sərgilərlə sərnişinlərin xoş təəssüratını qazanıb.

Hazırda isə “Gənclik” stansiyasında parlaq şəxsiyyətləri ilə XX əsrin fenomeninə çevrilən, Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri Dieqo Rivera və Frida Kalonun “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərgisi açılıb.

Beləliklə, çox keçməyəcək ki, davamlı şəkildə yenilənən, öz sosial layihələri ilə diqqətdə olan Bakı metrosu ilə paytaxtımızın hər bir guşəsinə rahat şəkildə gedib-gəlmək mümkün olacaq.

 
  • Oxunub:  2970  |  
  • Tarix:  08-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir
18 Fevral 17:52
Anar Kərimov: Xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir
18 Fevral 17:48
Naqif Həmzəyev: Münhen debatı Ermənistanın açizliyinin nümayişi oldu
18 Fevral 17:47
“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans başa çatıb
18 Fevral 17:42
MSK sədri: Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür
18 Fevral 17:29
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb
18 Fevral 17:15
MSK-nın iclasında parlament seçkiləri ilə bağlı bir sıra müraciətlərə dair qərarlar qəbul edilib
18 Fevral 17:09
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib
18 Fevral 17:07
Azərbaycanla Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir
18 Fevral 16:54
Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədədir
18 Fevral 16:23
Ankarada Xocalı soyqırımı mövzusunda konfrans keçirilib
18 Fevral 16:20
Salyan və Biləsuvar sakinlərinin dini məsələlərlə bağlı müraciətləri dinlənilib
18 Fevral 16:15
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
18 Fevral 16:02
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə İdman Jurnalistləri Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
18 Fevral 15:56
“Məktəblinin dostu” layihəsinin əməkdaşları təltif olunublar
18 Fevral 15:48
Serbiya ilə sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrə başlanılıb
18 Fevral 15:10
Berlində Ümumavropa Qarabağ mitinqi keçiriləcək - VİDEO
18 Fevral 14:43
Abbas Müsəvi: İran Azərbaycanın yeni parlamenti ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək
18 Fevral 14:28
Əbülfəs Qarayev Londonda Britaniya Şurasının baş ofisində olub
18 Fevral 14:18
Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək
18 Fevral 14:13
Erməni KİV-ləri “mikroinqilabçını” linç etməkdə davam edirlər
18 Fevral 14:11
Azərbaycan Peşəkar Boks Federasiyası və Dünya Boks Şurası beynəlxalq səviyyəli təlimlər təşkil edib
18 Fevral 13:21
Qış Məktəbi layihəsinin iştirakçılarına Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verilib
18 Fevral 12:51
“France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+4 +6