Ana səhifə »  Qəzetin pdf formatı »  12 noyabr - Konstitusiya Günüdür
A+   Yenilə  A-
12 noyabr - Konstitusiya Günüdür

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.

Ötən 23 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  12-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 12:57
Mərkəzi Bank “Visa kartları ilə ödəniş qazandırır!” lotereyasına start verir
28 Fevral 12:53
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
28 Fevral 12:48
Qulam İshaqzai: Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk
28 Fevral 12:38
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir
28 Fevral 12:33
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 Fevral 12:05
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
28 Fevral 11:59
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
28 Fevral 11:55
Leyla Abdullayeva: Azərbaycan regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür
28 Fevral 11:53
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
28 Fevral 11:33
Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib
28 Fevral 11:03
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
28 Fevral 10:56
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib
28 Fevral 10:40
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib
28 Fevral 10:30
Sumqayıt hadisələrindən 32 il ötür
28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+5 +8