Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Azəriqaz”da istehsalat müşavirəsi keçirilib

“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib

13.11.2019 [17:21]

“Azəriqaz” İstehsalat Birliyində rəhbər heyət, eləcə də struktura daxil olan departament, şöbə və idarələrin rəhbər işçilərinin iştirakı ilə geniş istehsalat müşavirəsi keçirilib.

Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev cari il üçün nəzərdə tutulan işlərin əksəriyyətinin tamamlanmaq üzrə olduğunu deyib. Bildirib ki, xüsusən də bu il ərzində qazlaşdırılacaq 92 yaşayış məntəqəsi və yaşayış massivində işlər yekunlaşmaqdadır, ardıcıl olaraq qaz açılışları təmin edilir.

Bundan başqa, baş direktor bütün struktur bölmələrin qarşısında konkret tapşırıqlar qoyub: “Abonent “Azəriqaz” İB-nin üzləşdiyi texniki problemlərdən əziyyət çəkməməlidir. Biz bu işləri elə icra etməliyik ki, vaxtında səmərəsi olsun və normal, texniki rejimlərə uyğun qaz təchizatı həyata keçirilsin”.

R.Əliyev müşavirədə bir daha müvafiq qurumlar, o cümlədən regional idarələrə qısa müddət ərzində işlərində hiss ediləcək dərəcədə dönüş yaratmalarını tapşırıb. Eyni zamanda, şikayətlərin vaxtında və operativ araşdırılması, sayğacların yoxlanışı prosesində abonentlərin iştirakına diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

“Azəriqaz” İB-də bu cür istehsalat müşavirələrinin hər ay keçirilməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31