Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb

Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb

13.11.2019 [20:00]

“Azərbaycanda nəqliyyatın dekarbonizasiyası” layihəsinin məqsədləri və planlaşdırılan tədbirlər barədə müvafiq tərəflərin məlumatlandırılması məqsədilə rəsmi açılış iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakıda baş tutan görüşə Beynəlxalq Nəqliyyat Forumu, həmçinin İqlim, Ətraf Mühit və Enerji üzrə “Wuppertal” İnstitutunun nümayəndələri də qatılıblar. Eyni zamanda, iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq şöbə və qurumlarının, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Statistika Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, SOCAR-ın, Bakı Mühəndislik, Azərbaycan Texniki universitetlərinin nümayəndələri və UNDP-nin EU4Climate layihəsi üzrə nümayəndəsi iştirak edib.

Beynəlxalq Nəqliyyat Forumu tərəfindən 2019-2022-ci illər ərzində keçiriləcək “İnkişaf etməkdə olan iqtisadiyyatlarda nəqliyyatın dekarbonizasiyası” adlı layihə Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi, Tikinti və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilir. Məqsəd 4 ölkə - Azərbaycan, Argentina, Hindistan və Mərakeşdə iqlimlə bağlı hədəf və öhdəliklərin yerinə yetirilməsi üçün nəqliyyat sahəsində proqramların hazırlanmasına köməklik göstərilməsidir.

Bu gündən noyabrın 15-dək Azərbaycanda mövcud nəqliyyat problemləri və nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində görülən işlərə dair aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun üzvüdür. Bu layihədə iştirak “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi” üzrə öhdəliklərin yerinə yetirilməsinə müsbət töhfə verəcək.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31