Ana səhifə »  Qəzetin pdf formatı »  Kərimlivari “sədaqət” və “cəsarət”
A+   Yenilə  A-
Kərimlivari “sədaqət” və “cəsarət”

Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,

YAP İcra katibinin müavini

 

Hər bir siyasi hərəkat geniş kütlələrə xitab edə bilməyəndə, daha doğrusu deməyə sözü olmayanda marginallaşmağa məhkum olur. Bu əslində qaçınılmaz bir nəticədir və həmin siyasi cərəyanın tərəfdarları üçün də ciddi fəsadlar doğurur. İçində olduqları böhranlı situasiyadan çıxmaq üçün şər və böhtan siyasi mübarizə metoduna, əqidə isə alver predmetinə çevrilir. Bu baxımdan AXCP sədri Əli Kərimlinin səsləndirdiyi son fikirlər nəinki xəstə təxəyyülün məhsuludur, hətta həqiqətlə daban-dabana ziddir. Bir illik hakimiyyətlərinin “demokratik məziyyətlərindən” bəhs edən Əli Kərimlinin korlanmış hafizəsini o dövrün bəzi reallıqlarını xatırlatmaq istərdim.

Ulu Öndər Heydər Əliyevin həm beynəlxalq, həm ölkə daxili nüfuzundan o dərəcədə qorxurdular ki, onun rəhbərliyi altında yaradılacaq Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirmək üçün Bakı şəhərində yer ayırmadılar. Məlum olduğu kimi, 500-dən çox nümayəndə olduqca çətin şərtlər altında blokada şəraitnində olan Naxçıvana yollanaraq təsis konfransını orda keçirməyə nail oldular. Onlar hətta Heydər Əliyevin hüquqlarını müdafiə komitəsinin mətbuat konfransına o dövrün daxili işlər nazirinin himayəsində olan “Bozqurd” çuların basqınını təşkil edərək görkəmli akademiklərimiz Fərəməz Maqsudov və Ziya Bünyadova güc tətbiq etmiş, həbsə atmışdılar.

AXC hakimiyyəti şiddət və güc ritorikasını təkcə YAP-a qarşı deyil, cəmiyyətdə onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi.Bu gün sərbəst toplaşmaq hüququnu əldə bayraq edərək ölkəni qərb dövlərlərinə və beynəlxalq təşkilatlara şikayət edən, donos yazan şəxslər özləri hakimiyyətdə olduqları dövrdə belə aksiyalara qətiyyən imkan yaratmırdılar. Misal üçün Nemət Pənahlı meydan hərəkatının növbəti ildönümünü qeyd etmək üçün aksiya təşkil etmək istəyəndə onu və tərəfdarlarını kütləvi şəkildə döyüb həbsə atdılar.Ölkədə terror və qorxu mühiti yaratmaq üçün “xüsusi səlahiyyətlər” verilmiş o dövrün Daxili İşlər nazirinin müxalif partiyaların televiziya debatı zamanı studiyaya etdiyi basqın, müxalif partiya liderinin döyülərək avtomobilin yük yerinə salınması,baş redaktora qəzet yedizdirilməsi, Cənub zonasında dinc sakinlərə qarşı həyata keçirilmiş “subtropik əməliyyatı” AXC-nin “demokratik idarəçiliyinin” yalnız bəzi nümunələridir.

Kriminogen durum o qədər gərginləşmişdi ki, başına 10 nəfər silahlı toplayan hər kəs Bakıda və əyalətlərdə hüququ və qanunu əvəz edirdi. İmkanlı şəxslərin evlərinə polis tərəfindən qanunsuz baxışlar həyata keçirilir, bəzən isə açıq şəkildə talanırdı.

Uzun illər və böyük zəhmət hesabına yaradılmış iqtisadi infrastruktura nəinki tamamilə dağıdılmış, zavod və fabriklər, kolxoz və sovxoz invertarları dəyər-dəyməzinə metallom kimi xarici ölkələrə satılmışdı. Kənd təsərrüfatı və heyvandarlıq tamamilə məhv edilmişdi. İnflasiya faciəli həddə çatmışdı və əhali üçün talon sistemi tətbiq olunurdu. Ərzaq məhsullarının keyfiyyətindən isə danışmağa dəyməzdi. Misal üçün o dövrün baş naziri Pənah Hüseyn əhalini keyfiyyətli ərzaqla təmin etmək əvəzinə xaricidən quş yemi idxal etmişdi.Habelə AXC hakimiyyətinin ölkə iqtisadiyyatına gətirdiyi “yeniliklər”dən biri də “şapka” termini idi.Belə ki, istər xarici, istərsə də daxili investor hakimiyyətdəki müəyyən şəxsləri “görüm-baxım” etmədən heç bir biznes fəaliyyəti ilə məşğul ola bilməzdi.

Belə idarəçiliyin faciəli nəticələri özünü çox da gözlətmədi. Ermənistanla aparılan müharibədə ciddi məğlubiyyətlər və itkilər ard-arda gəlməyə başladı. 1993-cü ilin aprelində müharibənin sonrakı gedişatına birbaşa öldürücü təsir göstərəcək mühüm strateji əhəmiyyətli Kəlbəcər rayonu itirildi.

Bütün bu faciələrin birbaşa günahkarlarından olan Əli Kərimli indi “cəsarət”, “sədaqət” və s. bu kimi ali kateqoriyalardan dəm vurur.

Əvvəlcə “sədaqət” barədə. AXC hakimiyyətinin funksionerlərinin böyük əksəriyyəti Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri və ya əməkdaşları idi. Lakin hakimiyyətə gəldikdən sonra ilk işlərindən biri AMEA-nı bağlamaq və ləğv etmək istiqamətində cəhdlər göstərmək oldu. Yalnız ölkənin elmi ictimaiyyətinin ciddi etirazlarından sonra bu üzdəniraq təşəbbüsün qarşısı alındı. Yəqin ki, bu cəhdin səbəbi uzun illər bu qurumda çalışaraq ortaya heç bir sanballı elmi əsər qoya bilməyən cəbhəçilərin bu idarədən almaq istədikləri qisas hissindən qaynaqlanırdı.

Cəbhəçilər hətta Azərbaycan xalqının uğrunda yarım milyona yaxın itki verdiyi 9 May Qələbə günü də rəsmi bayram təqvimindən çıxardılar. Bununla da onlar xalqımızın keçmişinə olan “hörmət və sədaqət” duyğularını biruzə verdilər.

Bəzən AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir ilin bütün əsas problemlərin mənbəyi kimi göstərilməsinə qarşı çıxılır. Halbuki bəzən nəinki bir il, hətta bir ay və bir həftə belə bir xalqın tarixində tale yüklü rol oynaya bilər.Misal üçün bəşəriyyətin o dövrə qədərki intellektual mirasını özündə birləşdirən İsgəndəriyyə kitabxanası VII əsrdə Xəlifə Ömərin bir əmri ilə yandırılıb külə döndü.Beləliklə, sivilizasiyanın böyük bir xəzinəsi bir anın içində məhv oldu.Bu baxımdan AXC hakimiyyətinin də Azərbaycan tarixindəki rolunu məhz belə qiymətləndirmək olar.

Əli Kərimlinin isə fərdi sədaqət hissini yəqin ki, Azərbaycan cəmiyyətində bilməyən yoxdur. “Xəbərçilik” fəaliyyətinə BDU-da komsomol katibi olduğu zaman rektora göstərdiyi xüsusi xidmətlərlə başlayan bu şəxs dostlarını sataraq özünə karyera quranlardandır. Daha sonrakı mərhələdə mənsub olduğu siyasi təşkilatın qarşısında səcdə etdiyi liderinə xəyanət edərək onun haqqında mətbuata rüsvayedici məlumatlar ötürməyə başladı. Məqsəd onu devirib təşkilat rəhbəri olmaq idi. Sonradan zamanla bu pis vərdişini daha da “inkişaf” etdirərək, öz ölkəsindən qərb dövlətlərinə və beynəlxalq təşkilatlara çuğulçuluq etməyə başladı. Görünür bu xarakter onda daimidir və atalar demişkən “qozbeli qəbir düzəldər”.

Habelə Əli Kərimli Azərbaycanda “mühacir alveri”nin “qurucu və baniləri”ndəndir. Yəni ki,bu günlərdə Almaniyada bu “biznes”də ilişən müsavatçılar cəbhəçilərin yanında olduqca məsum görünür.Çünki Kərimli faktiki rəhbəri olduğu “Azadlıq” qəzetinin xüsusi müxbiri Fikrət Hüseynli vasitəsilə bu biznesi Avropada çoxdan “çiçəkləndirmişdi”.

Bir neçə kəlimə də bu şəxsin “cəsarəti” haqqında. 1993-cü ildə Sürət Hüseynovun qiyamı başladığı gündən ta ki, 1994-cü ildə Ulu Öndər bu qiyamçını zərərsizləşdirənə qədər qiyamçıya müqavimət göstərmək əvəzinə qaçıb Kələkidə gizlənən bu “lider” indi tərəfdarlarına müraciət edərək, onları cəsarətli olmağa səsləyir. O bu şakərini indi də davam etdirir. Kütləvi aksiyalara ya qatılmır,ya da 19 oktyabrda olduğu kimi başa çatdıqdan sonra gəlir. Heç vaxt kütləvi aksiyalar zamanı ön sıralarda olmayan bu şəxs görəsən özündə olmayan bu kefiyyəti başqalarında hansı üzlə axtarır?

Həqiqətən də, atalar yaxşı deyib: “utanmasan, oynamağa nə var ki?”

 
  • Oxunub:  1770  |  
  • Tarix:  16-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7