Ana səhifə »  Qəzetin pdf formatı »  Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
A+   Yenilə  A-
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II Bakı Sammitinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarları, habelə II Bakı Sammitində iştirakı və dərin məzmunlu çıxışı yüksək dəyərləndirilib.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyəti, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri qeyd edilib.

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq bildirilib.

Zati-müqəddəsləri Moskva və Bütün Rusiya Patriarxı Kirillin sivilizasiyalararası və dinlərarası əməkdaşlığa töhfələri, bölgədə və beynəlxalq miqyasda sülhün və əmin-amanlığın qorunmasında, eləcə də qarşılıqlı etimad mühitinin yaradılmasında önəmli rolu qeyd olunub.

Zati-müqəddəsləri Roma Papası Fransiskin 2016-cı il noyabrın 2-də Azərbaycana apostol səfəri zamanı Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi dəyər yüksək qiymətləndirilib. Habelə Papa Fransisk və Əl-Əzhərin baş imamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 2019-cu il fevralın 4-də Əbu-Dabidə imzalanmış “İnsani qardaşlıq, dünyada sülh və birgəyaşayış” Birgə Sənədi alqışlanıb.

Zati-müqəddəsləri bütün Gürcüstan katalikos-patriarxı II İlyanın Qafqaz regionunun ənənəvi tolerantlıq mühitinin qorunmasında, bölgədə sülhə və əmin-amanlığa nail olunmasında və dinlərarası anlaşmanın bu məqsədlər naminə dərinləşməsində müstəsna xidmətləri vurğulanıb.

Qafqaz və ona qonşu olan bölgələrin, Mərkəzi Asiya ölkələrinin dini liderlərinin dinlərarası və məzhəblərarası əməkdaşlığın inkişafına və mənəvi dəyərlərin qorunmasına verdikləri töhfələr qeyd edilib.

Dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini birliklərin rəhbərləri və dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqeyinin bildirilməsi, o cümlədən dinlərarası və sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı əsaslarda təşkil olunmasının əhəmiyyəti vurğulanıb.

Dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlanıb.

Dünya dini liderlərinin sülh, əmin-amanlıq və humanizm ideyalarına xidmət edən dövlət və ictimaiyyət institutları, habelə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının vacibliyi qeyd edilib.

2018-ci ilin 25 iyun tarixində BMT-nin Cenevrədəki Ofisində “Dinlər, inanclar və dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqları” mövzusunda keçirilmiş ümumdünya konfransında qəbul olunmuş və BMT Baş katibi tərəfindən təsdiq edilmiş Bəyannamə alqışlanıb.

Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğu vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Dünyada terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə nəticələndiyindən və bu xüsusda dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından dərin narahatlıq ifadə olunub.

Özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verdikləri, humanizmin təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etdikləri xüsusi vurğulanıb.

Dayanıqlı tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrin həllinə, eləcə də aqressiv təbliğatlara, etnik və dini zəmində yaranan münaqişələrin təhrik olunmasına qarşı mübarizə sahəsində beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinə olan zərurət bildirilib.

Bəyannamədə dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional və ictimai təşkilatlar, dini liderlər sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edilməsini və gücləndirilməsini davam etdirməyə, terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə, terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına çağırılır.

Həmçinin dini dəyərlər rəhbər tutulmaqla yanaşı, dini ayinlərin aidiyyəti dini məkanların yerləşdiyi ölkələrin dövlət siyasəti və milli qanunvericiliyinə tam riayət etməklə yerinə yetirilməsinin təmin olunmasına, media, rabitə və informasiya texnologiyaları vasitəsilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çağırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə maarifləndirilməsinin təşviq edilməsinə, BMT-nin mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdid və təhlükələrin qarşısının alınması üçün birgə səylərin artırılmasına və qlobal dialoqun gücləndirilməsinə, silahlı münaqişə, təqib və zorakılıq nəticəsində əziyyət çəkmiş qaçqınlar, məcburi köçkünlər və miqrantların problemlərinin həllinə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran amillərin aradan qaldırılmasına səy göstərilməsinə çağırış öz əksini tapıb.

Bundan başqa, bəyannamədə bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların və zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət və yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə, UNESKO-nun Nizamnaməsinə istinadən, dini, mədəni və etnik müxtəlifliyin qəbul olunması və buna hörmətlə yanaşılmasının təşviq edilməsinə, habelə dini və mədəni irsin qorunmasına, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və BMT-nin Uşaq Hüquqları Konvensiyasına riayət etməyə, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırış yer alıb.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  15-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır

16 Dekabr 17:29
Ədliyyə Nazirliyi Qlobal Hüquqşünaslar Forumunda təmsil olunub
16 Dekabr 17:18
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib
16 Dekabr 17:17
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib
16 Dekabr 17:12
Yevlaxın Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evi qazlaşdırılıb
16 Dekabr 17:10
Bakı Nəqliyyat Agentliyi beynəlxalq komitəyə üzv seçilib
16 Dekabr 17:08
Tural Gəncəliyev: Ermənistanın ayrıseçkilik siyasəti aparması bu ölkənin illərdi həyata keçirdiyi ideologiyanın təzahürüdür
16 Dekabr 16:54
Seymur Orucov: Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb
16 Dekabr 16:51
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Qocalı, Beyi, Pirəköcə, Xəlsə kəndlərində görüş keçirmişdir
16 Dekabr 16:47
Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
16 Dekabr 16:45
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirildi
16 Dekabr 16:42
YAP Bərdə rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam etdirir
16 Dekabr 16:38
Eldar İbrahimov: Həyata keçirilən islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir
16 Dekabr 16:35
Azər Badamov: Sahibkarlar ölkəmizin inkişafına öz töhfələrini verirlər
16 Dekabr 16:32
Gürcüstan 11 ayda idxal etdiyi avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb
16 Dekabr 16:18
Müdafiə Nazirliyi: Bölmələr qış mövsümünə hazırdır
16 Dekabr 16:10
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi olub
16 Dekabr 16:04
İxraca nəqliyyat və logistika dəstəyi üzrə imkanlar müzakirə olunub
16 Dekabr 15:58
Azərbaycanın Filippindəki fəxri konsuluna diplomatik xidmət orqanlarımızın yubiley medalı təqdim olunub
16 Dekabr 15:48
AHİK-in sədri Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib
16 Dekabr 15:42
Ölkəmiz UNESKO-nun 14-cü sessiyasında təmsil olunub
16 Dekabr 15:36
AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək
16 Dekabr 15:32
“U. S. News & World Report” jurnalının reytinq siyahısı: Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır
16 Dekabr 15:27
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
16 Dekabr 15:23
Fransa–Azərbaycan ədəbi əlaqələri müzakirə edilib
16 Dekabr 14:52
“Əbədi ezamiyyət” sənədli filmi BDU-da nümayiş olunub
16 Dekabr 14:48
Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək
16 Dekabr 14:17
İstanbulda erməni terrorçu tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin abidəsi ucaldılacaq
16 Dekabr 13:57
Dekabrın 17-də ölkə ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək
16 Dekabr 13:51
Azərbaycan ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında mədəni əlaqələr müzakirə edilib
16 Dekabr 13:44
Səyavuş Heydərov: Ermənistan arabir bəzi məbədləri təmir etməklə çirkin əməllərini gizlətməyə çalışır
16 Dekabr 13:34
MÜSİAD Azərbaycan 2021-ci ildə beynəlxalq biznes forum təşkil edəcək
16 Dekabr 13:31
Günel Səfərova : Elmi diasporumuz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
16 Dekabr 11:38
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb
16 Dekabr 11:29
Azərbaycanın Rusiyanın Həştərxan vilayəti ilə əlaqələri genişlənir
16 Dekabr 11:06
Dekabrın sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək
16 Dekabr 10:43
Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını Bakıda izləyəcək
16 Dekabr 10:35
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalında iştirak edib
16 Dekabr 10:26
İv Lasmartres: Müasir Azərbaycanın inkişafı Heydər Əliyevin sayəsində mümkün olub
16 Dekabr 10:22
Jan-Pyer Allali: Azərbaycanın hər bir uğurunda xalqın böyük oğlu Heydər Əliyevin imzası görünür
16 Dekabr 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub
16 Dekabr 09:13
Stokholmda baş tutan festivallarda Azərbaycanın milli rəqsləri nümayiş olunub
16 Dekabr 08:52
“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər
16 Dekabr 08:38
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub
14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7