Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb

AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb

14.11.2019 [20:57]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərin nəticələrinə uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri və regionlarda maarifləndirici təlimlərə başlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika üzrə 1643 məktəbəqədər təhsil müəssisəsində keçiriləcək təlimin məqsədi qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, monitorinqlər zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması, məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarına qida təhlükəsizliyi sahəsində mövcud yeniliklərin aşılanması və onların bu sahədə bilik və bacarıqlarının artırılmasıdır.

Cari ilin sonunadək davam edəcək təlimlərdə sanitar-gigiyenik normalar, tullantılara nəzarət, məhsulların qəbulu və saxlanması qaydaları, mal qonşuluğu prinsipi, baş verəcək təhlükələrdən sığortalanmaq üçün profilaktik tədbirlərin təşkili və ona nəzarət mexanizminin yaradılması, məktəbəqədər təhsil müəssisələrində qidaların enerji dəyərinin yaş qrupuna görə müəyyənləşdirilməsi və s. mövzular üzrə geniş məlumatlar veriləcək, təqdimatlar olacaq.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31