Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Radikal ünsürlərin “masa-masa” oyununda yeni pərdə...

Radikal ünsürlərin “masa-masa” oyununda yeni pərdə...

09.11.2019 [10:11]

Antimilli qüvvələr yenə də xaricdən gələcək ianələrin bölüşdürülməsində ciddi fikir ayrılıqları yaşayırlar
Sirr deyil ki, əsasən partiyadaxili çəkişmələrlə, parçalanmalarla, qarşılıqlı ittihamlarla öz varlığını qorumağa çalışan dağıdıcı ünsürlər yalnız sosial şəbəkələrdə, eləcə də bəzi internet resurslarında gözə dəyməklə sifariş aldıqları dairələrin qarşısında vəzifə borclarını “ödəmiş” olurlar. Bu antimilli ünsürlər sosial şəbəkələrdə insanları şəxsi fikirlərinə görə təhqirlərə, hətta öz partiyadaşlarını belə şantaja məruz qoyur, bununla da bir daha öz kimliklərini, mənəvi-psixoloji vəziyyətlərini cəmiyyətimizə nümayiş etdirirlər. Artıq qohum-əqrəba “birliyindən” seçilməyən radikal müxalifət partiyaları öz yalanlarını tirajlaya bilmir, cəmiyyət daxilində bu yalanların təbliğini qurmağı bacarmırlar. Onların xəyanətkar, satqın xarakteri Azərbaycan cəmiyyətinə yaxşı tanışdır.
Müxtəlif spekulyasiyalarla, manevrlərlə öz varlıqlarını sürdürməyə çalışan radikal müxalifət partiyalarının əsas missiyası yalnız düşərgədaxili mübarizədə önə çıxmaq uğrunda mübarizə aparmaq, bu yolla xarici mərkəzlərin ianələrinə sahib olmaqdan ibarətdir. Azərbaycanın dövlət mənafeyini, milli maraqları satmağa hazır olan, yalnız şəxsi korporativ maraqlarını düşünən düşərgə təmsilçiləri maddi təminat qarşılığında xəyanət etmək üçün məqam axtarırlar. Vaxtilə özünü “əsas müxalifət”, “ana müxalifət” adı ilə “bəzəyənlər” bu gün partiyasının seçkili orqanlarının iclasını keçirmək iqtidarında belə deyillər. Nəinki kütləvi aksiya keçirmək, hətta üzvlərinin sayını müəyyənləşdirmək gücünə malik olmayan, heç bir strukturu fəaliyyət göstərməyən partiyaların fəaliyyəti sıfıra bərabərdir. “Siyasi meyit” statusu alan bu partiyalar artıq papka-partiyalara çevriliblər. Qondarma “Milli şura” və AXCP-nin son dövrlərdə keçirdiyi qeyri-qanuni aksiyalar da bunu tam təsdiqləyir. Bu səbəbdəndir ki, radikal ünsürləri maliyyələşdirən xarici mərkəzlər yeni birlik oyunlarına start verir, düşərgə təmsilçilərini bir masa arxasına otuzdurur. Müsavat Partiyasının qərargahında keçirilən son toplantı da məhz bu qəbildəndir.
Vurğulanmalıdır ki, bir-birinə patoloji nifrət bəsləyən şəxslərin bir masa ətrafına yığılmasının arxasında yalnız maddi gəlir əldə etmək niyyəti dayanır. Məhz bu səbəbdəndir ki, İsa Qəmbər vaxtilə onu faşist adlandıran Əli İnsanovu “qəbul etmək” zorunda qalıb. Eləcə də sosial şəbəkələrdə bir-birini xain adlandıran Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı “müttəfiq” görüntüsü yaratmağa çalışırlar. Digər tərəfdən, “dəyirmi masa”da təmsil olunan bəzi partiyaların təmsilçilərinin bu məsələdən narazı olduqları da ilk baxışdan bəllidir. Belə ki, Əli İnsanovun yarana bilmə ehtimalı çox aşağı olan bu birlikdə İsa Qəmbər ilə Əli Kərimli arasında “arbitr”lik etməsi çoxuna xoş gəlmir. Çünki dünənə qədər radikal düşərgə təmsilçilərini açıq kontekstdə söyən Əli İnsanovun birdən-birə onlara “komanda” verməyə çalışması digər partiya sədrlərini narazı salıb. Qeyd edək ki, Əli İnsanov bu masadakı çıxışında digər düşərgə təmsilçilərinin bu “birlik”də təmsil olunmasına, onların söz haqqı almasına qəti etiraz edib. Təbii ki, bunun da altında müxtəlif mətləblər yatır. İndiyə qədər İsa Qəmbərin dəstəkçisi rolunda çıxış edən həmin partiyaların veriləcək pullardan kənarda saxlanılmasının Əli Kərimlinin ideyası olması bəllidir. Çünki “dəyirmi masa”dakı çıxışında özünü “real, əsas müxalifət” kimi qələmə verən Əli Kərimli bu yolla “Müsavat”ı “şəriklik”dən “payçı”ya çevirmək istəyir. Yəni yeni “siyasi izdivac”a girən Əli İnsanovla Əli Kərimli İsa Qəmbəri oyundan çıxarmağa çalışırlar. Təbii ki, bu “izdivac”dan nəyin törəyəcəyini və İsa Qəmbərin onlara təslim olub, olmayacağını zaman göstərəcək. Yalnız pul xatirinə zorən yan-yana gətirilən şəxslərin belə davam etməsi isə mümkün deyil. Bunu çıxışlarında radikal düşərgə təmsilçilərinin özləri də etiraf etdilər.
Bu mənada, radikal düşərgənin bu birlik oyununun da iflasla nəticələnəcəyi ilk baxışdan bəllidir. Xalqının mənafeyini satan, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan “sapı özümüzdən olan” bu cür “baltalar” bununla bir daha öz simalarını, antimilli mövqelərini xalqa nümayiş etdirmiş olurlar.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31