Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb

Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb

14.11.2019 [12:28]

Bank sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 6,3 faiz (1,9 milyard manat) artaraq sentyabrın 30-na 31,4 milyard manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

O bildirib ki, banklar kreditləşmə fəaliyyətini aktivləşdirib və növbəti dövrdə maliyyələşmənin davam etdirilməsi üçün yetərli likvid resurs və kapital buferi formalaşıb. Müştərilərə verilən kreditlər 13 milyon 872 manat, o cümlədən biznes subyetklərinə 8539 manat, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə 2 milyon 22 min manat təşkil edib. Likvid aktivlər 8 milyon 213 min manat, cəmi aktivlər 31 milyon 363 manat olub: “Prudensial normativlər üzrə tələblərin yumşaldılması sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini stimullaşdıracaq. Kiçik və orta biznes subyektlərinə verilən biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 100 faizdən 50 faizədək) və ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 75 faizdən 50 faizədək, xarici valyutada 100 faizdən 75 faizədək) azaldılıb”.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31