Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans işə başlayıb
A+   Yenilə  A-
Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Dünyada yeni texnologiyaların inkişafı, cəmiyyət həyatının müxtəlif sahələrində süni intellektdən və robot texnikasından istifadə müasir dövrün reallıqlarındandır.

Son illərdə Azərbaycanda da Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatında dünya elminin müasir nailiyyətləri tətbiq edilir. Belə ki, Azərbaycan kosmosa üç peyk göndərib, ölkədə “İntellektual nəqliyyat” sistemi yaradılıb.

Azərbaycanın məhkəmə-hüquq sistemində müasir texnologiyaların tətbiqi üzrə əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Dünyada süni intellektin və robot texnikasının geniş tətbiqi beynəlxalq və milli hüququn qarşısında ciddi məsələlər qoyur. Ölkəmizin nailiyyətlərinin dünya ölkələri ilə paylaşmaq, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiq olunmasına dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun noyabrın 15-də tarixində Bakıda təşkil etdiyi “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfrans məhz sözügedən məsələlərə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimovun giriş sözü ilə açılan beynəlxalq konfransda süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsində son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxış edərək süni intellekt və robotlardan istifadənin hüquq elmində tamamilə yeni bir istiqamət formalaşdırdığını, hüquq və insan haqları kontekstində süni intellektin cəmiyyətdə yeni çağırışlar edən mühüm məsələ olduğunu qeyd edərək dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan elmində, eyni zamanda, insan hüquqları sahəsində sözügedən mövzuya dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə belə bir konfransın keçirildiyini diqqətə çatdırıb.

Daha sonra Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxışında bildirib ki, Avropa Komissiyası müvafiq regionda məhkəmə sisteminin, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunun fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin artırılmasının təşviqi və dəstəklənməsi ilə fəal məşğul olur. CEPEJ tərəfindən üzv dövlətlərdə ədliyyənin səmərəliliyi və keyfiyyətinin artırılması məqsədilə çox sayda rəhbər qaydalar və digər sənədlər hazırlanır, habelə müxtəlif aktual mövzulara dair elmi tədqiqatlar aparılır. Onlardan biri kimi, CEPEJ ötən ilin dekabr plenar iclasında “Süni intellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”nı qəbul edib, bu da Avropada ilk dəfə olaraq siyasətçilərə, qanunvericilərə və ədliyyə sahəsində çalışan rəhbər şəxslərə milli məhkəmə proseslərində süni intellektin sürətli inkişafı məsələsində istiqamət verə biləcək normativ prinsiplər çərçivəsini təmin edib. Unudulmamalıdır ki, süni intellekt qanunun aliliyinin təminatlarını, həmçinin ədliyyəyə əlçatımlığı və ədalət mühakiməsinin keyfiyyətini azaltmaq deyil, əslində gücləndirməlidir. Ramin Qurbanov süni intellektin tətbiqinin insan hüquqlarına birbaşa təsir göstərə biləcəyini, bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyasını məhz rəhbərlik etdiyi qurum tərəfindən hazırlanaraq təsdiq olunduğunu, həmin Avropa standartlarına bütün üzv dövlətlərin riayət edəcəklərinin zəruriliyini, habelə Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsi vacibliyini və ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün Azərbaycanın məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlərin görülməsini bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına əsasən ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların inamının artırılması, onların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və genişləndirilməsi, məhkəmə sistemi və qərarların icra xidmətinin elektronlaşdırılması, həmçinin müxtəlif texnoloji yeniliklərin tətbiqi ilə bağlı ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü islahatlar davam edir.

Bu islahatlar çərçivəsində görülən işlərin nəticəsi olaraq, hazırda müxtəlif sahələrdə avtomatlaşdırılmış elektron sistemlərdən, süni intellektin müxtəlif elementlərindən uğurla istifadə olunur və belə texnologiyaların tətbiqi daha da genişləndirilir.

 
  • Oxunub:  1440  |  
  • Tarix:  15-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır

16 Dekabr 17:29
Ədliyyə Nazirliyi Qlobal Hüquqşünaslar Forumunda təmsil olunub
16 Dekabr 17:18
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib
16 Dekabr 17:17
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib
16 Dekabr 17:12
Yevlaxın Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evi qazlaşdırılıb
16 Dekabr 17:10
Bakı Nəqliyyat Agentliyi beynəlxalq komitəyə üzv seçilib
16 Dekabr 17:08
Tural Gəncəliyev: Ermənistanın ayrıseçkilik siyasəti aparması bu ölkənin illərdi həyata keçirdiyi ideologiyanın təzahürüdür
16 Dekabr 16:54
Seymur Orucov: Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb
16 Dekabr 16:51
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə kəndlərində görüş keçirmişdir
16 Dekabr 16:47
Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
16 Dekabr 16:45
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirildi
16 Dekabr 16:42
YAP Bərdə rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam etdirir
16 Dekabr 16:38
Eldar İbrahimov: Həyata keçirilən islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir
16 Dekabr 16:35
Azər Badamov: Sahibkarlar ölkəmizin inkişafına öz töhfələrini verirlər
16 Dekabr 16:32
Gürcüstan 11 ayda idxal etdiyi avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb
16 Dekabr 16:18
Müdafiə Nazirliyi: Bölmələr qış mövsümünə hazırdır
16 Dekabr 16:10
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi olub
16 Dekabr 16:04
İxraca nəqliyyat və logistika dəstəyi üzrə imkanlar müzakirə olunub
16 Dekabr 15:58
Azərbaycanın Filippindəki fəxri konsuluna diplomatik xidmət orqanlarımızın yubiley medalı təqdim olunub
16 Dekabr 15:48
AHİK-in sədri Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib
16 Dekabr 15:42
Ölkəmiz UNESKO-nun 14-cü sessiyasında təmsil olunub
16 Dekabr 15:36
AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək
16 Dekabr 15:32
“U. S. News & World Report” jurnalının reytinq siyahısı: Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır
16 Dekabr 15:27
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
16 Dekabr 15:23
Fransa–Azərbaycan ədəbi əlaqələri müzakirə edilib
16 Dekabr 14:52
“Əbədi ezamiyyət” sənədli filmi BDU-da nümayiş olunub
16 Dekabr 14:48
Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək
16 Dekabr 14:17
İstanbulda erməni terrorçu tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin abidəsi ucaldılacaq
16 Dekabr 13:57
Dekabrın 17-də ölkə ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək
16 Dekabr 13:51
Azərbaycan ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında mədəni əlaqələr müzakirə edilib
16 Dekabr 13:44
Səyavuş Heydərov: Ermənistan arabir bəzi məbədləri təmir etməklə çirkin əməllərini gizlətməyə çalışır
16 Dekabr 13:34
MÜSİAD Azərbaycan 2021-ci ildə beynəlxalq biznes forum təşkil edəcək
16 Dekabr 13:31
Günel Səfərova : Elmi diasporumuz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
16 Dekabr 11:38
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb
16 Dekabr 11:29
Azərbaycanın Rusiyanın Həştərxan vilayəti ilə əlaqələri genişlənir
16 Dekabr 11:06
Dekabrın sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək
16 Dekabr 10:43
Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək
16 Dekabr 10:35
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalında iştirak edib
16 Dekabr 10:26
İv Lasmartres: Müasir Azərbaycanın inkişafı Heydər Əliyevin sayəsində mümkün olub
16 Dekabr 10:22
Jan-Pyer Allali: Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür
16 Dekabr 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub
16 Dekabr 09:13
Stokholmda baş tutan festivallarda Azərbaycanın milli rəqsləri nümayiş olunub
16 Dekabr 08:52
“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər
16 Dekabr 08:38
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub
14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7