Ana səhifə »  Qəzetin pdf formatı »  Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
A+   Yenilə  A-
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır

Son aylarda Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən hadisələr birmənalı olaraq göstərir ki, Azərbaycan sərhədçiləri heç şübhəsiz və strateji əhəmiyyətli uğurlar qazanıb. Bununla əlaqədar, erməni tərəfin öz uğursuzluqlarını gizlətmək üçün Azərbaycan hərbi qulluqçularının guya Gürcüstan ərazisini tutmasında ittihamlarla gizlətmək cəhdlərinin, habelə real məğlubiyyətlərini “müzəffər” relyasiyalar kimi qələmə vermək səylərinin ətraflı təhlili xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC bu hadisələrin hərbi-siyasi təhlilini təqdim edir.

Azərbaycan ilə Gürcüstan arasına nifaq salmaq, ölkələrimizin qardaşlıq və dostluq münasibətlərinə xələl gətirmək cəhdləri bu gün və hətta dünən də başlamayıb. Erməni tərəfi faşist Almaniyasının baş ideoloqu Yozef Göbbelsin məşhur vəsiyyətlərinə israrla riayət etməyə çalışır. Göbbelsin “min dəfə təkrarlanan yalan həqiqətə çevrilir” sözləri öz uğursuzluqlarını inkar etmək siyasətinin və ağlasığmaz ümidlərinin reallaşması naminə böhtan insunasiyalarında manyakcasına inadkarlığın mahiyyətini çox gözəl ifadə edir.

Obyektiv təhlil qaydaları hadisələrin müqayisəli və xronoloji baxımdan dəqiq tutuşdurulmasını tələb edir və tərəflərin əsl məqsədlərini kifayət qədər dəqiq üzə çıxarmağa imkan verir. Bu hədəflər isə çox vaxt hadisələrin zahiri formaları arxasında gizlənir. Biz də bu qaydaya riayət edərək dövlət sərhədində baş verən hadisələrin xronoloji ardıcıllığını nəzərdən keçirməyə və erməni tərəfin əslində pis oyun zamanı yaxşı mina nümayiş etdirməyə yönəlmiş indiki addımlarının real mahiyyətini göstərməyə çalışacağıq.

2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq qərarına əsasən, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindəki hissəsinin qorunması Azərbaycan Dövlət Sərhəd Xidmətinə həvalə edilib. Bu, Azərbaycanın ali rəhbərliyinin həmin istiqamətdə gərginliyi azaltmaq və sərhəd infrastrukturunu təkmilləşdirmək istəyinin göstəricisidir.

Bu qərardan dərhal sonra Azərbaycan Sərhəd Xidməti dövlət sərhədində xidmət keçmək, sərhəd döyüş postları tikintisi və onların təchizatı üçün zəruri şərait yaradılması üzrə irimiqyaslı tədbirlər həyata keçirməyə başladı. Qısa müddətdə bu istiqamətdə yeni sərhəd postları istifadəyə verildi, sərhəd mövqeləri arasında təhlükəsiz gediş-gəliş məsələləri həll edilir, digər keyfiyyət dəyişiklikləri baş verir. Bunlar şəxsi heyətin döyüş ruhunun yüksəlməsi ilə müşayiət olunur, bu isə qarşı tərəfi narahat etməyə başlayır.

Erməni tərəfi əvvəlcə həmin dəyişiklikləri özü üçün əlverişli hesab edirdi, onun fikrincə Azərbaycan sərhədçiləri döyüş əməliyyatları aparmağı “bacarmazlar”, buna görə də 2019-cu il yanvarın 12-də Azərbaycan sərhədçilərini “yoxlamağa” cəhd göstərir – mühəndis texnikası iriçaplı atıcı silahlardan atəşə tutulur və bunun müqabilində ermənilər layiqli cavabını alır.

Martın əvvəlində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yol-mühəndis işləri aparılması bəhanəsi ilə öz mövqelərini dövlət sərhəd xətti boyunca irəlilətməyə başlayır. Onların əsl məqsədi isə tərəflərin döyüş mövqeləri arasındakı ərazidə hakim yüksəklikləri ələ keçirmək idi. Azərbaycan tərəfi düşmənin bu niyyətini vaxtında aşkar edir (bax: peyklə çəkilmiş 1-ci şəkil – erməni silahlı qüvvələri tərəfindən 2019-cu il martın 13-16-da döyüş postlarının irəli çəkilməsi ilə bağlı mühəndis işləri).

Erməni bölmələrinin daha əlverişli mövqelərdə möhkəmlənməsinə yol verməmək üçün onları qabaqlamaq və sərhəd döyüş mövqelərini sərhəd xəttinə qədər irəli çəkmək barədə qərar qəbul edilir. Qeyd etmək lazımdır ki, dövlət sərhəd xəttinə kifayət qədər yaxın (80-230 metr) yerləşən erməni tərəfin mövqelərindən fərqli olaraq, o vaxt Azərbaycan tərəfin döyüş mövqeləri sərhəd xəttindən təqribən 2 kilometr aralı idi. İntensiv atəşlərə baxmayaraq və şəxsi heyətin səyləri, habelə onların hərəkətlərinə taktiki baxımdan savadlı rəhbərlik edilməsi sayəsində artıq martın 28-də sərhəd xəttindən təqribən 300 metr aralıda yerləşən hakim yüksəklikdə Azərbaycan sərhədçilərinin yeni döyüş postu qurulur (bax: peyklə çəkilmiş 2-ci və 3-cü şəkillər – erməni silahlı qüvvələri tərəfindən 2019-cu il martın 28-nə qədər döyüş postlarının irəli çəkilməsi üzrə mühəndis işləri). Beləliklə, düşmənin öz mövqelərini irəli çəkmək niyyəti tamamilə neytrallaşdırılır və bu niyyət öz mənasını itirir, erməni silahlı qüvvələrinin yeganə çarəsi Azərbaycanın qürurla dalğalanan milli bayrağını yaxınlıqda köməksiz halda müşahidə etməyə qalır.

Bu vəziyyətlə barışmaq istəməyən erməni tərəfi iyun ayında dövlət sərhədi istiqamətində öz mövqelərini irəlilətmək məqsədilə növbəti dəfə provokasiyaya əl atır və Azərbaycan sərhədçiləri onları qabaqlamaq məqsədilə yenidən təsirli tədbirlər görməyə məcbur olur. Nəticədə iyulun axırlarında Azərbaycan sərhədçiləri öz döyüş mövqelərini irəlilədir və sərhəd xəttinin bilavasitə yaxınlığında hakim yüksəklikdə möhkəmlənir (bax: peyklə çəkilmiş 4-cü şəkil - erməni silahlı qüvvələri tərəfindən 2019-cu il iyulun 31-nə qədər döyüş postlarının irəli çəkilməsi üzrə mühəndis işləri). Bunun sayəsində erməni silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi, həmçinin Gürcüstandan Ermənistana gedən qaz boru kəməri və qaz-kompressor stansiyası (bax: şəkil 5) Azərbaycan sərhədçilərinin tam nəzarəti altına düşür. Bu, erməni tərəfi üçün əsl şok olur.

Erməni tərəfi buna cavab olaraq, snayperləri ön mövqelərə hərəkət etdirir, onların atəşləri nəticəsində Azərbaycanın iki sərhədçisi yaralanır , avtomobil texnikasına, o cümlədən tibb maşınına bir neçə güllə dəyir, bu isə müharibə aparılmasının hamılıqla qəbul edilmiş bütün qanunlarına ziddir. Bunun cavabında Azərbaycan tərəfi şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, nəticədə düşmən tərəfin bir snayperi məhv edilir (https://ru.armeniasputnik.am/politics/20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html) və erməni silahlı bölmələrinin bir neçə hərbi qulluqçusu yaralanır. Bu fakt Ermənistan KİV-ləri tərəfindən də təsdiqlənir ((https://ru.armeniasputnik.am/incidents/20190729/19831771/MID-Armenii-soobschilo-o-gibeli-odnogo-i-ranenii-2-voennykh-na-granitse-s-Azerbaydzhanom.html).

Bəs həmin vaxtda erməni tərəfi nə edir? Düz fikirləşirsiniz. Həqiqətə tam zidd olan ictimai rəy formalaşdırmağa başlayır. Məsələn, Ermənistan Müdafiə nazirinin müavini Qabriyel Balayan avqustun 12-də Azərbaycanla həmsərhəd Tavuş istiqamətində erməni ordusunun mühüm uğurları barədə bəyanatla çıxış edir (https://ru.armeniasputnik.am/society/20190812/20036476/Armyanskie-VS-poluchili-preimuschestvo-nad-ryadom-pozitsiy-Azerbaydzhana---Balayan.html). Lakin onlar burada da, necə deyərlər, uğursuzluğa düçar olur. Avqustun 16-da Azərbaycan Dövlət Sərhəd Xidməti DSX-nın nümayəndəsi general-mayor Elçin İbrahimovun şəxsində bu informasiyanı tamamilə təkzib edən bəyanatla çıxış edir və göstərir ki, əksinə, təmas xəttində strateji üstünlük Azərbaycan tərəfinə məxsusdur.

Təəssüf ki, bundan sonra dövlət sərhədində vəziyyət gərgin olaraq qalır. Erməni tərəfi Azərbaycan sərhədçiləri tərəfindən layiqincə dəf edilməsinə baxmayaraq, atəşkəs rejimini pozmaqda israrla davam edir, nəticədə 61 yaşlı azərbaycanlı ekskavatorçu ölümcül yaralanır və bunun cavabında Azərbaycan sərhədçiləri düşmənin bir neçə hərbi qulluqçusunu neytrallaşdırır (https://ru.armeniasputnik.am/politics/20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html,http://armenianreport.com/pubs/228991/, http://armenianreport.com/pubs/228983/).

Erməni tərəfin gərginliyi artırmaqda əsas məqsədinin nə olduğunu soruşsaq, bu sualın ən məntiqi cavabı belə olar ki, onlar Azərbaycan sərhədçilərini cavab tədbirləri görməyə təhrik etmək və bu fonda özlərini zərərçəkmiş tərəf kimi qələmə vermək, bundan istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müvafiq mexanizmlərinə təsir etməyə çalışmaq istəyirlər. Təxminən 30 il bundan əvvəl belə “fəndlər” ermənilərə ciddi üstünlük gətirmişdi, lakin xoşbəxtlikdən indi zəmanə dəyişib və bütün dünya ermənilərin yalanları və məkirliliyi barədə kifayət qədər məlumatlıdır.

Yuxarıda deyilənləri yekunlaşdıraraq, bu nəticələrə gəlmək olar: təmas xəttində gərginliyini artırılması ilə bağlı bütün halların təşəbbüskarı Ermənistan silahlı qüvvələrinin bölmələri olub. Həm mart ayında, həm də iyun ayında erməni tərəfin provokasiyaları bumeranq effekti ilə başa çatıb, yəni onların hərəkətlərinə cavab olaraq Azərbaycan sərhədçiləri həmhüdud ərazinin strateji əhəmiyyətli hissələrini öz nəzarəti altına götürüb və ermənilərin təhrikçiliyinə qarşı aparılan əks əməliyyat nəticəsində Azərbaycan sərhədçilərinin döyüş mövqeləri 1,5-1,7 kilometr irəliləyib və erməni ordusunun döyüş mövqeləri bizimkilərin tam nəzarəti altına düşüb (Bunun nəticəsində Ermənistanın neçə hektar ərazisi Azərbaycan sərhədçilərinin nəzarəti altına keçməsi barədə nəticə çıxarmağı oxuculara həvalə edirik).

Bəs bu vəziyyətdə erməni silahlı qüvvələrinin komandanlığı nə edir? Onlar özlərini hərbi avantürasına və döyüşdə məruz qaldığı itkilərə görə məsuliyyəti etiraf etmək əvəzinə “Tavuş istiqamətində ciddi hərbi-strateji uğur qazanmaları” barədə raport verir. Bu, 3-cü ordunun korpus komandiri, polkovnik Qriqori Xaçaturova (KTMT-nin sabiq baş qərargah rəisi, sabiq baş katib, hazırda istintaq altında olan Yuri Xaçaturovun oğluna) general-mayor hərbi rütbəsi verilməsi ilə, habelə Ermənistanın müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan ilə sərhəddə guya 140 hektar ərazinin azad edilməsi barədə çoxsaylı feyk məlumatın yayılması ilə təsdiqlənir.

Lakin erməni təbliğat-təşviqat maşını bununla da kifayətlənmir. Ermənistanın xüsusi xidmət orqanlarındakı kuratorları tərəfindən istiqamətləndirilən erməni KİV-ləri, həmçinin erməni diasporu tərəfindən səxavətlə sponsorluq edilən xarici medialar (məsələn, Hollandiyanın “bellingcat.com” saytı), yenə də Göbbelsin “yalan nə qədər dəhşətli olsa, kütlə ona bir o qədər həvəslə inanır” fikrini rəhbər tutaraq Azərbaycan tərəfi guya Gürcüstan ərazisinə müdaxilə etməkdə təqsirləndirərək Gürcüstanı da bu məsələyə cəlb etməyə çalışırlar. Bu halda bir neçə məqsəd güdülür: Azərbaycan-Gürcüstan münasibətlərinə nifaq salmaq; Gürcüstanı öz ərazisindən Ermənistana qarşı istifadə edilməsi məqsədilə həmin ərazini Azərbaycana verməkdə günahlandırmaq; özlərinin Gürcüstan ərazisini tutmaq planları üçün zəmin hazırlamaq. Bunu təsdiq edən müxtəlif bəyanatlar var: əgər Gürcüstan özü tədbir görməsə, Ermənistan öz ərazisinə qarşı təhlükənin qarşısını istənilən vasitələrlə almaq hüququnu saxlayır; Ermənistanın özü tərəfindən Gürcüstan torpaqlarının tutulmasını ört-basdır etmək – bu işğal nəticəsində Gürcüstan ərazisində on minlərlə kvadratmetr ərazi, o cümlədən Gürcüstandakı Xucabi monastrı erməni silahlı dəstələrinin nəzarəti altına düşüb. Gürcüstanın “kavkazplus.com” saytı bu il 5 noyabr tarixli materialda bu barədə ətraflı yazıb (http://kavkazplus.com/news.php?id=26929#.XccFpDMzbIU).

Bu insunasiyalar fonunda iyulun 14-də Azərbaycan-Gürcüstan dövlət sərhədindəki “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində Azərbaycan sərhədçilərinə qarşı törədilmiş provokasiya yada düşür. Bu provokasiyanın təşkilatçılarının və icraçılarının niyyətinə görə o, gürcü vətəndaşları arasında çoxsaylı tələfata gətirib çıxarmalı və bununla da Azərbaycan-Gürcüstan münasibətlərini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirməli idi. Yalnız Azərbaycan sərhədçilərinin şüurlu və misilsiz təmkinli davranışı sayəsində bu mürəkkəb, süni şəraitdə yaradılmış və israrla qızışdırılan vəziyyəti idarə etmək mümkün oldu.

Böyük ehtimalla demək olar ki, Azərbaycanın Ermənistan və Gürcüstan ilə sərhədində yuxarıda göstərilən hadisələr arasında birbaşa əlaqə olub. Yetərincə əsaslandırılmış bu fərziyyəni həmin hadisələr barədə erməni mətbuatında dərc olunmuş materialların adi təhlili ilə də təsdiqləmək olar.

Proseslərin inkişafının sadə məntiqi göstərir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsində marağı olan yeganə region dövləti Ermənistandır. Burada onu da xatırlamaq yerinə düşər ki, Ermənistanın Azərbaycanla Gürcüstanı savaşdırmağa çalışması ilk dəfə deyil. 2017-ci il yanvarın 11-də “panarmenian.net” saytında dərc edilmiş “Azərbaycan təqribən 1000 hektar ərazini işğal edərək Gürcüstan ərazisində dayaq məntəqələri qurub” sərlövhəli material buna sübutdur (http://www.panarmenian.net/rus/news/229791/).

XXI əsrdə, hər hansı informasiyanın əlçatan olduğu şəraitdə öz məğlubiyyətini müzəffər qələbələr kimi qələmə vermək cəhdləri üstündə dayandığı budağı kəsməyə bənzəyir.

 
  • Oxunub:  1380  |  
  • Tarix:  13-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7