Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb

UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb

16.11.2019 [15:44]

UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində qurum üzrə Milli komissiyaların 6-cı regionlararası görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov iştirak edib.

UNESKO-nun islahatlarına yönəlmiş strateji transformasiya prosesi, qurumun Afrika və gender bərabərliyi kimi qlobal prioritetləri, təşkilatın proqramları və üzv ölkələrin Milli komissiyalarının rolu və fəaliyyətinin müzakirə olunduğu görüşdə UNESKO rəsmiləri məsul olduqları müvafiq sahələr üzrə təqdimatla çıxış ediblər.

Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizlə UNESKO arasındakı əlaqələrdə Afrikanın prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, Etimad Fondu vasitəsilə bir sıra Afrika ölkələrində qızların təhsili və gender bərabərliyi ilə bağlı mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Elnur Sultanov vurğulayıb ki, Mədəniyyətlərarası Dialoq Forumu, Bakının ev sahibliyi etdiyi UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyası ölkəmizin bu təşkilatla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafının göstəricisidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində qlobal və nadir platformaya çevrildiyini vurğulayıb. Bu sahədə Azərbaycan-UNESKO əməkdaşlığına toxunaraq, Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə təşkil edilmiş Milli komissiyaların mədəniyyətlərarası dialoqun təşviqində rolu haqqında tədbir keçirildiyini diqqətə çatdırıb.

Baş katib Azərbaycan Milli Komissiyasının yaradılmasının 25 illiyinin tamam olduğunu diqqətə çatdıraraq, onun müvafiq ölkələrin Milli komissiyaları və UNESKO Katibliyi ilə əməkdaşlığından məmnunluğunu ifadə edib.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30