Ana səhifə »  Qəzetin pdf formatı »  2020-ci ilin dövlət büdcəsinin 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcək
A+   Yenilə  A-
2020-ci ilin dövlət büdcəsinin 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcək

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, hazırda 2020-ci ilin büdcə zərfinə daxil olan məsələlər gündəmin əsas mövzularından biridir. Artıq Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri geniş müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub. Sizcə, gələn ilin dövlət büdcəsinin əsas üstünlükləri nədən ibarətdir?

- Bilirsiniz ki, Azərbaycan milli maraqlar üzərində qurulan, praqmatik yanaşmalara, cəmiyyətdən gələn sosial sifarişlərə əsaslanan, eyni zamanda daim qarşıya yeni hədəflər qoymaqla reallaşdırılan məqsədyönlü siyasət sayəsində bütün parametrlər baxımından yüksək inkişafa nail olub. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasəti bilavasitə islahatlar kursu kimi səciyyələndirmək mümkündür. Ölkənin zəngin potensialı və qlobal miqyasda meydana çıxan çağırışlar, yeni inkişaf trendləri nəzərə alınmaqla hazırlanan islahatlar, deyə bilərik ki, həyatın bütün sahələrini əhatə etmişdir və beləliklə də, respublikamızın nümunəvi inkişaf modeli formalaşmışdır. Təsadüfi deyil ki, Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu, dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi, biznes mühitinin optimallaşdırılması, infrastruktur təminatının yaxşılaşdırılması, bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması və digər istiqamətlərdə qazandığı uğurlar beynəlxalq səviyyədə nüfuzlu reytinq agentliklərinin, o cümlədən Dünya Bankının, Ümumdünya İqtisadi Forumunun bir qədər bundan əvvəl yayılan son hesabatlarında yüksək dəyərləndirilib.

Bütövlükdə, 2019-cu ilin ötən dövrü Azərbaycan dövlətçiliyi tarixində çox ciddi məqamlarla yadda qalmışdır. Keçirilən bir sıra hökumətlərarası və beynəlxalq tədbirlərdə möhtərəm Prezidentimiz İlham Əliyev dünya şöhrətli lider kimi qəbul olunmuş və Bakı şəhəri bundan sonra da bir neçə il bu tipli görüşlərə ev sahibliyi edəcəkdir.

Azərbaycan əhalisi və hər birimiz üçün önəmli hadisələrdən biri də Prezidentimizin dəfələrlə səsləndirdiyi kimi 2019-cu il ölkəmizdə sosial müdafiənin gücləndirilməsi ili kimi yadda qaldı. Belə ki, iki paket Fərman və sərəncamlarda Azərbaycan əhalisinin 4,2 milyon nəfəri, təxminən 3 milyard manat civarında sosial müdafiə ilə əhatə olundu, vətəndaşlarımızın böyük bir qrupunun ödənişləri 40%-dən 2 dəfəyə qədər yüksəldi.

Büdcə məsələlərinə gəlincə, deyə bilərəm ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.

2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub.

- Büdcənin sosialyönümlü olması ilə bağlı nə deyə bilərsiniz?

- 2020-ci ilin ilkin büdcə müzakirələri bir daha onu göstərdi ki, təkcə 2019-cu il yox, qarşıdan gələn bütün illər rəqəmlərin dili ilə desək, zaman-zaman sosial siyasətin yaxşılaşdırılması və müdafiənin daha da gücləndirilməsi illəri olacaqdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq gələn ilki büdcəmiz təxminən 27 milyard manat təşkil edəcək. Bu maliyyə toplumunun böyük bir hissəsi, yəni 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcəkdir.

Ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.

Mən fürsətdən istifadə edib, gələn il üçün sosial müdafiənin güclənməsinə yönəlmiş bəzi rəqəmləri bir daha yada salmaq istəyirəm. Təkcə əhalinin məşğulluq imkanlarının artırılması sahəsində aparılacaq tədbirlərə gələn il bu ilə nisbətdə 44 faiz çox vəsait ayrılır. Ünvanlı dövlət sosial yardımları üçün 2019-cu ilə nəzərdə tutulmuş vəsaitlərin həcmi gələn il 30 faiz artırılacaq və bu hesaba əlavə 13 min ailənin müavinət almaq imkanları artacaqdır. Belə ailələrin sayı 90 mini ötəcəkdir.

- Hadi müəllim, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci üçün büdcəsində hansı məsələlər öz əksini tapır?

- Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci ilə olan büdcəsi də geniş müzakirə mövzusudur. Gələn il üçün bu büdcədə 4 milyard 825 milyon 508 min 800 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da əvvəlki illə müqayisədə 697,41 milyon manat və ya 17 faiz çoxdur.

Təkcə onu demək kifayətdir ki, bu büdcənin tərkibində transfertin həcmi 2012-ci ildə mövcud olan 42 faizdən gələn il üçün 29 faizə enərək 1 milyard 427 milyon manat təşkil edəcəkdir. Onu da qeyd edim ki, bu büdcənin artan böyük məbləği məhz DSMF-nin öz imkanları hesabına toplanacaqdır.

Sevindirici hal bir də odur ki, Prezidentimizin apardığı struktur islahatlarının səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması bu büdcənin artımında özünü kəskin surətdə göstərə bildi. Ehtimallar var ki, bu artımlar gələn ildə çoxalacaq və DSMF əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaqdır. Rəqəmlər bir daha onu deməyə imkan verir ki, gələn il pensiyaların və əmək haqqlarının artım tempi davamlı surətdə çoxalacaqdır.

Bir önəmli məqamı da xüsusi vurğulamaq istəyirəm. DSMF-nin xərclər qrafasında bu il üçün nəzərdə tutulmuş vəsaitlərin səmərəli istifadə edilməsi də təqdirə layiqdir.

Sənəddəki rəqəmlərdə, öz əksini bariz surətdə tapmasa da, əhaliyə göstərilən yüksək xidmət, yaradılan şəffaflıq, operativlik, müraciət edənlərin məmnunluğu bu qurumun həm də DOST xidməti vasitəsilə gördüyü təqdirəlayiq işlərdəndir. Pensiyaların elektron qaydada ödənilməsi texnologiyası və bununla yanaşı artıq müavinətlərin 14 növünün bu qaydada paylaşılması məmur-vətəndaş təmasının sıfıra yaxınlaşmasına imkan yaradır.

Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm, son bir il ərzində bu qurum əhaliyə informasiya çatdırılması, sual-cavab təminatına geniş miqyasda şərait yaratmış, hər bir vətəndaşa çatmaq üçün təbliğat mexanizmlərindən təqdirə layiq istifadə edə bilmişdir. Belə ki, bu məqsədlər üçün saytlar, internet səhifələri yaradılmış və əhalini düşündürən suallara bu yolla operativ, təcili və dəqiq cavab tapıla bilinir. Açığını deyim ki, bu qəbildən parlamentə daxil olan şikayət və ərizələrin də sayı son vaxtlar xeyli azalmışdır.

Parlamentdə aparılan geniş müzakirələrdə bütün müsbət məqamlar və möhtərəm Prezidentimizin bu sahədəki qarşıya qoyduğu vəzifələrin nazirlik tərəfindən uğurla həyata keçirildiyi xüsusi vurğulandı. Bununla yanaşı bir sıra problem və uyğunsuzluqlara da diqqət cəlb edildi. Belə ki, əlilliyin müəyyələşdirilməsiylə bağlı nazirliyin yaratdığı elektron sistem son vaxtlar bəzi boşluqlarıyla və narahat görüntüləriylə sual doğurur. Müzakirələr zamanı çıxışlarda səsləndi ki, səhiyyə orqanları tərəfindən sənədlərin verilməsində pərakəndəliyin və sistemsizliyin mövcudluğu da buna səbəb olur.

Düşündürən bir statistikanı da diqqətə çatdırmaq istərdim. 2017, 2018, 2019, 2020-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına idman cəmiyyətləri üçün nəzərdə tutulmuş vəsaitlərinin hətta əmək haqqı göstəriciləri belə demək olar ki, tamamilə dəyişməmişdir. Nəzərə alsaq ki, bu illərdə ölkəmizin idman uğurları xeyli artıb və minimum əmək haqqı bütün sistemlərdə çoxalıb, bu göstəricinin artırılmasına böyük ehtiyac var. Onu da deyim ki, bunun üçün çox kiçik bir məbləğ vəsait tələb olunur.

Bu məsələlərlə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ətraflı və hərtərəfli cavablar verdi, nöqsanların səbəblərini açıqladı, görüləcək gələcək islahatlardan danışdı.

Bütövlükdə isə hesab edirəm ki, gələn ilin büdcə zərfində sosial məsələlər mühüm yer tutur.

 
  • Oxunub:  1380  |  
  • Tarix:  15-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır

16 Dekabr 17:29
Ədliyyə Nazirliyi Qlobal Hüquqşünaslar Forumunda təmsil olunub
16 Dekabr 17:18
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib
16 Dekabr 17:17
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib
16 Dekabr 17:12
Yevlaxın Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evi qazlaşdırılıb
16 Dekabr 17:10
Bakı Nəqliyyat Agentliyi beynəlxalq komitəyə üzv seçilib
16 Dekabr 17:08
Tural Gəncəliyev: Ermənistanın ayrıseçkilik siyasəti aparması bu ölkənin illərdi həyata keçirdiyi ideologiyanın təzahürüdür
16 Dekabr 16:54
Seymur Orucov: Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb
16 Dekabr 16:51
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə kəndlərində görüş keçirmişdir
16 Dekabr 16:47
Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
16 Dekabr 16:45
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirildi
16 Dekabr 16:42
YAP Bərdə rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam etdirir
16 Dekabr 16:38
Eldar İbrahimov: Həyata keçirilən islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir
16 Dekabr 16:35
Azər Badamov: Sahibkarlar ölkəmizin inkişafına öz töhfələrini verirlər
16 Dekabr 16:32
Gürcüstan 11 ayda idxal etdiyi avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb
16 Dekabr 16:18
Müdafiə Nazirliyi: Bölmələr qış mövsümünə hazırdır
16 Dekabr 16:10
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi olub
16 Dekabr 16:04
İxraca nəqliyyat və logistika dəstəyi üzrə imkanlar müzakirə olunub
16 Dekabr 15:58
Azərbaycanın Filippindəki fəxri konsuluna diplomatik xidmət orqanlarımızın yubiley medalı təqdim olunub
16 Dekabr 15:48
AHİK-in sədri Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib
16 Dekabr 15:42
Ölkəmiz UNESKO-nun 14-cü sessiyasında təmsil olunub
16 Dekabr 15:36
AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək
16 Dekabr 15:32
“U. S. News & World Report” jurnalının reytinq siyahısı: Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır
16 Dekabr 15:27
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
16 Dekabr 15:23
Fransa–Azərbaycan ədəbi əlaqələri müzakirə edilib
16 Dekabr 14:52
“Əbədi ezamiyyət” sənədli filmi BDU-da nümayiş olunub
16 Dekabr 14:48
Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək
16 Dekabr 14:17
İstanbulda erməni terrorçu tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin abidəsi ucaldılacaq
16 Dekabr 13:57
Dekabrın 17-də ölkə ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək
16 Dekabr 13:51
Azərbaycan ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında mədəni əlaqələr müzakirə edilib
16 Dekabr 13:44
Səyavuş Heydərov: Ermənistan arabir bəzi məbədləri təmir etməklə çirkin əməllərini gizlətməyə çalışır
16 Dekabr 13:34
MÜSİAD Azərbaycan 2021-ci ildə beynəlxalq biznes forum təşkil edəcək
16 Dekabr 13:31
Günel Səfərova : Elmi diasporumuz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
16 Dekabr 11:38
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb
16 Dekabr 11:29
Azərbaycanın Rusiyanın Həştərxan vilayəti ilə əlaqələri genişlənir
16 Dekabr 11:06
Dekabrın sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək
16 Dekabr 10:43
Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək
16 Dekabr 10:35
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalında iştirak edib
16 Dekabr 10:26
İv Lasmartres: Müasir Azərbaycanın inkişafı Heydər Əliyevin sayəsində mümkün olub
16 Dekabr 10:22
Jan-Pyer Allali: Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür
16 Dekabr 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub
16 Dekabr 09:13
Stokholmda baş tutan festivallarda Azərbaycanın milli rəqsləri nümayiş olunub
16 Dekabr 08:52
“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər
16 Dekabr 08:38
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub
14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7