Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub

Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub

15.11.2019 [11:12]

Uzunluğu 11,4 kilometr olan Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli Zərdab–Qaravəlli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.

Layihə çərçivəsində yeni yol yatağı inşa edilib, suların ötürülməsi məqsədilə 456 poqonmetr dəmir, həmçinin 72 poqonmetr dəmir-beton borular quraşdırılıb, eləcə də asfalt-beton örtüyü döşənib.

Eyni zamanda, avtobus dayanacaqları tikilib, 306 siqnal dirəyinin, 52 yol nişanı və 11 kilometr yolgöstəricisinin quraşdırılması, həmçinin xətlənmə işləri aparılıb.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31